Türk dövlətləri tarixində...
07.11.2023 [11:05]
M.ABDULLAYEV
Niyə məhz Şuşa?
Gələn il Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi toplantısı keçiriləcək. Bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə qeyd edilib. “Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçıları Azərbaycanın 2024-cü il aprelin sonu və ya mayın əvvəlində Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısının təşkili təklifini qeyd edirlər”, - deyə sənəddə vurğulanıb.
Ənənəyə görə, qeyr-formal görüşlər hər cür rəsmiyyədən uzaq daha səmimi aurada keçir. Belə görüşlərdə iştirakçıların hər biri öz mövqeyini ifadə etməkdə tam sərbəstdir. Bu isə qeyri-formal tədbirlərin rəngarəngliyini artırır. Bununla belə, səsləndirilən fikirlər protokollarda qeydə alınmasa da, cəlbedici ideyalar gələcək əməkdaşlığın yeni perspektivli istiqamətlərinin müəyyənləşməsində nəzərə alınır. Bəs nə üçün Qazaxıstan paytaxtına toplaşan liderlər qeyri-formal görüş yeri kimi məhz Azərbaycan üçün çox əziz olan Şuşa şəhərini seçiblər?
TDT-da Azərbaycana və onun Liderinə artan inam
Heç şübhəsiz ki, Astanada TDT-da təmsil olunan dövlətlərin liderlərinin Şuşa seçimi ilk növbədə təşkilat daxilində Azərbaycana və onun liderinə bəslənilən böyük hörmət və inamın ifadəsidir. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının əsası məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxşıvanda qoyulub.
Keçilmiş yola nəzər saldıqda Azərbaycanın dövlət başçısının Türkdilli ölkələr arasında həmrəyliyin və koordinasiyalı fəaliyyətin artırılmasına böyük səy göstərdiyinin şahidi oluruq. İndiyədək Prezident İlham Əliyevin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə hesablanan bir sıra təşəbbüsləri həyata vəsiqə alıb. TDT-nın Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.
Türkdilli ölkələr gələcəkdə kosmosda birgə layihələr reallaşdırmaq niyyətindədirlər. Artıq “Türkdilli Dövlətlər vizyon 2040” sənədi imzalanıb. Bu sənəd Türkdilli dövlətlərin kosmosun inkişafına verdikləri dəstəyini ifadə edir. Birgə reaallaşdırlması nəzərdə tutulan birinci layihə kosmosla maraqlanan gənclərin bir-birini tanıması layihəsidir. Gənclərimizin tanışlıqları, bir-birlərinin dillərini başa düşmələri çox önəmlidir. Türk dövlətləri desək də, təəssüf ki, hələ də bəzən bir-birimizi başa düşə bilmirirk. Ötən 100 il içərisində bizi məqsədli şəkildə bir-birimizdən ayrı salıblar. Indi isə yaxınlaşmaq üçün böyük fürsətlər yaranıb. Kosmos sahəsində birgə fəaliyyət Türkdilli ölkələri və xalqları bir-birlərinə daha yaxından bağlayacaq. Nəzərdə tutulan ikinci layihə isə birgə peyk hazırlanması proqramını əhatə edir. Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinin kosmik agentlikləri və müvafiq qurumlarının birinci işgüzar toplantısı da 2021-ci il 20 dekabr tarixində məhz Azərbaycanda baş tutub.
Belə misalların sayı çoxdur. Azərbaycan TDT daxilində bir nümunə rolunu oynayır. Xüsusilə də ölkəmizin 44 günlük müharibədə qazandığı Qələbə, cari ildə isə Qarabağda suverenliyini tam ttəmin etməsi Türkdilli ölkələrin özünəinam hissini artırır. Postmüharibə dövründə Azərbaycanın hədəflərindən biri Zəngəzur Dəhlizinin yaradılması ilə bağlıdır. Burada məqsəd yalnız Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvanı birəşdirmək deyil. Zamanında Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə tarixi Türk coğrafiyası parçalanıb. Zəngəzur Dəhlizinin yaradılması ilə bu tarixi ədalətsizliyə son qoyula bilər.
Bütün bu kimi fəaliyyətlər TDT-da bir araya gələn dövlətlərdə ölkəmizə və onun Liderinə böyük hörmət və inam yaradıb. Şuşanın dövlət başçılarının qeyri-formal görüş yeri kimi seçilməsi bu inamın növbəti təzahürüdür.
Türk dövlətləri tarixində 11-ci mədəniyyət şəhəri
Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa tarixən mədəniyyət şəhəri kimi tanınıb. Şəhərin simasında zəngin Azərbaycan mədəniyyətinin, o cümlədən də şəhərsalma mədəniyyətimizin izləri hər daşa hopub desək, yanılmarıq. Hələ keçmiş sovet dönəmində şəhərin mədəni həyatı çox qaynar idi. Burada tez-tez ittifaqın hər yerindən gələn qonaqların işirakı ilə festivallar baş tuturdu. Vaqif poeziya günlərinin keçirilməsi ənənə halını almışdı.
