Rusiya üçün yeni il “sürprizi”: ABŞ qoşunları şimal sərhədinə gəlir
20.12.2023 [11:20]
Dekabrın 18-də ABŞ və Finlandiya arasında gözlənilən hərbi sazişin imzalanması baş tutub. Sazişə əsasən, ABŞ hərbi qüvvələri Finlandiyanın bütün nöqtələrində, o cümlədən, Rusiya ilə sərhəd ərazilərdə yerləşə biləcək. Belə bir saziş ABŞ-la İsveç arasında da bağlanıb. Son proseslərdən aydın olur ki, Rusiya ilə onun şimal qonşusu Finlandiya arasında münasibətlər bundan sonra daha əvvəlki kimi qalmayacaq.
ABŞ qoşunları Rusiya sərhədində
Kreml öncə Finlandiyanın NATO-ya üzvlüyünü, ardınca isə ABŞ-la bağladığı hərbi əməkdaşlıq sazişini xoş qarşılamayıb. Rusiya prezidenti Vladimir Putin Finlandiyanın NATO-ya daxil olmasının regionda yeni problemlər yaradacağını bildirib. Üstəlik, Finlandiyanın son hərəkətləri ilə əlaqədar Leninqrad Hərbi Dairəsinin yenidən yaradılmasının zəruriliyini də vurğulayıb.
Finlandiya parlamenti dekabrın 14-də ABŞ-la sözügedən sazişin bağlanması üçün ölkənin müdafiə naziri Antti Hakkenenə və xarici işlər naziri Elina Valtonenə razılıq sənədini təqdim edib. Bu barədə Finlandiya hökuməti məlumat yayıb. Xanım Valtonen mediaya açıqlamasında bildirib ki, məlum saziş təkcə sülh dövründə hərbi əməkdaşlığı asanlaşdırmaqla yekunlaşmır, bu müqavilə Finlandiyanın təhlükəsizliyi ilə bağlı bütün hallarda, xüsusilə də müharibə şəraitində iki ölkə arasında əməkdaşlığın qorunub saxlanmasını təmin edir.
Finlandiya mətbuatının yazdığına görə, sözügedən saziş ABŞ hərbi gəmilərinin, təyyarələrinin və yerüstü döyüş texnikasının hərəkətini tənzimləyir. Sazişdə Birləşmiş Ştatlar hərbi qüvvələrinin maneəsiz giriş əldə edəcəyi 15 məkanın adı sadalanır. ABŞ ordusu həmin məkanlarda hərbi texnikasını yerləşdirəcək. “The Guardian” qəzetinin məlumatına görə, ABŞ silahlı qüvvələrinin Finlandiyanın dörd hava və bir dəniz limanına nəzarətinin təmin edilməsi də müqaviləyə daxildir. Bundan əlavə, amerikalılar bu ölkənin şimalına çıxış əldə edəcəklər. Üstəlik, burada Rusiya sərhədinə gedən dəmir yolunun yanında hərbi anbarlar sistemi də qurulacaq.
İsveç Vaşiqntonla razılaşıb
Antirusiya cəbhəsinə qoşulan ölkələrdən biri də İsveçdir. Yuxarıda qeyd etdiyimiz kimi, İsveçin və ABŞ-ın müdafiə nazirlikləri dekabrın 5-də Vaşinqtonda təxminən eyni müddəaları nəzərdə tutan hərbi əməkdaşlıq barədə saziş imzalayıblar. Razılaşmaya əsasən, amerikalılara ölkə ərazisində 17 obyektə, o cümlədən, Stokholm arxipelaqında hərbi donanmanın əsas bazasına giriş imkanı verilib. İsveçin müdafiə naziri Pol Conson bildirib ki, bu sazişin əldə olunması heç də ABŞ-ın orada göstərilən bütün imkanlardan istifadə edəcəyi anlamına gəlməməlidir. Nazirin sözlərinə görə, amerikalılar İsveçdə sadəcə olaraq “özlərinə lazım olan qədər irəliləyəcəklər”.
Onu da qeyd edək ki, hər iki Şimali Avropa ölkəsi - İsveç və Finlandiya son dönəmlərdə ABŞ-la hərbi sahədə əməkdaşlığı gücləndirmək istiqamətində xeyli addımlar atıb. Noyabrın 20-dən dekabrın 1-dək Finlandiya körfəzi və Arxipelaq dənizində genişmiqyaslı hərbi təlimlər keçirilib. Qeyd edək ki, Arxipelaq dənizi Baltik dənizinin Finlandiya ərazi suları daxilində, Botniya və Finlandiya körfəzləri arasında yerləşən hissəsidir.
Arxipelaq dənizində keçirilən “Frozing Winds - 23” təlimlərində Finlandiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Polşanın 30-dan çox gəmisi, 4 minə yaxın hərbçisi iştirak edib. Təlimlərə Finlandiya rəhbərlik edib.
Rusiya Finlandiyanı hədələdi
Finlandiyanın ABŞ-la hərbi saziş imzalamasından bir gün öncə Rusiya prezidenti Vladimir Putin şimal qonşusunun bu addımı barədə danışıb: “Finlandiya ilə aramızda heç bir problem yox idi. Amma bundan sonra olacaq. Biz də Leninqrad Hərbi Dairəsini yaradıb orada hərbi hissələrimizi cəmləşdirəcəyik. Axı bu, onların nəyinə lazım idi? Bu hərəkətlər tamamilə ağılsızlıqdır”.
Rusiya rəhbərliyinin tez-tez xatırlatdığı Leninqrad Hərbi Dairəsi 2010-cu ildə ləğv edilib. Lakin 2022-ci ilin dekabrında Finlandiya və İsveç NATO-ya dəvət aldıqdan az sonra Moskvada hərbi dairənin yenidən qurulması barədə fikirlər səslənməyə başlayıb. Bu ilin iyul ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqu artıq Leninqrad Hərbi Dairəsinin rəhbər orqanlarını formalaşdırdıqlarını da elan etmişdi.
