Ölkəmizin regionlarında pambıq yığımı sürətlə davam edir
23.10.2020 [08:45]
Dövlət tərəfindən pambıqçılığın inkişafına diqqət və qayğının göstərilməsi fermerlərin ildən-ilə bu sahəyə marağının artmasına, məhsuldarlığın çoxalmasına yol açıb
Ölkəmizdə 2004-cü ildən həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlar”ı, həmçinin reallaşdırılan çoxsaylı layihələr digər sahələr kimi aqrar sahənin də inkişafını sürətləndirib, regionlarda əmək ehtiyatlarından, təbii-iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb. Bu konteksdə vurğulamaq olar ki, iqtisadiyyatın neftdən asılılığını azaltmaq məqsədilə ölkəmizdə ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafında mühüm nəticələrin əldə olunmasına təkan verib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində də aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı məsələlərə və ölkəmizin regionlarında aqrar sahədə məhsuldarlığın artırılması üçün görülən tədbirlərə toxunub: “Biz indi aqroparkların timsalında görürük ki, burada məhsuldarlıq daha yüksəkdir. Çünki yeni texnologiyalar tətbiq olunur, texnika gətirilir, dövlət tərəfindən dəstək göstərilir”.
Regionlarda fermerlər üçün yaradılan şərait, o cümlədən böyük təsərrüfatların fəaliyyəti aqrar sahəyə olan marağın da artmasında əsaslı rol oynayır. Vurğulanmalıdır ki, bu gün Azərbaycan dövləti kənd təsərrüfatının inkişafı, ən əsası isə fermerlərin əsas gəlirli sahələr üzrə spesifikləşməsi üçün bütün addımları atır. Bunun sırasında gübrələrin güzəştli şərtlərlə satılması, fermerlərin toxum və ya çiyid ilə təmin edilməsi, o cümlədən lazımi texniki vasitlərin əldə olunması, sahələrə gətirilməsi, əkin və ya biçin prosesində iştirakının təmini, yanacaq pulunun verilməsi və digər lazımı məsələlərin həlli yer alır. Belə olan təqdirdə isə, fermerlərin ildən-ilə bu sahəyə marağının artması təmin olunur, əkin sahələri artırılır, məhsuldarlıq isə günü-gündən çoxalır.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında qeyri-neft sektorunun inkişafında əsas rol oynayan sahələrdən biri olan pambıqçılığın birbaşa emal sənayesini şərtləndirdiyini vurğulayıb. Sahibkarların bu sahəyə xüsusi əhəmiyyət verməsinin vacibliyindən danışan dövlət başçısı deyib: “Pambıqçılıq birbaşa emal sənayesini şərtləndirir. Bizdə pambıqçılıqda 46 faiz artım var. İxrac keçən il 158 milyon dollar olubdur. Ancaq biz pambığın 50 faizini ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri”.
Nəzərə alınmalıdır ki, Azərbaycan uzun illərdir pambıqçılıq ənənsi olan dövlətlərdən sayılır. Münbit coğrafi şərait “ağ qızıl”ın ölkəmizdə yüksək səviyyədə yetişdirilməsinə imkan yaradır. Hələ sovet ittifaqı dövründə öz “ağ qızıl”ı ilə məşhur olan Azərbaycan bu gün dünya bazarında yenidən pambığı ilə tanınması üçün bütün lazımı addımları atır. Qeyd edildiyi kimi, bu, məhsuldarlığın artımına və fermerlərin illik gəlirlərinin çoxalmasına şərait yaradır. Bir sözlə bu sahənin inkişafı istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Bu məqamda bildirmək yerinə düşər ki, artıq bölgələrdə pambıq yığımına da start verilib.
Vurğulandığı kimi, artıq regionlarda pambıq yığımı yüksək vüsət alıb. Bunu ayrı-ayrı rayonlar üzrə verilən məlumatlar da təsdiqləyir. Məsələn, Biləsuvar rayonunda pambıq yığımı gündən-günə sürətlənir. Ötən il sahələrdən 30 min 249 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Belə ki, yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları az vaxtda sahələrdən 11 min 822 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Yığılan məhsulun 10 min 822 tonu maşınların köməyi ilə toplanıb.
