Aİ-nin Ermənistana “səxavəti”
04.10.2023 [11:55]
Bu vəsait hansı məqsədlər üçün xərclənəcək?
Nardar BAYRAMLI
Ermənistan hakimiyyəti bir sıra beynəlxalq qurumlardan, o cümlədən Avropa İttifaqından maliyyə dəstəyi almaq üçün müxtəlif variantlara əl atır. Paşinyan hökuməti son vaxtlar regionda baş verən prosesləri bu məqsədi reallaşdırmaq üçün “fürsət” hesab edir.
Belə ki, baş nazir Nikol Paşinyan iki gün öncə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin yeni rəhbəri, səfir Vasilisi Maraqosla görüşərkən Ermənistan-Avropa İttifaqı əməkdaşlığının müxtəlif istiqamətlərində “irəliləyiş olduğunu” deyib. O, görüşdə məzlum obrazı yaradaraq qarşı tərəfdən əlavə maliyyə dəstəyi istəyib. Belə ki, Paşinyan Avropa İttifaqının Ermənistan üçün nəzərdə tutulan 2,6 milyard dollarlıq investisiya paketində nəzərdə tutduğu layihələrə yeni təkan verilməsinin “vacibliyini” söyləyib. Baş nazir buna səbəb kimi guya Qarabağdan Ermənistana köçən ermənilərə humanitar yardımların verilməsini göstərib. Paşinyan erməni xislətinə uyğun olaraq Qarabağ ermənilərinin Ermənistana könüllü getmələrini “məcburi deportasiya” adlandırıb.
Ermənistanın baş naziri Avropa Komissiyasının sədri Ursula ?on der Leyenlə də telefon danışığında eyni hiyləgər mövqe sərgiləyib. Erməni mediasının yaydığı məlumata görə, telefon söhbətində Qarabağ ermənilərinin Ermənistana köçməsindən sonra mövcud vəziyyət, Ermənistan-Avropa İttifaqı əməkdaşlığı gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər həm də bu həftə Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Telefon danışığından sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen “X” mikrobloqunda qeyd edib ki, Avropa İttifaqı Ermənistana köçmüş Qarabağ ermənilərinə yardım etməkdə bu ölkənin yanındadır: “Biz Mülki Müdafiə Mexanizmini işə saldıq və 5,2 milyon avro dəyərində humanitar yardımı səfərbər etdik. Mülki müdafiə və humanitar yardım üzrə Avropa komissarı Yanes Lenarçiç gələcək ehtiyacları qiymətləndirmək üçün cümə günü Ermənistana gələcək”.
Əslində, Avropa İttifaqı indiyə qədər də müxtəlif layihələr və proqramlar adı altında Ermənistana maliyyə yardımları edib. Ermənistana milyonlarla avro maliyyə vəsaiti ayrılsa da, ölkədə hökumət tərəfindən sosial və humanitar məsələlərlə bağlı hər hansı bir real layihənin həyata keçirilməsi müşahidə edilməyib. Ən azından əhalinin sosial durumunun ağır olması da bunu təsdiqləyir. Bütün bunlar, bu məsələdə siyasi maraqların olmasını göstərir. Bu baxımdan, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Ermənistanda Rusiyanı itirməyi, yeni dostlar qazanmağı arzulayanlar çoxdur” fikri diqqəti cəlb edir. Bununla Paşinyan hökumətinin Qərbə yönlənməsinə eyham vuran Lavrovun sözlərinə görə, tarixi, ?oğrafi və geosiyasi olaraq Rusiyanı itirmək, onun Cənubi Qafqazdakı maraqlarını tam rədd etmək mümkün deyil. O, Qərbə ümid edən ölkələrin sonrakı taleyini də xatırlatmağı unutmayıb.
Görünən odur ki, Avropa İttifaqının Ermənistana münasibətdə səxavət kisəsini açıq saxlamasında müəyyən maraqlar var. Paşinyan hökuməti bu maliyyədən varlanmağı düşünürsə, Avropa İttifaqının timsalında Fransa kimi ölkələr Cənubi Qafqazda möhkəmlənməyə çalışacaq. Bu məqsədə çatmaq üçün Ermənistan onlar üçün poliqon rolunu oynamaqdadır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09

