Ursula Fon der Lyayen yenə də namizəddir
21.02.2024 [10:50]
Adını Almaniya tarixinə yazdıran siyasətçi növbəti seçkilərin favoriti sayılır
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen fevralın 19-da bu vəzifə üçün ikinci müddətə namizədliyini elan edib. Uzun müddət Angela Merkelin də rəhbərlik etdiyi Xristian Demokratlar İttifaqının üzvü olan 65 yaşlı Ursula Fon der Lyayen Berlində toplaşan siyasi qrupu qarşısında bu bəyanatla çıxış edib. İyunun 6-dan 9-dək keçiriləcək seçkilər Avropa İttifaqının əsas təsisatlarının, o cümlədən Avropa Komissiyasının rəhbərlərinin yenilənməsinə yol açacaq ki, bu da səsvermə nəticəsində yaranan siyasi balansı əks etdirməlidir.
Ursula Fon der Lyayen Avropa Komissiyasına sədrlik etdiyi beş il ərzində 27 ölkəni birləşdirən Avropa İttifaqı Brexit, COVID-19 pandemiyası, Rusiyanın Ukraynaya hücumu və bu kimi bir sıra sınaqlardan keçib.
Ursula Fon der Lyayen kimdir və onun siyasi karyerası nədən ibarətdir? Milliyətcə alman olan Lyayen 1958-ci ildə Brüsseldə doğulub. Təhsil həyatına Brüsseldəki Avropa Məktəbində başlayıb. 1971-ci ildə Almaniyaya qayıtdıqda Lehrte Liseyində Elm və Riyaziyyat fakültəsini oxuyub, 1977-ci ildə Gottingen Universitetində və Münster Universitetində iqtisadiyyat üzrə təhsil almağa başlayıb. 1980-ci ildə hər iki universiteti bitirib. O, hətta London İqtisadiyyat Məktəbini də bitirib. Xanım Lyayenin təhsil həyatı bununla yekinlaşmayıb. O, 1980-ci ildə tibb təhsili almağa qərar verərək Hannover Tibb Kollecinə daxil olub və 7 il sonra məzun olub. 1988-1992-ci illərdə Hannover Universitetində assistent həkim vəzifəsində çalışıb. Həyat yoldaşı Stenford Universitetində işlədiyi üçün 1991-1996-cı illərdə ABŞ-da - Kaliforniyada yaşayıb. O, Stanford Universitetində qonaq məruzəçi kimi biznes departamentində çıxışlar edib. 1998-2002-ci illər arasında isə Hannover Universitetində Epidemiologiya, Sosial Tibb və Sağlamlıq Sistemləri Tədqiqatları Departamentinin müəllimi olub. 2001-ci ildə burada Xalq Sağlamlığı üzrə magistr dərəcəsini alıb.
Ursula Fon der Lyayen 1990-cı ildə həyat yoldaşı ilə birlikdə Xristian Demokratlar İttifaqına (CDU) qoşulub. Almaniyaya qayıdan Leyen 1999-cu ildən fəal siyasətlə məşğuldur. 2001-ci ildə Hannover bölgəsində yerli siyasətə daxil oldu. 2003-cü ildə Aşağı Saksoniya ştatının parlamentinə üzv seçilib. 2003-2005-ci illərdə Aşağı Saksoniyanın baş naziri Kristian Vulfun kabinetində sosial müdafiə, qadınlar, ailə və səhiyyə naziri olub. Lyayenin siyasi fəallığı və işgüzarlığı ovaxtkı kansler Angela Merkelin diqqətini cəlb edib. Bunun nəticəsində o, 2005-ci ildə Angela Merkelin kabinetində ailə, yaşlı vətəndaşlar, qadınlar və gənclər naziri vəzifəsində çalışıb. Bu vəzifədə Lyayen bütün uşaqlar üçün uşaq bağçası hüququ, iş və ailə həyatının tarazlaşdırılması hüququ üçün uğurla çalışıb. 2009-cu ildə keçirilən federal seçkilərdə isə Aşağı Saksoniyadan Almaniya Bundestaqının üzvü seçilib. O, seçkidən sonra səhiyyə naziri olmaq niyyətində idi, lakin koalisiya qurma səyləri zamanı bu vəzifə FDP üzvü Filip Röslerə verildi. Frans Cozef Yunq 27 noyabr 2009-cu ildə Əmək və Sosial Məsələlər Nazirliyindən istefa verəndə Fon der Lyayen bu vəzifəyə təyin edilib. Bu vəzifədə işləyərkən alman şirkətlərinin müşahidə şuralarında qadınların kvotasını artırmaq üçün uzun mübarizə aparıb.
Beləliklə, siyasi karyerasında ulduzu parlayan Fon der Lyayen Merkelin yerinə namizədlər arasında favorit kimi görünürdü. Merkel onu son sınaqdan keçirdi və 2013-cü ilin dekabrında Almaniya federal siyasətində ən çətin vəzifəyə - müdafiə nazirliyinə təyin etdi. Bununla da o, Almaniyanın ilk qadın müdafiə naziri olub.
Xanım Lyayen 2019-cu ili dekabrında Avropa Komissiyasının prezidenti seçilib. Beş il ərzində Avropa İttifaqı müstəvisində önəmli qərarların təşəbbüskarı kimi yadda qalıb. Ursula Fon der Lyayen daha effektiv xarici siyasətin tərəfdarıdır. Beynəlxalq ictimaiyyət onu Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Moskvaya qarşı ciddi sanksiyaların təşəbbüskarı kimi də tanıyır.
Eyni zamanda, xanım Lyayen Avropa İttifaqının yeni enerji siyasətinin formalaşmasında da xüsusi rol oynayır. O, bu məsələdə Azərbaycanı Aİ-nin əsas tərəfdaşlarından biri hesab edir. Lyayenin 2022-ci il iyulun 18-də ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. “Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir”,- deyən xanım Lyayen bu Memorandum vasitəsilə Aİ-nin Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürdüyünü, eləcə də bərpaolunan enerji ilə bağlı əməkdaşlığın güclənəcəyini bəyan edib.
Beləliklə, Avropanın siyasi elitasinda böyük nüfuz sahibi olan Ursula Fon der Leyen yenidən Avropa Komissiyasının Prezidenti seçiləcəyi təqdirdə hazırkı kursu davam etdirəcək. Hazırki araşdırmalara görə isə, Fon der Lyayen ən şanslı namizəddir.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

