Gərginlik artır
01.03.2024 [11:10]
Rusiya Ermənistanın ittihamlarını təkzib edib
Ermənistanla Rusiya arasında gərginlik davam edir. Bir neçə gün öncə erməni baş nazir Nikol Paşinyanın Fransada səfərdə olarkən Rusiya ilə bağlı səsləndirdiyi ittihamlar qarşı tərəfi qıcıqlandırıb. Xatırladaq ki, Paşinyan Rusiyanın bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırdığını iddia edib. Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib: “Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq. İrəvanın tələbləri yerinə yetirilməsə, Ermənistan bunu cavabsız qoymayacaq”.
Zaxarova: Çevrilişlə bağlı Nikol Paşinyanın dediklərinin heç bir əsası yoxdur
Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırdığını da deyib. Belə ki, o, kollektiv təhlükəsizlik müqaviləsinin 2022-2023-cü illərdə onun ölkəsinə münasibətdə yerinə yetirilmədiyini bildirib və İrəvanın KTMT-də üzvlüyünü “dondurduğunu” bəyan edib. Bu iddialara cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə bildirib ki, Rusiyanın Ermənistanda dövlət çevrilişinə çağırışları ilə bağlı baş nazir Nikol Paşinyanın dediklərinin heç bir əsası yoxdur. XİN rəsmisi vurğulayıb ki, Rusiya rəsmiləri heç vaxt və heç yerdə qanuni yolla seçilmiş hakimiyyətin devrilməsi ilə bağlı zərrə qədər çağırışlarda iştirak etməyiblər: “Rusiya tərəfi rəsmi İrəvanın həm hazırkı rəhbərliyinə, həmçinin bundan əvvəlki hakimiyyətlərinə, ümumiyyətlə, istənilən suveren dövlətə münasibətdə oxşar yanaşmanı bəyan edir”.
KTMT məsələsinə gəlincə, Rusiya XİN-in nümayəndəsi qeyd edib ki, təşkilatın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hökumətinin ittihamlarını birmənalı şəkildə qəbul etmirik. “Xatırlatmaq istərdim ki, 2022-ci ilin sentyabr ayında Ermənistan tərəfinin xahişi ilə KTMT Katibliyinin və Birləşmiş Qərargahının qiymətləndirmə missiyası formalaşdırılıb və operativ şəkildə ölkənin sərhəd rayonlarına göndərilib”, -deyən Zaxarova əlavə edib ki, nəticələrə əsasən KTMT tərəfindən monitorinq missiyasının göndərilməsi qərara alınıb: “Bizim və ya digərlərinin günahı deyil ki, hərbi-texniki dəstək göstərməklə bağlı təkliflər Ermənistan hakimiyyəti tərəfindən rədd edilib. Bundan əlavə, İrəvan nümayişkaranə şəkildə Aİ müşahidə missiyasını dəvət etmək qərarını qəbul etdi. Bütün faktlar onu göstərir ki, həmin nümayəndələrin fəaliyyətinin effektivliyi sıfıra bərabərdir. Bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və təəssüflə qeyd etmək istəyirik ki, Ermənistanın KTMT tədbirlərində iştirakının azaldılması dost erməni xalqının maraqlarına xidmət etmir”.
Kommunikasiyaların açılması Ermənistanın mövqeyi ucbatından dalana dirənib
M.Zaxarova həmçinin bildirib ki, regionda kommunikasiyaların açılması Ermənistanın mövqeyi ucbatından dalana dirənib. “Bilirik ki, Ermənistan hakimiyyəti bərabərlik, qarşılıqlılıq çərçivəsində, suverenlik və yurisdiksiya prinsipi əsasında regional kommunikasiyaların açılmasına hazır olduqlarını bəyan edib”-deyən Rusiya XİN-in nümayəndəsinin sözlərinə görə, Azərbaycan da bu yanaşmadan imtina etməyib. Həmin mövzu bir müddət öncə Rusiya, Azərbaycan və Ermənistan Baş nazirləri müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupunda ətraflı müzakirə olunub. “Təəssüf ki, hazırda bu məsələ erməni həmkarlarımızın mövqeyi ucbatından dalana dirənib”, - deyə Zaxarova əlavə edib.
