/ / Bakı sakinləri “Formula-1” Avropa Qran-prisi ərəfəsində trek ətrafında maneəsiz hərəkət edə biləcəklər
Bakı sakinləri “Formula-1” Avropa Qran-prisi ərəfəsində trek ətrafında maneəsiz hərəkət edə biləcəklər
28.05.2016 [08:46]
İyunun 17-19-da Bakının mərkəzi küçələrində keçiriləcək “Formula-1” Avropa Qran-prisi ərəfəsində tamaşaçıların trekə, Dənizkənarı Milli Parkda yerləşən “F-1 şəhərciyi”nə və bilet aldıqları tribunalara rahatlıqla yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 27-də təşkil olunan brifinqdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-prisinin mətbuat katibi Nigar Arpadarai deyib.
“Yarış zamanı Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində, ümumilikdə 20 saat xidmət göstərəcək. Yarış həftəsində 65, 5 və 53 nömrəli avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcək”, - deyə Nigar Arpadarai bildirib.
Qeyd edib ki, trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 nömrəli avtobus Füzuli Meydanı - M.Muxtrov küçəsi - Nizami küçəsi - S.Rüstəmov küçəsi - Ə.Cavad küçəsi - Azərbaycan prospekti - Füzuli meydanı - Z.Əhmədbəyov küçəsi - Tbilisi prospekti - 20 Yanvar küçəsi - H.Məhərrəmov küçəsi - Mir Cəlal küçəsi marşrutu üzrə hərəkət edəcək.
Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov və Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobus metronun “Nəriman Nərimanov” stansiyası - “28 May” stansiyası - Azadlıq prospekti - Nizami küçəsi - R.Behbudov küçəsi -Nəriman Nərimanov stansiyası dayanacaqlarından keçəcək.
Qeyd olunub ki, trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri isə Bakı İdman Sarayının qarşısında yerləşən dayanacaqda düşərək bilet aldıqları tribunaya piyada getməlidirlər. Yarış günlərində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (20-ci sahə) - Bayraq Meydanı - Bakı İdman Sarayı. Bununla yanaşı, tamaşaçılar yarışın keçiriləcəyi məkana metro ilə də gələ bilərlər. Bunun üçün bilet sahibləri metronun “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər.
Nigar Arpadarai bildirib ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq. Bununla yanaşı, piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Xəqani ilə Rəşid Behbudov küçələrinin kəsişmələrində yerləşəcək. İyunun 16-da günorta saat 14:00-dən etibarən yalnız bilet sahiblərinin Dənizkənarı Milli Parka çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər.
“Bakı şəhər halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-də gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-də səhər saat 06:00-da aradan qaldırılacaq. “F-1 Şəhərciyi”nin yerləşdiyi Dənizkənarı Mili Park iyunun 15-də gecə saat 00:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-də günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Milli Parka iyunun 16-da günorta saat 14:00-dan etibarən daxil ola biləcəklər”, - deyə “Formula-1” üzrə Avropa Qran-prisinin mətbuat katibi diqqətə çatdırıb.
Nigar Arpadarai bildirib ki, nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər daxildir. İkinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və ona yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsidir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan iyunun 13-dək təqdim olunacaq. Verilən nişanlar avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər. Birinci zonaya aid nişanlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən, 2-ci və 3-cü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunacaq. Birinci zonaya dair ətraflı məlumat almaq üçün 497-52-46, 2-cü və 3-cü zonalara aid ətraflı məlumatı isə 492-98-14 və 492-09-02 telefon nömrələri ilə əlaqə saxlamaqla Bakı Şəhər İcra Hakimiyyətindən almaq mümkündür.
Diqqətə çatdırılıb ki, 1-ci və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə - saat 00:00-dan 06:00-dək icazə veriləcək. Üçüncü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. Birinci zonaya giriş Azneft dairəsi, ikinci zonaya giriş Azadlıq prospekti, üçüncü zonaya giriş isə Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