Analitiklər ABŞ və Finlandiya arasında bağlanmış müqavilənin ölkənin NATO-ya daxil olduğu vaxtdan bəri gözləndiyi qənaətindədirlər. Ekspertlərin fikrincə, əslində, İsveçlə Finlandiyanın NATO-ya alınması Qərbin, konkret olaraq ABŞ-ın Rusiya sərhədlərinə yaxınlaşma niyyətindən xəbər verir.
Peskov: “Bu, bizə təhdiddir...”
Rusiyalı şərhçilər isə bildirirlər ki, əgər ABŞ Rusiyanın qonşusu olan ölkələrlə hərbi saziş bağlayaraq orada nüvə silahları yerləşdirərsə, Rusiya yubanmadan müdafiə tədbirlərinə əl atacaq.
Finlandiya rəsmiləri isə iddia edirlər ki, ölkə ərazisində nüvə və bakterioloji silahların, eləcə də piyada əleyhinə minaların daşınmasına və saxlanmasına qanunla icazə verilmir. Bu, Finlandiyanın beynəlxalq öhdəliklərinə görə qadağandır.
Rusiya isə bütün hallarda Finlandiya ilə ABŞ arasındakı müdafiə sazişini özünə təhdid kimi qiymətləndirir. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, sözügedən saziş Moskva ilə Helsinki arasında gərginliyi artıracaq: “Biz bu sazişə görə təəssüflənirik. Çünki bizim Finlandiya ilə daim yaxşı münasibətlərimiz, bir-birimizə qarşılıqlı hörmətimiz olub. Heç birimiz qarşı tərəfə hədə-qorxu gəlməmişik, aramızda problem, ya bir-birimizə qarşı iddiamız olmayıb, heç birimiz digər tərəfin maraqlarına qarşı çıxmamışıq. Lakin indi Finlandiyanın NATO-ya üzv olması və NATO-nun hərbi infrastrukturunun Finlandiya ərazisinə daxil olması bizə açıq şəkildə təhlükə yaradır”.
Qeyd edək ki, Finlandiya ilə ABŞ arasında bağlanmış hərbi əməkdaşlıq sazişi aşağıdakı müddəaları əhatə edir:
ABŞ-ın Finlandiya ərazisində razılaşdırılmış obyekt və ərazilərə girişinin, eləcə də onlardan istifadəsinin təmin edilməsi;
Finlandiya ərazisində hərbi avadanlıq, silah-sursat və texnikanın təchizatı və yerləşdirilməsi;
ABŞ təyyarələrinin, gəmilərinin və nəqliyyat vasitələrinin ölkə ərazisinə girişi və sərbəst hərəkətinin təmin olunması və s.
Bütün bunlardan əlavə o da nəzərə alınmalıdır ki, ABŞ ilə Finlandiya arasında hərbi sahədə yaxınlaşma təkcə bu sazişlə yekunlaşmır. Finlandiya NATO-ya daxil olar-olmaz ABŞ bu ölkəni, belə demək mümkünsə, tamamilə öz hərbi qanadı altına alıb.
Ağ Evin 150 oyunu və raket sistemləri...
Məsələn, bu ilin oktyabr ayında ABŞ Finlandiyaya 500 milyon dollar dəyərində, 150 ədəd təkmilləşdirilmiş “AARGM-ER” uzaqmənzilli anti-radar idarəolunan raket sistemləri verib. Üstəlik, Birləşmiş Ştatlar Finlandiya ərazilərində F-16 nüvə daşıyıcılarını yerləşdirmək fikrindədir.
Bu ilin aprelində Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü oldu. Hələ o zaman Rusiya Xarici İşlər Nazirliyi bu üzvlüyün Moskva ilə Helsinki arasında münasibətlərə mənfi təsir göstərəcəyini qeyd etmişdi. Finlandiyanın NATO-ya üzvlüyü nəticəsində Şimali Atlantika Alyansı ilə Rusiya sərhədləri arasında birbaşa təmas xətti iki dəfədən çox genişlənib. Bu reallıq isə Şimali Avropa regionunda vəziyyəti xeyli dəyişib.
Sadalanan səbəblərdən dolayı Rusiyanın narahatlığı başadüşüləndir. Finlandiya ilə İsveçin NATO-ya qəbulu nəticəsində alyansın Rusiya ilə sərhədlərinin genişlənməsi, üstəlik, hər iki ölkənin ABŞ ilə hərbi müttəfiqlik barədə anlaşması Moskvaya yeni və daha qorxunc problemlər vəd edir. Konkret desək, bu sazişin imzalanmasını Rusiya özünün NATO tərəfindən mühasirəyə alınması planının tərkib hissəsi sayır. Rəsmi Moskva NATO-nun bu addımlarına qarşı “müvafiq tədbirlər” görəcəyi barədə xəbərdarlıq etsə də, Qərb artıq Kremlin hədə-qorxularına əhəmiyyət vermir. Hətta bəzi ekspertlər hesab edirlər ki, ABŞ-ın Ukraynaya əlavə yardım verməməklə bağlı hazırladığı mükəmməl “şou” da sırf Rusiyanı arxayınlaşdırmaq, onu Ukraynada artıq qələbə qazandığına əmin etməklə yumşaltmaq məqsədi güdən bir oyundur. Maraqlıdır, Finlandiya ilə məlum sazişi bağladıqdan sonra Vaşinqton Moskva üçün daha hansı “sürprizlər” hazırlayıb? Bunu da zaman göstərəcək.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