XİN rəsmisi Rusiya Federal Təhlükəsizlik Xidməti sərhədçilərinin Meğri marşrutu üzərində nəzarətinə dair bəyanatı da şərh edib: “Həm nəqliyyatın optimal təşkili baxımından, həm də iqtisadi baxımdan bu, çox məntiqlidir. Rusiya sərhədçiləri onsuz da Ermənistanın Syünik rayonunun (Zəngəzur) cənubunda mövcuddur, onlar Ermənistanla İran arasındakı sərhədi qoruyurlar. “Sülh kəsişməsi” layihəsinə gəldikdə, bunun Meğri və ya digər bir marşruta alternativ olduğuna inanmırıq”.
Qeyri-regional aktorlara gəlincə, Zaxarova deyib ki,Cənubi Qafqazda kommunikasiyaların açılmasına töhfə vermək istəməməsi yalnız siyasi rejimin mülahizələri ilə izah olunur: “Onlar Ermənistan və Azərbaycanın bir-biri və qonşuları ilə qarşılıqlı əlaqəsini artırmaqda maraqlı deyillər. Onlar bölgəni parçalamağa, orada özlərini və öz maraqlarını təqdim etməyə çalışırlar. Başqalarının maraqlarını düşünmürlər. Və beləliklə də, ölkələr arasında ziddiyyətlər daha da gücləndirilir”.
Qriqoryan Qərbdə kiməsə xoş gəlməyə çalışır
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya sərhədçiləri tərəfindən Aİ müşahidə missiyasının Nerkin And kəndinə buraxılmaması ilə bağlı iddialarına gəlincə, Zaxarova deyib ki, “Bu, ilk dəfə deyil ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi faktları təhrif edir, görünür, Qərbdə kiməsə xoş gəlməyə çalışır”. Onun sözlərinə görə, Nerkin And istiqamətində Rusiya hərbçiləri yoxdur: “Ermənistan tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə orada FTX-nın sərhəd xidməti postu yerləşdirilib. 30 ildən artıqdır ki, respublikanın sərhədlərini qoruyan sərhədçilərimizi ləkələmək cəhdlərini əks nəticəli hesab edirik. Bunun əksinə olaraq, Aİ-nin “yalançı müşahidəçi”ləri ora çağırıldıqları işi görmürlər. Onlar orada Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti ilə məşğuldurlar”.
Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanından çıxarılmasının vacibliyinə dair səsləndirdiyi fikirləri də şərh edən Zaxarova deyib ki, ölkəsi bunu rəsmi İrəvan təmsilçisinin növbəti qeyri-dost davranış nümunəsi kimi qiymətləndirir: “Düzdür, parlament sədrinin qaldırdığı mövzulara nə dərəcədə məsul olduğu tam aydın deyil. Bununla bağlı Ermənistan hakimiyyətindən bizə heç bir müraciət daxil olmayıb. Biz başa düşürük ki, aeroportla bağlı məsələ rusiyalı Dmitri Setrakovun ətrafında baş verən hadisələrdən qaynaqlanır. Əmin edə bilərəm ki, Rusiyanın nümayəndələri tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməyib”.
Göründüyü kimi, Ermənistanla Rusiya arasında gərginlik artmaqda davam edir. Əlbəttə, rəsmi İrəvanı Moskvaya qarşı yönəldən Qərb dairələri, xüsusilə Fransadır. Amma Rusiya da Qərbin Ermənistana gəlməsinə göz yummayacaq. Bunun üçün rəsmi Moskvanın İrəvana kifayət qədər təzyiq rıçaqları var. Əgər Rusiya bu rıçaqları tam işə salarsa, Ermənistana baha başa gələcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

