Hədəf insansız sualtı qayıqlar hazırlamaqdır
20.03.2024 [10:40]
Türkiyə hərbi sənayesini daha da gücləndirir
N. BAYRAMLI
Beynəlxalq nizamın pozulduğu indiki dövrdə hər bir ölkə özünün milli təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrini gücləndirir. Bu gün qardaş Türkiyə də dünyanın ən güclü ordularından birinə sahibdir. Son 20 ildə Türkiyə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb.
Bu dövrdə Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Son illər öz arsenalını tanınmaz dərəcədə dəyişən qardaş ölkənin ordusu dünyanın ən güclü ordularından biri kimi tanınır. İstehsalı genişləndirilən Pilotsuz Uçan Aparatlar (PUA) isə dünya şöhrəti qazanmaqdadır. Hər bir ölkə öz ordusunu bu müasir silahla təchiz etməyə maraq göstərir. Onlarla ölkə PUA əldə etmək üçün sifariş verdi. Buna görə də Türkiyə istehsal etdiyi bu və digər silahların ixracatından qazandığı pulları istehsalın digər sahələrinə yönəldir və hərbi gücünü sürətlə artırır. Ölkənin konstruktorları və silah mütəxəssisləri hər il yeni səmərəli təkliflərlə hərbi istehsalın daha da genişləndirilməsinə sanballı töhfələrini verirlər. Təkcə bir faktı vurğulamaq fərəhlidir ki, hərbi mühəndis Selçuq Bayraktarın ixtira etdiyi “Bayraktar” Pilotsuz Uçan Aparatları dünya şöhrəti qazanıb. Hazırda müdafiə sənayesi çox sayda yeni hərbi texnikanın arsenalına daxil edib.
Məsələn, ötən ilin aprelində “Bayraktar TB3” pilotsuz təyyarələrinin ən son versiyaları ilə təchiz edilən “TCG Anadolu” desant gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə verilib. Bununla əlaqədar keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. “Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) flaqmanı olan “TCG Anadolu” desant gəmisi Türkiyənin qürur mənbəyidir”, - deyə R.T.Ərdoğan bildirib. O qeyd edib ki, “TCG Anadolu” dünyada zərbə PUA-larının yerləşdirilməsi üçün nəzərdə tutulmuş ilk hərbi gəmidir.
Uzunluğu 231 metr, eni 32 metr olan gəmi şəxsi heyəti bölgənin istənilən nöqtəsinə sürətlə çatdırmağa imkan verir. Gəmi 13 tank, 27 amfibiya zirehli transportyoru və 6 zirehli transportyor olmaqla, ümumilikdə, 94 texnika daşımaq üçün nəzərdə tutulub. Göyərtəyə 10 helikopter və 11 hücum PUA-sı yerləşə bilər. Gəminin təyyarə anqarı daha 19 helikopter və 30 pilotsuz uçuş aparatı üçün nəzərdə tutulub.
Sualtı qayıq layihəsi...
Bundan başqa, Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib və dizaynı tamamilə Türkiyədə həyata keçiriləcək çox yüksək yerli resurs payına malik sualtı qayıqların istehsalını təhlil edib. 2019-cu ilin aprel ayında Hərbi Dəniz Qüvvələri Komandanlığı tərkibində MİLDEN Dizayn Layihə Ofisi yaradılıb və MİLDEN Layihəsi rəsmi olaraq başlayıb. 2022-ci ilin əvvəlində MİLDEN-in konseptual dizaynları tamamlanıb və qabaqcıl dizayn mərhələsinə start verilib. 2022-ci ilin avqust ayına olan məlumata görə, Layihə Ofisində 23-ü mühəndis, 5-i texniki layihəçi olmaqla 28 işçi çalışır. Layihə irəlilədikcə personal sayı da artacaq.
2023-cü ildə MİLDEN-in sınaq blokunun inşasına start verilməsi, 2025-ci ilə qədər layihələndirmə işlərinin başa çatdırılması və Gölcük Gəmiqayırma Zavodunda ilk gəminin istehsalına başlanması planlaşdırılır. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir. MİLDEN haqqında çox məhdud məlumatlar mətbuatla paylaşılıb. MİLDEN-in havadan asılı olmayan hərəkət sisteminə sahib olacağı açıqlanıb.
MİLDEN sualtı qayıqlarının Türkiyənin daxili imkanlarla inkişaf etdirdiyi və inkişaf etdirəcəyi bütün silahlara (“Akya”, “Atmaca”, “Gezgin”) və sistemlərə sahib olacağı məlumdur. Nə qədər sualtı qayığın istehsal olunacağı bəlli deyil. Elan edilmiş uzunluq və subasımı məlumatının gələcəkdə dəyişəcəyi ehtimal edilir. Bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da əsgərlərlə iftar yeməyində mühüm mesajlar verib. Ərdoğan deyib ki, hazırda hədəf insansız sualtı qayıqlar hazırlamaqdır.
“KAAN” - Türkiyənin növbəti uğuru
Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. “Hürjet” isə Türk Silahlı Qüvvələri üçün mövcud “F-16”-ları da əvəz edəcək - “KAAN” yerli sursatla təchiz ediləcək. “KAAN”ın texniki xüsusiyytlərinə gəldikdə isə, Türk Təyyarə Sənayesi Şirkətinin (TUSAŞ) yerli və milli imkanlarla inkişaf etdirdiyi milli döyüş təyyarəsi Pilotsuz Uçuş Aparatlarının hava xəbərdarlıqları, nəzarəti kimi funksiyalarını özündə cəmləşdirir. Yeni nəsil silahlarının vasitəsilə havadan havaya döyüş aparmaq qabiliyyətinə malik təyyarə daxili silah yuvalarından səsdən yüksək sürətlə dəqiq zərbələr endirmək iqtidarındadır. Onun döyüş gücü süni intellekt və neyron şəbəkə dəstəyi ilə artırılıb.
Bir müddət öncə Türkiyənin ilk milli döyüş təyyarəsi olan “KAAN” ilk uçuşunu həyata keçirdi. “KAAN”ın Ankara səmasında reallaşan uçuşu uğurla başa çatdı. Türkiyə bu təyyarəni ABŞ-ın “F-35” qırıcılarına alternativ olaraq istehsal edir.
Bütün bunlar Türkiyənin hərbi sənayesinin parlaq nailiyyətləridir. Bu faktor beynəlxalq miqyasda qardaş ölkənin önəmini daha da artırır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