Mədəniyyət xalqları birləşdirən ən etibarlı körpüdür. Şuşanın tarixi-mədəni zənginliyi həm də bütün Türk mədəniyyətinin qədimliyi və zənginliyi anlamında qəbul olunur. Təəssüf doğuran haldır ki, 30 illik işğal dövründə zəbt olunmuş digər ərazilərdə olduğu kimi, Şuşanın da mədəni irsinə ciddi ziyan vurulub. Ermənilər qədim şəhərimizin xalqımıza xas olan izlərini itirmək və yaxud öznünküləşdirmək məqsədilə müxtəlif vandalizm əməllərinə əl atıblar. Qalib Azərbaycan postmüharibə dövründə Şuşanın tarixi abidələrinin, mədəni həyatınının ənənələrini davam etdirmək üçün ardıcıl addımlar atır. O cümlədən birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələrə ikinci həyat verilir. Arıq Şuşada “Xarıbülbül” festivalları, Vaqif poeziya günləri, rəsm əsərlərinin sərgiləri və digər belə mədəni tədbirlər uğurla baş tutub.
Yaxşı haldır ki, TDT da Şuşanın mədəni həyatının dirçəldilməsinə böyük maraq göstərir. Xəbər verildiyi kimi, Şuşa cari il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Cari il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Xatırladaq ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə Türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olublar. Şuşa Türk dünyasından bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.
Mədəniyyət ili çərçivəsində silsilə tədbirlər keçirilir. Cari ilin oktyabr ayında Şuşada bütün Türk dünyasını bir araya gətirən möhtəşəm tədbir - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçirldi. Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, mədəniyyət naziri Adil Kərimli, Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti, akademik Şahin Mustafayev və türk dövlətlərindən digər rəsmilər, elm və mədəniyyət xadimləri, incəsənət ustaları və kollektivləri iştirak ediblər.
Forum işini üç panel üzrə davam etdirib. Panellərdə “Türk dilləri və Ədəbiyyatları: Differensiasiya və inteqrasiya”, “Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr” və “Yaradıcı Sənayelər və innovasiyalar” mövzularında müzakirələr aparılıb və Türk dünyasının bütün istiqamətlərdə, o cümlədən də mədəniyyət sahəsində daha sıx inteqrasiyasına çağırışlar edilib.
Şuşa - Türk dünyasının kollektiv təhlükəsizliyinin əsası qoyulan şəhər
Hazırda dünya üzrə beynəlxalq prinsiplər öz yerini getdikcə daha sürələ ikili standartlara verir. Bu və ya digər ölkələrdə yaşanan problemlərə münasibətdə beynəlxalq təşkilatlar, güc mərkəzləri fərqli yanaşmalar ortaya qoyurlar. Azərbaycan bu mənfur təcrübəni onilliklər ərzində öz həyatında yaşayan bir ölkədir. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamız Ermənistanın təcavüzünə məruz qalmışdı - ərazilərinin 20 faizini itirmişdi. Ancaq bu təcavüz aktı ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə pislənilmirdi və işğalçı dövlətə qarşı adekvat tədbirlər görülmürdü. Halbuki “təcəvüzkar ölkə” damğası ilə cəzalandırılan və sanksiyalara məruz qalan ölkələrin sayı da az deyil. Özünü cəzasızlıq mühitində hiss edən Ermənistan isə BMT-nin qətnamələrinin icrasını təmin etməkdən vaz keçir, hətta yeni torpaqlar ələ keçirmək üçün yeni müharibə anonsu edirdi.
Bax bu kimi situasiyalarda güc və müttəfiqliyin aktualığı bütün cəhətləri ilə aydın görünür. Bu gün Türk dünyasının müxtəlif parametrlər baxımından ən öndə gedən dövləti Türkiyədir. Qardaş ölkə həmçinin özünün innovativ əsaslı müdafiə sənayesini intensiv şəkildə inkişaf etdirir. Təkcə cari ildə Türkiyə dünyada analoqu olmayan bir neçə yeni hərbi texnikasını təqdim etdi. Bu müdafiə potensialından bütün Türk dünyasının təhlükəsizliyinin təmin edilməsində istifadə oluna bilər. Azərbaycan və Türkiyə bu istiqamətdə ilk addımı atıblar. Xatırladaq ki, 2021-ci il 15 iyun tarixində iki ölkə arasında Şuşa Bəyannaməsi imzalanıb. Bununla da Azərbaycan və Türkiyə müttəfiqlik münasibətlərini ən yüksək səviyyədə rəsmiləşdiriblər. Şuşa Bəyannaməsi ölkələrimizin təhlükəsizliyinə və sülhə möhkəm hüquqi əsaslar yaradır. Bu təcrübə genişləndirilməli və böyük Türk coğrafiyası siyasi, iqtisadi inteqrasiyadan hərbi müttəfiqliyə doğru irəliləməlidir. Yeri gəmişkən, Astana sammitində bununla bağlı geniş müzakirələr aparılıb. Səsləndirlən fikirlərdən o qənaət hasil olur ki, TDT-də birləşən ölkələr siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə əməkdaşlığı genişləndirdikləri kimi, öz təhlükəsizliklərinin kollektiv şəkildə təmin olunmasına da böyük maraq göstərirlər. “Türk Əsri” çağırışı altında keçirilən sammitdəki çıxışında Prezident İlham Əliyev təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılmasına ehtiyacın olmasına xüsusi diqqət çəkdi. Azərbaycan və Türkiyənin müdafiə sahəsində sıx əməkdaşlığı, imzalanan Şuşa Bəyannaməsi, tez-tez birgə hərbi təlimlərin keçirilməsi TDT-da birləşən ölkələr üçün yaxşı nümunədir. İndiki qlobal çağırışlar bu nümunənin bütün Türk coğrafiyasında yayılmsını bir növ qaçılmaz zərurətə çevirib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

