Təhlükəsizlik amili...
08.03.2024 [11:05]
Qırmızı dənizdə baş verənlər Orta Dəhliz layihəsini əsaslı şəkildə diqqət mərkəzinə salır
Son onillik dünyada yeni siyasi çağırışlar yaratmaqla yanaşı, həm də yeni siyasi ştrixlərin meydana çıxması baxımından mühüm əhəmiyyət daşıyır. Başqa sözlə, bu gün mübarizə predmetlərinin sırası və mahiyyəti dəyişməkdədir. Məsələn, ötən əsrdə lokal qarşıdurmaların əsasında ənənəvi olaraq ərazi və ya siyasi iddialar dayanırdısa, XXI əsrin ikinci onilliyi xarakter etibarı ilə yeni nüanslar “yaradıb” - məsələn, “yol müharibəsi” və ya “yol mübarizəsi”. Ən müasir siyasi ittifaqlaşmalar, siyasi cəbhələşmələr, hətta hərbi ritorik “çarpışmalar” təməl mahiyyətində ticari imkanların, dolayısı ilə isə iqtisadi gücün inkişafına hədəflənib. Bu əsnada qlobal atlasın yeni siyasi gənclənməsi prosesində ortaya fərqli mənzərə çıxır: ənənəvi yollar, ənənəvi ticari istiqamətlər bəzi hallarda effektivsizliyi, bəzi halda təhlükələri, bəzi halda isə rentabelsizliyi ilə “göz oxşayır”.
Digər ünsürləri kompensasiya etmək mümkün olsa da, təhlükəsizlik məsələsi düşündürücüdür. Ticari əlaqələrin inkişafı məsələsində ən ümdə predmetlərdən sayılan təhlükəsizlik amili bu günümüzün əsas müzakirə obyektidir. Ayrı-ayrı misallarda bunu izah etmək daha doğru olar - ən azından hazır tablo insan üçün ən real “nümunədir”...
Cəhətlər üzrə tranzit imkanları - yeni təkliflər, ənənəvi çətinliklər...
Bir neçə gün öncə, aparıcı sosial şəbəkələrin fəaliyyətində mühüm problemlər müşahidə olundu. Bir neçə saat ərzində aparıcı sosial media strukturlarının fəaliyyəti iflic oldu. Bu məsələ geniş şəkildə müzakirə edildi və prosesin baş vermə səbəbləri açıqlananda... Maraqlıdır ki, aparıcı sosial medianın fəaliyyətinin dayanması ilə bağlı Qırmızı dənizdə husilərin xətləri kəsməsi məsələsi də aktuallıq daşıdı. Bəli, söhbət konkret olaraq “husi” problemi ilə bitmir - təhlükəsizliyin təmini, “husilərin” və ya qeyri distabil qruplaşmaların lokal olaraq zərərsizləşdirilməsindən getmir. Söhbət daha geniş kontekstdə təhlükəsizliyin təminatı məsələsindən gedir. Xüsusilə, son dövrlərdə daha böyük aktuallıq daşımağa başlamış Şərq-Qərb, Cənub-Şimal marşrutları üzrə yeni iqtisadi nizamın formalaşması baxımından bəlkə də “cıqıllı” görünən bu misal özündə böyük mahiyyət daşıyır - baş verən hal dəhlizlərin əsas üstünlüyünün məhz sabitlik və təhlükəsizlik üzərində fokuslanmasının gərəkdiyini göstərir.
Qlobal ticari münasibətlərin ənənəvi yollarına nəzər saldıqda, onların mühüm əksəriyyətinin bir çox “stansiyaları” üzrə hazırda destabil durumu müşahidə edirik - Cənub istiqaməti üzrə Suveyş kanalı, şimal istiqaməti üzrə isə Rusiya, Ukrayna və Belarus xətti özündə ciddi təhlükələri ehtiva etməkdədir. Bu mənada ticari münasibətlərdə problemlərin ortaya çıxması da təbii qarşılanır - bunun müqabilində isə, qlobal bazarda qiymətlərdə artım müşahidə edilir, malların yerinə vaxtında çatdırılması təmin olunmur, təhlükəsizliyi sual altına düşür. Yeni dünya nizamının ən mühüm ünsürü sayılan “iqtisadi təmərküzləşmə” dalana dirənir... Və bu halda müəyyən məsələlər yenidən göz önündə canlanır.
