Yeni Rusiya-NATO cəbhəsi: Baltik dənizi
08.09.2023 [12:10]
NATO-ya məxsus hərbi dəniz donanmaları Baltik dənizi sahillərində “Şimal sahili - 2023” adlı hərbi təlimlərə başlayacaq. Bu barədə Almaniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, vitse-admiral Yan Kristian Kaak məlumat verib. Onun sözlərinə görə, bu təlimlər vasitəsi ilə Almaniya NATO tərəfdaşları ilə birlikdə Rusiyaya “ayıq-sayıq olduqları barədə mesaj” göndərəcək. Xəbəri Almaniyanın “Süddeutsche Zeitung” nəşri yayıb.
Rusiyadan hücum gözlənilərsə...
Bu təlimlər Almaniyanın Hərbi Dəniz Qüvvələri üçün əsl sınaq olacaq. Belə ki, NATO rəhbərliyi dəniz donanmalarının təliminə komandanlıq etməyi məhz, Almaniyaya həvalə edib. Təlimlərdə Almaniyadan başqa daha 13 ölkə də iştirak edəcək. Onların bildirdiyinə görə, Latviya və Estoniya sahillərində keçiriləcək təlimlər zamanı hərbi dəniz qüvvələri Rusiyadan hücum gözlənilərsə “suda-quruda” əməliyyatları, limanların mühafizəsi, eləcə də dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi üzrə zəruri hərəkətləri məşq edəcəklər. Təlimlərə 30 gəmi və təxminən 3000-ə yaxın hərbçi cəlb olunacaq. “Şimal sahili 2023” adlanan bu hərbi təlimlər iki həftə davam edəcək.
Almaniyanın təşəbbüsü ilə keçirilən bu cür irimiqyaslı hərbi təlimlərin tarixində, 2007-ci ildən bəri ilk dəfə olaraq təlim proqramına ölkənin və alyansın müdafiəsi ilə bağlı klassik tapşırıqlar da daxil edilib. Ümumiyyətlə, son illərdə müttəfiqlər, yəni NATO dövlətləri silah embarqolarının tətbiqi və ya piratlıqla mübarizə aparmaq üçün beynəlxalq böhrana aid məsələlərin üzə çıxarılması kimi əməliyyatlar həyata keçirirlər. Rusiya-Ukrayna müharibəsi boyu kifayət qədər ehtiyatlı davranan NATO, bu təlimləri həyata keçirməklə Baltikyanı ərazilərin müdafiəsində maraqlı olduğunu göstərir. Sözsüz ki, NATO qoşunlarının Baltik dənizindəki hərəkəti Moskvada da diqqətlə izləniləcək.
ABŞ və Kanada donanması Latviyada
Hazırda NATO və alyansın tərəfdaşları olan ABŞ ilə Kanada qoşunlarının Latviya sahillərinə yerləşdirilməsi üçün hazırlıq prosesinə başlayıblar. Əsas diqqət göyərtəsində 800 dəniz piyadası olan ABŞ-ın “USS Mesa Verde” desant gəmisinə yönəlib. ABŞ donanması alman dəniz piyadaları batalyonunun hərbi qulluqçuları ilə birlikdə desant əməliyyatlarını məşq edəcəklər. Sınağın məqsədi Rusiyadan hücum edildiyi halda, canlı qüvvə və hərbi texnikanın dəniz yolu ilə Baltikyanı ölkələrə sürətlə ötürülməsi əməliyyatının məşq edilməsidir.
Məlum olduğu kimi NATO-nun Finlandiya və Baltikyanı ölkələrə əsas təchizat marşrutları dəniz yolu ilə həyata keçirilir. Bu səbəbdən dəniz zolaqlarının təhlükəsizliyinin təmin edilməsi təlimin əsas vəzifələrindəndir.
Ekspertlər bildirir ki, Rusiyanın Polşa ilə Litva arasındakı mövcud quru əlaqəni kəsməsi asanlıqla mümkündür. Bu, Rusiyanın Kalininqrad anklavı ilə Rusiyanın müttəfiqi olan Belarus arasındakı 65 kilometrlik dar dəhliz vasitəsilə həyata keçirilə bilər. “Suvalk koridoru” adlanan bu dəhlizin cəmi bir dəmir yolu xətti və asanlıqla bağlana bilən iki avtomagistral yolu var.
Estoniyadan Almaniyaya çağırış: “Baltikdə siz liderlik edin”
Təlimöncəsi Estoniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Almaniyalı həmkarı Kristian Kaaka almanları Baltik dənizində daha fəal liderlik rolu oynamağa dəvət edib. Alman mediasının yazdığına görə, Estoniyanın hərbi rəhbərliyi Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanına: “Siz bu liderliyi indiki məqamda tamamilə öz öhdənizə götürməlisiniz” - deyə, xüsusi “iltifat” göstərib.
Qərbli analitiklər isə çox ehtiyatla bildirirlər ki, bütün bu tədbirlərə baxmayaraq, NATO tərəfdaşları Baltik dənizində vəziyyəti gərginləşdirməmək üçün əllərindən gələni edirlər.
Onu da bildirək ki, təlim zonası Kalininqraddan xeyli uzaqda yerləşir. Ekspertlərin sözlərinə görə bu ərazi vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün seçilib. Rusiyanın Baltik dənizindəki donanmasının böyük bir hissəsi məhz, Kalininqradda yerləşir. Buraya freqatlar, korvetlər, təyyarədaşıyanlar və sahil raketləri sistemləri aiddir.
NATO-nun Baltik dənizində təlim keçirməsinə hələlik Rusiya tərəfindən hər hansı rəsmi münasibət bildirilməyib. Almaniya dəniz donanmasının rəhbəri Kristian Kaak isə öz növbəsində Baltik dənizindəki rus hərbçilərinin özlərini “dəniz donanmasının qanunlarına uyğun apardığını” bildirib. “Onlar hələ ki normal davranış sərgiləyirlər”- deyə, vitse-admiral qeyd edib. Alman komandanın sözlərinə görə, NATO gəmiləri dənizdə qarşı tərəfin gəmiləri ilə qarşılaşacaqsa onlar biri-biri ilə indiyə qədərki soyuq müharibə dövrünün qaydalarına uyğun davranacaqlar.
Baltikyanı ölkələr isə NATO qüvvələrinin bu ərazilərdə təlim keçirməsindən məmnun görünürlər. Aydındır ki, alyansa sığınan Şərqi Avropa ölkələri Rusiya tərəfindən gözlənilən hücum və ya təhdidlər qarşısında NATO qüvvələrini özlərinə sipər kimi görürlər.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Siyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11

