Region ölkələri niyə susur?
05.04.2024 [10:33]
“Hərbi pakt” bölgənin kabusuna çevrilə bilər...
Tehran açıq etirazla çıxış etməlidir
Bu gün keçirilməsi planlaşdırılan “görüş” fonunda Qərbin bölgəyə qarşı hərəkətlənməsi yalnız Azərbaycana qarşı xarakter daşımır - bütövlükdə, regionun maraqlarını təhdid edir. Bütün bu proseslər Qərbin açıq düşmən kimi gördüyü İranın susqunluğu şəraitində baş verir. İran sanki sərhədlərində ABŞ və Aİ-nin hərbi bazasınln qurulduğunu görmür və ya görməzdən gəlir. Təsadüfi deyil ki, regiona yönəlik təhdidlərlə bağlı bir müddət öncə İran tərəfi öz narahatlığını dilə gətirmişdi. İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə erməni həmkarı Suren Papikyan arasındakı görüşdə Aştiani açıq şəkildə bildirmişdi ki, bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb etmək əks təsir göstərə bilər. M. R. Aştiani vurğulamışdı ki, regionu kənar dövlətlərin geosiyasi rəqabət meydanına çevirmək bölgənin bütün dövlətlərinin maraqlarına ziddir. Göründüyü kimi, İran özü də etiraf edir ki, Ermənistanın “əməkdaşlıq” pərdəsi altında ABŞ və ya Aİ-nin hərbi gücünü bölgəyə yerləşdirməsi Tehranın planlarına uyğun deyil. Bəli, İran bu məsələdə xüsusilə ehtiyatlı davranmalıdır. Perspektivdə həmin bölgəyə yerləşdirilən qüvvələrin məhz rəsmi Tehran üçün rəqiblərinin cızdığı yeni planlar olma ehtimalı da formalaşa bilər. Bu gün İrana qarşı aktiv sanksiyalar və embarqolar tətbiq edən Aİ, ABŞ, kollektiv Qərb onsuz da “mülki missiya” adı altında onun sərhədlərinin kənarında kəşfiyyat işləri aparır. Yeni dönəmdə Ermənistanın “hərbi pakt” üzərindən ABŞ və Aİ-ni leqal şəkildə öz sərhədləri daxilinə buraxması isə Tehrana qarşı hərbi planların aktiv fazaya qədəm qoymasını belə mümkün edə bilər. Burada ən diqqətçəkən məqam isə İranın maraqlarının təhlükə qarşısında olduğu bir məqamda İranın Ermənistandakı səfirinin Fransa səfiri ilə birgə Qərbi və Paşinyan rejimini tərənnüm etməklə məşğul olmasıdır. Axı qeyri-region dövlətlərinin regiona müdaxiləsi İran üçün həmişə “qırmızı xətt” sayılıb. Necə olur ki, İranın səfiri özünü Qərbin maraqlarının ifadəçisi kimi aparır. Bu, həm də İranın maraqlarına xəyanət deyilmi?
Gürcüstan mövqeyini bildirməli, Rusiya isə susmamalıdır...
Eyni zamanda, Qərbin region üçün Ermənistan üzərindən hesabladığı “perspektiv” Cənubi Qafqazda Ukrayna xətti kimi ikinci cəbhə və yeni ayırıcı xətlər yaratmağa hədəflənib. Bu məsələ olduqca ciddi mahiyyət daşıyır və bütün bölgə bu məsələdə mövqeyini açıq şəkildə bildirməyə məcburdur - eyni zamanda, qərbpərəst siyasət yürüdən Gürcüstan da öz mövqeyini bəlli etməlidir. Azərbaycan ilə strateji əlaqələrə malik, Orta Dəhlizin əsas seqmentlərindən sayılan, regional layihələrlə birgə özünün də maraqları təhlükə qarşısına düşən Gürcüstan regionda Azərbaycanla birlikdə olmalıdır.
Bu məsələnin reallaşması, eyni zamanda, Rusiyanın regiondakı maraqlarını təhdid altına salır. Proseslər sonda Ermənistandakı Rusiya hərbi bazasının çıxarılması ilə nəticələnə bilər, Moskva isə baş verənlərə hələ də ciddi reaksiya göstərmir. Axı, 32 ildən sonra Ermənistanın Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması üçün Moskvaya rəsmi məktub göndərməsi də məhz bu planın tərkib hissəsidir. Rusiya Ermənistanda gedən proseslərlə heç vaxt barışmamalıdır. Vaxt isə Kremlin əleyhinə işləyir. Ukraynada uzun müddət gözləmə mövqeyində olan Rusiya nəticədə Ukraynanı itirdi və indiki vəziyyətə düşməli oldu. Ermənistanla bağlı məsələyə də eyni “susqunluqla” yanaşması Rusiyanın özünün milli maraqları üçün böyük təhdiddir.
Ermənistan siyasi-hərbi iflasın eşiyindədir...
Ermənistan isə ikinci Ukrayna və ya Suriya olmağın bir addımındadır. Regionda hazırda ən zəif halqa sayılan İrəvan anlamalıdır ki, “çətiri altına girməyə çalışdığı” Qərbə çox da arxayın olmamalıdır. ABŞ-da mümkün və gözlənilən yeni siyasi situasiyanın formalaşması Cənubi Qafqazı ümumiyyətlə unutduracaq - Makron isə daima hər yerdə uduzmaqda davam edəcək.
Bu, Ermənistan üçün yolun sonu ola bilər. İlk növbədə Ermənistan bundan öncə ABŞ-ın və ya Aİ-nin təhriki ilə yerləşdiyi bölgələrdə qeyri-konstruktiv mövqe tutan ölkələrdən nümunə götürsün - onların düşdüyü vəziyyət, yaşadıqları göz önündədir. İndiyə qədər ABŞ və ya Aİ heç bir dövlətə səmimi şəkildə “dəstək” verməyib - bu “dəstəyin” altında korporativ maraqlar gizlənib. Ermənistan Əfqanıstan və Suriya kimi barıt çəlləyinə, terrorçuların, narkotrafikin cəmləşdiyi məkana çevriləcək. Azərbaycan regionda öz problemini həll edib, ərazi bütövlüyü və suverenliyini təmin edib. Azərbaycan heç bir halda Ermənistanın yenidən qalxmasına və regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə “israrlı olarsa”, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər. Rəsmi İrəvan başa düşməlidir ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi aktoru kimi qəbul olunur və sülhün imzalanması Ermənistanın da regional və qlobal əməkdaşlıq platformalarında iştirakını təmin edəcək. ABŞ və ya Aİ ilə yeni “hərbi pakta” girmək isə İrəvana dağıntı və sarsıntı, aclıq və səfalət, iqtisadi geriləmə və sosial böhran vəd edir...
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56