Orta dəhlizin cəlbediciliyi...
Orta Dəhliz... Son illərin, ayların ən mühüm müzakirə predmeti olan Avroasiyanın yeni ticari aortası özünün bütün parametrləri üzrə üstünlük yaradır. Xüsusilə, hazırki gərginliklər fonunda, Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlərin yaranması fonunda Orta Dəhlizin cəlbediciliyi artır və bu marşrut üçün yeni fürsətlər yaranır. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan bu təşəbbüs qısa zamanda qlobal miqyasda diqqəti cəlb edib. Bunun nəticəsi idi ki, sonrakı illərdə layihə genişləndi və iştirakçıların sayı Ukrayna, Rumıniya, Polşa kimi dövlətlərin hesabına artıb. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşruta çevrilir.
Marşurutun effektivliyində bir sıra amillər rol oynayır:
- Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiya prosesinə komleks şəkildə yanaşma sərgiləməsi;
- Əlaqələrin bu və ya digər şəkildə fərqli müstəvilərdə inkişaf etməsi, çoxtərəfli, şaxələndiriliş və genişləndirilmiş şəkildə sürət qazanması:
- Azərbaycanın timsalında Cənubi Qafqaz Mərkəzi Asiya ilə vahid geosiyasi məkan anlamı qazanması;
- Əlaqələrin həm də vahid geoiqtisadi əhəmiyyəti özündə əks etdirməsi - iqtisadi maraqların uzlaşması gələcək münasibətlərin çərçivəsini daha da genişləndirir;
- Azərbaycanın yaratdığı iqtsadi-siyasi reallıqlar regionları bir-biri ilə yaxınlaşdırmaqla kifayətlənmir - təhlükəsizlik seqmentinin ən yüksək səviyyədə təminatını da reallaşdırır. Son dövrlərdə daha mühüm aktuallıq daşımağa başlamış Türk Dövlətləri Təşkilatı platforması da Orta Dəhlizin bütün prdmetlər üzrə cəlbediciliyini artırır - Dəhlizin keçdiyi əksər coğrafiyalar məhz TDT üzvü olan ölkələrin əraziləridir.
Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbə, cari ildə isə Qarabağda suverenliyini tam təmin etməsi Orta Dəhlizlə bağlı inamı daha da gücləndirib, qətiləşdirib. Sirr deyil ki, Ermənistan ilə Azərbaycan arasında aparılan müzakirələrin bir predmeti də Zəngəzur Dəhlizinin açılması məsələsidir ki, bu da olduqca mühüm bir amildir və Orta Dəhlizin daha rentabelli hala gəlməsində şərt kimi çıxış edir.
Rəqəmsallaşmanın üstünlükləri...
Bütövlükdə, Orta Dəhlizlə bağlı regionun gündəliyində duran məsələlərin spektri kifayət qədər genişdir. Orta Dəhlizin potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistik dövrənin formalaşmasından gedir. Orta Dəhlizin rəqəmsallaşması da tranzit xəttin üstünlüklərini artıracaq. Artıq bu isiqamətdə addımlar atılır. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqəmsallaşma konsepsiyasının hazırlanması digər dəhlizlər qarşısında yüksək rəqabətqabiliyyətlilik yaradaq. Orta Dəhlizdə konteyner daşımaları üçün platformalar yaradılır və bu platformalar imkan verəcək ki, dəhliz boyunca rəqəmsallaşma həyata keçirilsin. Bu il üçün əsaslandırılmış hədəf rəqəmsal platformaları dəhlizdə istifadə etmək, bununla da ekosistem yaratmaqdır. Bu platforma yükdaşıyanlar üçün xidmətə çevriləcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

