Moldova təşviş içində: Avropa İttifaqı qrantları kəsir
12.12.2023 [10:35]
Murad Köhnəqala
Ukrayna və Moldova ötən ilin iyununda Avropa İttifaqına namizəd ölkə statusunu aldıqdan sonra hər iki ölkənin Aİ-yə olan ümidləri, xüsusilə maliyyə və iqtisadi dəstək gözləntiləri daha da artdı. Bildiyimiz kimi, Avropa İttifaqı Ukraynaya namizədlik vəsiqəsi versə də, müharibə şəraitində olan ölkəni üzv qəbul etməyə tələsmir. Bundan əlavə, İttifaq ölkələri Ukraynaya növbəti illərdə hərbi və maliyyə yardımını davam etdirib-etdirməmək məsələsində tərəddüd edirlər. Oxşar münasibət Moldovaya qarşı da sərgilənir. Doğrudur, Moldovada müharibə getmir, lakin bu Şərqi Avropa ölkəsi hazırda çox böyük iqtisadi və sosial problemlər yaşayır. Rusiya bu ölkəyə qaz təchizatını dayandırandan bəri Moldovada vəziyyət daha da pisləşib. Ölkədə mavi yanacağın qiyməti 7 dəfə, elektrik enerjisinin qiyməti isə 4 dəfə artıb.
Bütün bunlar azmış kimi Avropa İttifaqında Moldovaya ayrılan yardımıların dayandırılması barədə müzakirələr aparılır.
Namizədlik baha başa gəldi
Məsələ burasındadır ki, gələn il Moldova da daxil olmaqla Aİ-nin tərəfdaşları üçün ayrılacaq qrantların həcmi təxminən 3 dəfəyə qədər azaldılacaq. Bundan əlavə, maliyyə kreditlərinin də limitlənməsi nəzərdə tutulur. Moldova parlamenti bu qərarları az qala faciə kimi qarşılayıb. Parlament gələn il üçün təsdiqlədiyi dövlət büdcəsinə dair qanun layihəsində Qərbdən gələn maliyyə dəstəyinin kəsilməsi səbəbindən xərcləri azaltmalı olub. Moldova Respublikasının keçmiş baş naziri, Liberal Demokrat Partiyasının lideri Vlad Filat özünün sosial şəbəkə hesabında məsələyə bu cür şərh verib: “Namizədlik statusunun verilməsi Moldovanın Aİ-dən aldığı son hədiyyədir”.
Kişinyov mediası isə parlamentdə müzakirəyə çıxarılan yeni ilin dövlət büdcəsi ilə Moldovanın perspektivlərini müzakirə etməkdədir. Yeni ilin büdcəsinə görə, gəlirlərin 1,3% artaraq 66,6 milyard leyə (1 ley - 0,052 avro), xərclərin isə 2,2% azalaraq 82,2 milyard leyə çatacağı gözlənir.
Büdcə kəsiri isə 15 milyard leyi keçib. Bunun 55%-nin kreditlər, 15%-nin isə qrantlar hesabına ödənilməsi planlaşdırılır. “Moldavskie vedomosti” nəşrinin yazdığına kimi, ümumiyyətlə, layihə həm gəlirlər, həm də xərclərin hesablanmasına görə xeyli “kasıbyana” tərtib olunub. Buna gələn il üçün Qərbdən gələcək qrantların təxminən 3 dəfə, yəni, 6,8 milyard leydən 2,4 milyard leyə qədər azaldılması səbəb olub. Beləliklə, büdcəyə xaricdən daxilolmaların ümumi məbləği 32% , yəni, 25 milyard leydən 17 milyard leyə qədər azalacaq və kredit vəsaitlərinin payı açıq şəkildə artacaq ki, bu da ölkənin maliyyə xərclərini dəfələrlə çoxaldacaq.
Avropanın dağlarına güvənsən...
Moldova hökuməti ölkənin ehtiyaclarını indiyədək yalnız daxili və xarici bazarlarda böyük borclar hesabına təmin edə bilib. Eyni problem 2022-ci ildə də yaşanmışdı. O zaman beynəlxalq donorlar köməyə gəldilər və “Moldova Respublikasına Dəstək Platforması” yaradaraq bu ölkəyə yardım etməyə başladılar. Lakin 2024-cü il üçün bunu söyləmək olmaz. Qərbin maliyyə resursları ilə təmin edilən “Moldova Respublikasına Dəstək Platforması” Kişinyovun zənn etdiyi kimi daimi xarakter daşımadı. Təəssüf ki, Avropa İttifaqı namizədlik statusu verdiyi bir ölkəni sosial problemlərin və külli miqdarda xarici borcun içində soyuqqanlılıqla buraxa da bilir.
Siyasi şərhçilərin fikrincə, Kişinyov Avropa İttifaqına can atmaqla ölkənin Avropa fondlarına çıxış imkanı əldə edəcəyinə, bununla da respublikada yaranmış ağır sosial-iqtisadi vəziyyəti, xüsusilə büdcə kəsirini müəyyən qədər kompensasiya edə biləcəyinə inanırdı. Ancaq Avropa İttifaqından gələn son reaksiyalar vəziyyətin Moldova üçün heç də ürəkaçan olmayacağını göstərir. Ola bilsin, bu məsələ ilə bağlı məqamlar Aİ-nin növbəti sammitində tamamilə aydınlaşacaq. Lakin ölkənin, eləcə də Avropanın bəzi ekspertləri güman edirlər ki, Moldova və onun problemləri Aİ-nin bu ilki gündəliyində yer almayacaq. Bu versiyanın mümkünlüyünü Moldovanın Baş naziri Dorin Recean da təsdiqləyib. O, Avropa İttifaqının Moldova və Ukrayna ilə danışıqlara başlamasının gələn ilə kimi təxirə salına biləcəyini mümkün sayır. Baş nazir, bu ehtimal doğrularsa, vəziyyətin kritik olacağını bildirib: “Xaricdən maliyyələşmənin məhdudlaşdırıldığı bir vaxtda danışıqların gələn ilədək təxirə salınması ehtimalı bizim üçün həyəcan siqnalından da betərdir”.
