Müstəqillik yolunun başlanğıcı
30.08.2025 [12:18]
1991-ci il avqustun 30-da Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edib
Dünyada xalqların sayı çoxdur. Ancaq müstəqillik heç də bütün xalqlara nəsib olmayıb. Yüzilliklər boyunca qəlbində azadlıq arzuları daşıyan, tarixin müxtəlif dönəmlərində bu ideya uğrunda mücadilələrə qatılan Azərbaycan xalqı isə 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikasının süqutundan sonra ötən əsrin doxsanıncı illərinin əvvəlində yenidən müstəqilliyinə qovuşub. XX yüzillikdə qazandığımız müstəqilliyə gedən yol isə tarixin bu günündə -1990-cı il avqustun 30-da Müstəqillik Bəyannaməsinin qəbul edilməsi ilə başlayıb.
Heydər Əliyevin müstəqillik mücadiləsi
Dünyanın bir sıra ölkələri kimi, Azərbaycanın da müstəqillik əldə etməsində, onun qorunmasında və möhkəmləndirilməsində lider amilinin müstəsna rolu olub. Böyük siyasətçi, Vətənini və xalqını çox sevən Heydər Əliyevin fəaliyyəti, aldığı cəsarətli qərarları, sözün əsl mənasında, müstəqillik mücadiləsi kimi səciyyələndirmək mümkündür. Bu böyük şəxsiyyətin istər keçmiş sovet dönəmində, istərsə də sonrakı mərhələdə bütün çalışmalarının əsas hədəfi Azərbaycanın müstəqilliyinin təmin edilməsi olub. O, bu məqsədlə müstəsna missiya yerinə yetirib. Əvvəla onu qeyd edək ki, Heydər Əliyev hələ ötən əsrin 60-80-ci illərində Azərbaycana rəhbərlik edərkən keçmiş sovet rejiminin ideoloji qadağalarına rəğmən, respublikamızın gələcəkdə müstəqil yaşaması üçün möhkəm əsaslar yaratmışdı. Sonrakı mərhələdə isə O, xalqın yaddaşını təzələməklə cümhuriyyət ideyalarının geniş şəkildə yayılmasına çalışırdı. XX yüzillikdə Azərbaycanın ikinci dəfə müstəqilliyə qovuşmasının əsası da məhz Onun səyləri və cəsarəti sayəsində Naxçıvanda qoyulub.
Məlumdur ki, keçmiş ittifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzləşən Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Heydər Əliyev doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
Bu gün Heydər Əliyevin o dövrdə atdığı bu kimi cəsarətli addımlar kimlərə isə adi görünə bilər. Lakin bu, belə deyil. Bəhs olunan dövrdə hələ sovet ittifaqı, kommunist partiyası fəaliyyət göstərirdi və belə addımların atılması çox təhlükəli idi. Heydər Əliyev isə təhdidlərdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi, həmçinin ölkənin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı.
Müstəqilliyimizin mühüm prinsiplərinin əks olunduğu bəyannamə
Müstəqillik mücadiləsini davam etdirən Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. 10 müddəadan ibarət olan sənəddə 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğu xüsusi vurğulanıb. Sənəddə ölkəmizin reallıqları nəzərə alınmaqla milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminatlar verilib və respublikanın vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyinə çağırış edilib. Eyni zamanda, respublikamızın keçmiş ittifaqın bütün subyektləri ilə dostluq münasibətlərinin bundan sonra da saxlamasının arzu edildiyi, eləcə də beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğu vurğulanır. Sənədin sonuncu bəndində oxuyuruq: “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan edir”.
Heydər Əliyevin təşəbbüsü ilə 30 avqust 1991-ci il tarixində qəbul olunan bəyannamə sonrakı mərhələdə respublikamızın müstəqilliyi ilə bağlı digər hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi üçün əsas oldu. Həmin ilin oktyabr ayının 18-də Ali Sovet məhz bu bəyannaməyə istinad edilməklə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
Sözügedən bəyannamənin mühüm müddəalarından biri də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlıdır. Burada ölkənin təhlükəsizliyinin, dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi müqəddəs borc kimi vurğulanır. Bu müqəddəs borcu yerinə yetirən isə Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev oldu. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı zəfərlər sayəsində artıq müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

