/ / Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir
Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir
11.06.2026 [09:41]
Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarix boyu “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq unikal bir xətt üzrə inkişaf etmişdir. Bu sarsılmaz tellər 15 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş qədim mədəniyyət paytaxtımız Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu tarixi sənəd, sadəcə iki ölkə arasındakı əlaqələri deyil, eyni zamanda Cənubi Qafqazın geosiyasi mənzərəsini kökündən dəyişdirən bir dönüş nöqtəsidir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən rəsmi müttəfiqlik səviyyəsinə qaldırdı. Sənəd siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə tam inteqrasiyanı nəzərdə tutur. Bəyannamənin ən mühüm və diqqətçəkən tərəfi hərbi təhlükəsizliklə bağlı bəndlərdir. Sənədə əsasən üçüncü bir dövlət və ya dövlətlər qrupu tərəfindən tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər bir-birinə lazımi yardım göstərəcəklər.
Bəyannamədə həmçinin Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, birgə hərbi təlimlərin keçirilməsi və orduların koordinasiyalı fəaliyyəti rəsmiləşdirilmiş, iki ölkə arasında texnologiya transferi, birgə istehsal sahələrinin yaradılması və müasir hərbi texnologiyaların inkişafı prioritet elan olunmuşdur.
Şuşa Bəyannaməsi iqtisadi sahədə regional layihələrin sürətləndirilməsini və ticarət dövriyyəsinin artırılmasını hədəfləyir. Bəyannamədə Türkiyə və Azərbaycanı birləşdirən, eyni zamanda Şərq-Qərb Mərkəzi Dəhlizinin mühüm tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasının strateji əhəmiyyəti xüsusi vurğulanmış, TANAP və TAP layihələrinin genişləndirilməsi, Avropanın və regionun enerji təhlükəsizliyində iki ölkənin birgə rolunun gücləndirilməsi təsbit edilmişdir. Sənəd, hər iki dövlətin xarici siyasətdə addımlarını koordinasiya etməsini nəzərdə tutur. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diasporlarının birgə hərəkət etməsi, milli mənafelərin qorunmasında güclərin birləşdirilməsi strateji hədəf kimi müəyyən olunmuşdur.
Şuşa Bəyannaməsi sadəcə bu günün tələblərindən doğan bir sənəd deyil, kökləri tarixə dayanan və gələcəyə yönələn nəhəng bir siyasi aktdır. Şuşa Bəyannaməsində düz 100 il əvvəl imzalanmış tarixi Qars Müqaviləsinə istinad edilməsi böyük rəmzi məna daşıyır. Bu, Türkiyə və Azərbaycanın bir əsr sonra da eyni qətiyyətlə bir-birinin yanında olduğunun dünyaya elanı idi. Bu bəyannamə Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı tarixi Qələbənin və regionda yaranmış yeni geosiyasi reallığın hüquqi cəhətdən təsbitidir. Türkiyənin regionda hərbi-siyasi varlığının rəsmiləşməsi, bölgədə revanşist qüvvələrin baş qaldırmasının qarşısını alan ən böyük maneədir.
Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının (TDT) daxilindəki digər dövlətlər üçün də bir inteqrasiya modeli rolunu oynayır. Bu sənəd Türk dünyasının coğrafi və strateji cəhətdən birləşməsi yolunda atılmış ən cəsarətli addımdır. Şuşa Bəyannaməsi siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu sənəd iki ölkənin milli maraqlarının qorunması, regional təhlükəsizliyin möhkəmləndirilməsi və qarşılıqlı dəstəyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bəyannamənin imzalanması Azərbaycan-Türkiyə qardaşlığının hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib.
Ötən beş il ərzində iki ölkə arasında əlaqələr sürətlə inkişaf edib. Birgə iqtisadi layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlığın genişlənməsi, nəqliyyat dəhlizlərinin inkişafı və müdafiə sahəsində görülən işlər bu münasibətlərin nə qədər güclü olduğunu göstərir. Hər iki dövlət beynəlxalq platformalarda da bir-birinin mövqeyini dəstəkləyərək qarşılıqlı etimada əsaslanan əməkdaşlıq nümunəsi nümayiş etdirir.
Şuşa Bəyannaməsinin məhz Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Bu şəhər Azərbaycan xalqının tarixində, mədəniyyətində və mənəvi dəyərlərində mühüm yer tutur. Bəyannamənin Şuşada imzalanması həm Azərbaycanın ərazi bütövlüyünün bərpasının təsdiqi, həm də bölgədə yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

