Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib

13.05.2025 [11:14]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Okay Məmişin Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxundu və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirdi.

Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırdı.

Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığımızın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulandı.

Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edildi.

Paylaş:
Baxılıb: 301 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30