Avropanın pulu dəyərlərindən vacibdir...
Moldova rəsmiləri dövlətin düşdüyü böhranlı vəziyyəti ölkənin təbii resurslara və inkişaf etmiş iqtisadiyyata malik olmaması ilə izah edirlər. Aİ-ni Moldova üçün cəlbedici edən səbəblərdən ən önəmlisi məhz maliyyə kreditləri, qrantlar və yardım proqramlarıdır. Bu fikirlər Moldova hökuməti tərəfindən ən yüksək səviyyədə - prezident Maya Sandunun dilindən də səslənib. Xanım Sandu Avropaya inteqrasiyanın təkcə bəlli prinsiplərdən və dəyərlərdən ibarət olmadığını, inkişafda olan ölkələr üçün əsasən maliyyə dəstəyinin ciddi önəm daşıdığını qeyd edib. Doren Recean prezidentin həmin çıxışını xatırlayaraq: “Biz Avropa İttifaqından danışanda məhz bunları nəzərdə tuturuq. Bizi ilhaq sənədlərini imzalamaqdan, inzibati tədbirlərdən daha çox xalqımızın ehtiyaclarına, yolların çəkilməsinə, kommunikasiya xətlərinin yenilənməsinə, məktəblərə, uşaq bağçalarına, xalqın zəruri tələbatlarının ödənməsinə ayrılacaq vəsaitlər maraqlandırır. Anlamaq lazımdır ki, Avropanın maliyyə yardımları olmasaydı, indi əldə etdiyimiz bu nailiyyətlər də başa gəlməzdi”, - deyə baş nazir səmimi etiraflarını media ilə bölüşüb.
Aİ-yə gücü çatmır, hökuməti günahlandırır
Bu arada müxalif Birlik və Rifah Koalisiyası (KUB) partiyasının nümayəndələri hökuməti dövlət xərclərini əsassız yerə artırmaqda ittiham ediblər. Onlar bəyan edirlər ki, 2021-ci illə müqayisədə mövcud nazirliklərdə çalışan işçilərin sayı qeyri-qanuni şəkildə artırılıb: “Keçmiş İqtisadiyyat və İnfrastruktur Nazirliyinin ayrı-ayrılıqda üç şöbəsində çalışan işçilərin sayı 82% artıb. Misal üçün, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin əməkdaşlarının sayı süni olaraq 79% qaldırılıb. Bu cür “artım” isə yeni ilin kasıb dövlət büdcəsinə zərbədir”.
Xarici qrantların kəsilməsi ucbatından bundan sonra ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları, QHT-lər də dövlət büdcəsindən maliyyələşəcək.
Ölkə iqtisadiyyatını dirçəltmək üçün yollar axtaran Moldova hökuməti isə bugünlərdə xalqa müraciət edib.
Moldova bazarı xarici şirkətlərin əlindədir
Ölkənin iqtisadi inkişaf və rəqəmsallaşdırma naziri Dumitru Alaiba vətəndaşlara büdcəni doldurmağın yeni üsulunu təklif edib: “Hər kəs Moldovada istehsal olunan yerli malların alınmasına ayda 200 ley xərcləsə, biz bu gedişlə büdcəyə əlavə 6 milyard ley yığa bilərik. Bunu öz iqtisadiyyatımız üçün etməliyik”.
Hökumətin yerli malların alınmasına dair çağırışını şərh edən Moldovanın tanınmış jurnalisti Dmitri Çubaşenko “Telegram” kanalında yazıb: “Mən Alaibadan bu məbləğin ödənməsi üçün istifadə ediləcək xüsusi yerli mal və xidmətlərin siyahısını almaq istərdim. Moldovada bütün banklar əcnəbilərə məxsusdur. Mobil operatorlar xarici şirkətlərindir. Enerji, yanacaqdoldurma məntəqələri də xarici kapitalın əlindədir. Sement Fransa, şəkər isə Almaniya və Polşa istehsalıdır. Pərakəndə satış şəbəkələrinin əksəriyyəti xaricidir. “Made in Moldova” brendi ilə bir çox mal və xidmətlər üçün ödəniş etsək belə, yenə də xarici şirkətlərin gəlirlərini artırmış olacağıq”.
Deyilənlərdən belə nəticə çıxır ki, 2024-cü il Moldova üçün heç də asan keçməyəcək. O da aydın oldu ki, problemləri aradan qaldırmaq üçün Avropa İttifaqına namizədlik yetmir. Üstəlik, Aİ kimi qurumlar üzvlüyə almaq istədikləri ölkəni sosial-iqtisadi böhranın quyusunda təkbaşına buraxıb, namizədlik statusunu heç nə olmamış kimi on illərlə uzada bilirlər. Necə deyərlər, Avropaya ümid olan şamsız qalar.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

