Bob Menendez kimdir - senator, yoxsa cinayətkar?
23.09.2023 [11:32]
Amerika Birləşmiş Ştatları (ABŞ) nəhəng dövlətdir və dünya nizamının müəyyənləşməsində geniş təsir imkanlarına malikdir. Əslində, təkcə bu amilin özü ABŞ rəsmiləri və parlamentariləri üçün böyük məsuliyyət yaradır. Lakin biz reallıqda bunun şahidi olmuruq. Qərbin bir sıra ölkələrində olduğu kimi, ABŞ-da da dövlət qurumlarının, Senatın və Konqresin ayrı-ayrı təmsilçilərinin əli pulla oynayan erməni lobbisinin yedəyində getdiklərinin, verilən sifarişlərə uyğun olaraq Azərbaycan və Türkiyə əleyhinə kampaniyalarda yer aldıqlarının şahidi oluruq. Belələri üçün ABŞ-ın nüfuzu və məsuliyyəti, dövlət maraqları birə heçdir, təki erməni lobbisindən sifarişlər gəlsin və onlar da maddi maraqlarının təmin olunması müqabilində bu sifarişləri can-başla yerinə yetirsinlər. Belələrindən biri də ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri ermənipərəst senator Bob Menendezdir.
Bob Menendez necə ermənipərəst oldu?
Bob Menendez 1954-cü ildə anadan olub. O, 2006-cı ildən ABŞ Senatının üzvüdür. 1976-cı ildə Menendez Jane Jacobsenla evli olub. Bu evlilikdən onun 2 uşağı dünyaya gəlib. O, birinci xanımından 2005-ci ildə ayrılıb.
Təxminən 15 il ötəndən sonra Bob Menendezin şəxsi həyatında dəyişiklik baş verib. Belə ki, senator 2020-ci ildə erməni əsilli Nadine Arslanyanla rəsmən evlənib. Cütlük Kuins ştatının Baysayd şəhərindəki erməni kilsəsində kiçik mərasimlə bir araya gəlib. Arslanyan Livan əsilli ermənidir. Bu evlilik Bob Menendezin yalnız şəxsi həyatını deyil, həm də düşüncələrini dəyişdi. Biz erməni qadınların ayrı-ayrı ölkələrdə özlərinə xas olan tərzdə yüksək mənsəb sahiblərini ələ aldıqlarına və onlarla həyatlarını birləşdirdiklərinə aid çoxlu faktlar sadalaya bilərik. Bir qayda olaraq belə qarışıq ailələrə erməni ruhu hakim kəsilir. Ana ermənilər məkrlə ailə qurduqları məmurların beyinlərini məharətə yuyur və onları erməni maraqlarından çıxış edən zombilərə çevirirlər. Bax, Bob Menendez də beyini yuyulan belə bədbəxtlərdən biridir. Bob Menendez Nadine Arslanyanla evləndikdən sonra türklərə düşmən kəsilib. Nadine Arslanyanın Menendezi Senatda “erməni soyqırımı”nın tanınması üçün səy göstərməyə təşviq e?diyinə dair açıq etirafları publik şəkildə yayılıb.
İkinci arvadının təsiri altında Qərbdəki anti-Türkiyə düşərgəsində yer alan Bob Menendez eyni zamanda Azərbaycan əleyhinə kampaniyaların fəal iştirakçısıdır. Bir neçə gün bundan əvvəl ABŞ Senatında Qarabağdakı vəziyyətlə bağlı hələ xeyli müddət bundan əvvəl anons edilən dinləmələr baş tutub. Senatın xarici əlaqələr komitəsində keçirilən dinləmələrə “Qarabağda böhranın qiymətləndirilməsi” adı verilib. Gözlənildiyi kimi, dinləmələrin ilk saatlarından ənənəvi olaraq ermənipərəstliyi ilə tanınan sim?lar xüsusi canfəşanlıq nümayiş etdiriblər. Komissiyanın sədri Bob Menendez iddia edib ki, Azərbaycanın davranışlarına görə Qarabağda əhali “acından ölür”.
Bob Menendezin arvadının gündəlik təsiri altında Azərbaycan əleyhinə dilə gətirdiyi sayıqlamalar yalnız bundan ibarət deyil. O, Amerika hökumətini Azərbaycana göstərdiyi illik hərbi yardımı (100-120 milyon dollar civarında) dayandırmağa, hərbi yardım ayırmadığı Ermənistana maliyyə dəstəyi verməyə davamlı çağırışlar edir. Onun ən böyük arzusu isə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən 907-ci düzəlişin yenidən qüvvəyə minməsi ilə bağlıdır. Bu isə Azərbaycana Amerikanın birbaşa dövlət yardımının yasaqlanması anlamına gəlir. Xatırladaq ki, 907-ci düzəliş 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə Amerikaya dəstəyini təmin etmək məqsədilə oğul Corc Buş tərəfindən donduruldu. Maraqlıdır ki, 907-ci düzəliş ata Corc Buş dönəmində qüvvəyə minmişdi.
Senatorun cinayət əməlləri
Hazırda ermənipərəst senatorun qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir. Buna görə də o, federal prokurorlar tərəfindən istintaq altındadır. 400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələrin ona Fred Daibes adlı tərtibatçı tərəfindən verildiyi iddia edilir. Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün Menendezə rüşvət verdiyi bildirilir. Külçə qalmaqalı senatorun açıq-aydın ifşasıdır.
Lakin bu fakt Bob Menendezin yeganə korrupsiya əməli deyil. Senatorun özü və erməni əsilli arvadı əvvəllər də bu qəbildən olan ittihamlarla üzləşib. Amerka KİV-ində Menendezin cinayət əməlləri ilə bağlı çoxsaylı məqalələr işıq üzü görüb. Verilən məlumatlara görə, o, 2017-ci ildə rüşvət almaqda ittiham olunub və federal korrupsiya məhkəməsi ilə üzləşib. Bob Menendezin fırıldaqçı dostu Salomon Melgen ilə cinayət əlaqəsində olduğu məhkəmələrdə dəfələrlə araşdırılıb. Prokurorlar iddia edirdilər ki, Melgen bir neçə il ərzində yaşlı xəstələri lazımsız göz müalicələrindən keçməyə razı salaraq “Medicare”- dən 73 milyon dollar (bəzi mənbələrdə isə 128 milyon dollar) oğurlayıb. Salomon Melgen Amerikada Demokratlar Partiyasına ianə edən iş adamı kimi tanınır. Melgen 2012-ci ildə Menendezin yenidən seçilməsinə kömək edə biləcək qurumlara 660 min dollar ianə verib, onun uçuşlarının pulunu ödəyib. Melgen həmçinin senatorun aldığı bahalı hədiyyələrin hesabını bağlayıb. O cümlədən Paris otelinə 4934 dollar ödəyib. Məlumatlara görə, Manhetten federal prokurorları araşdırma apararaq senator və ya onun həyat yoldaşının siyasi lütflər müqabilində daha hansı “hədiyyələr” aldığını öyrənməyə çalışırlar. İddialar arasında senatorun qadın dostlarına, Braziliyadan, Ukraynadan və Domini?an Respublikasından viza almaq üçün də qanunsuz əməllərə əl atdığı yer alıb. Bob Menendezin Senatdakı ofisinin 6 əməkdaşı bu işlə məşğul olub.
Siyahını uzatmaq da mümkündür. Ancaq sadalanan faktlar da Bob Menendezin obrazını göz önündə canlandırmaq üçün kifayətdir. Onu necə adlandırmaq daha münasibdir - senator, yoxsa cinayətkar?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