Qeyd edilməlidir ki, bu il biləsuvarlı pambıqçılar 10 min 61 hektar sahədə pambıq yetişdiriblər. Toxum səpinindən tutmuş yığım gününə kimi bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən sahələrdən bol məhsul yetişib. Məhsulu qısa müddətdə toplamaq üçün işə 2990 nəfər işçi qüvvəsi cəlb olunub, 49 ədəd ən müasir və məhsuldar kombayn və yığım üçün lazım olan digər texnika məhsul istehsalçılarının ixtiyarına verilib. İşin yaxşı təşkili nəticəsində pambıq sahələrindən hər gün 490-495 ton məhsul toplanılır. Rayonun qabaqcıl pambıqçılarından olan Elməddin Vəliyev uzun illərdir pambıq əkini ilə məşğul olur. Pambığın becərilməsində təcrübəsi olan fermer illəri bir-birindən yüksək göstəricilərlə başa vurur. Torpaq sahibi ötən il becərdiyi 8 hektar sahənin hər hektarından 40 sentner məhsul götürüb. O, KİV-ə açıqlamasında bildirib ki, bu il 10 hektar sahədə pambıq becərib: “Müqavilə bağladığım şirkət tərəfindən lazımı texnika, toxum, gübrə və kimyəvi preparatla vaxtı-vaxtında təmin olunmuşam. Becərmə vaxtında bütün aqrotexniki tədbirləri nümunəvi həyata keçirdiyimdən bu il də sahəmdə məhsul boldur. Hər il olduğu kimi bu mövsüm də məhsulu maşınlarla yığıram. İndiyədək sahədən 22 ton pambıq toplamışam. Əminəm ki, məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq. Dövlətimiz tərəfindən pambıqçılara verilən əlavə güzəştlər bütün məhsul istehsalçıları kimi mənim də işə olan marağımı artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə əkin sahəsini 15 hektara çatdırmaq fikrindəyəm”.
Mərkəzi Aran regionunda yerləşən İmişli rayonunda da pambıq yığımı sürətlə davam edir. Verilən məlumata əsasən, məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları oktyabrın 20-dək sahələrdən 10 min 417 tondan çox məhsul toplayıblar. Hər gün plantasiyalardan 900 tondan çox pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir ki, bunun da 860-870 tonu kombaynlarla yığılır. Tədarük edilən məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.
Vurğulayaq ki, bu il rayonda 7 min 923,8 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən 19 min 703 tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində də sahələrdən daha çox məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda məhsul boldur. Artıq rayonda kütləvi pambıq yığımına başlanılıb. Məhsul yığımı həm əl, həm də maşınlarla aparılır. Hazırda sahələrdə 33 pambıqyığan kombayn işləyir və indiyədək tədarük olunan məhsulun 9 min 669 tondan çoxu bu maşınların köməyi ilə toplanılıb.
Rayonun Muradxanlı kənd sakini, təcrübəli pambıqçı Elbrus Abbasov İmişlidə ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi 25 hektar pambıq sahəsinin hər hektarından 45 sentner məhsul götürüb. Fermerin sahəsində bu il də pambıq çoxdur: “Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 20 hektar sahədə pambıq becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən sahəmdə bol məhsul yetişib. Məhsulu maşınlarla toplayıram. İndiyədək sahənin 11 hektarının məhsulunu yığmışam. İlk nəticə göstərir ki, bu mövsüm plantasiyadan 180-190 tondan çox məhsul toplaya biləcəyəm”.
Qaradonlu kənd sakini, təcrübəli pambıqçı Seyidnəzər Həşimov da rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi 12,7 hektar pambıq sahəsindən orta hesabla 45,1 sentner məhsul götürüb. Fermerin sahəsində bu il də pambıq çoxdur. “Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 14 hektar sahədə pambıq becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən bol məhsul yetişib. Məhsulu maşınlarla toplayacağam. Hələ kollarda qozalar tam açılmadığından yığıma başlamamışam. Yaxın günlərdə sahəyə pambıqyığan kombayn çıxaracağam. Əminəm ki, məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq”, - deyə o bildirib.
Qeyd edək ki, bu il imişlili pambıqçılar sahələrdən 22-23 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.
Ölkəmizin qabaqçıl pambıqçılıq rayonlarından sayılan Saatlı rayonunda da pambıq yığımı davam edir. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 41 min 813 ton məhsul istehsal edən rayonun “ağ qızıl” ustaları bu ildə yığımda öndə gedirlər. Hər gün sahələrdən 1165-1170 ton məhsul yığılır. Qeyd edilməlidir ki, bu il rayonda 2950 istehsalçı dörd şirkətlə müqavilə bağlayaraq 14 min 141 hektar sahədə pambıq əkib. Məhsul istehsalçılarına göstərilən hərtərəfli kömək və bitkinin becərilməsində aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Məhsul toplanışına vaxtında başlayan pambıqçılar indiyə qədər sahələrdən 20 min tondan çox pambıq yığıblar. Tədarük olunan pambığın 79 faizi maşınların köməyi ilə toplanıb. Yığılmış məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.
Saatlıda pambıq əkini ilə məşğul olan qabaqcıl fermerlər çoxdur. Uzun illər pambıq əkini ilə məşğul olan, qabaqcıl pambıqçı Səyyaf Hüseynov hər il yüksək məhsuldarlığa nail olur. Sahibkar ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 35,1 sentner məhsul götürüb. Onun sahəsində bu ildə pambıq çoxdur. Fermer indiyədək əkdiyi 28 hektar sahədən 80 ton məhsul toplayıb. “Yığım apardığım sahənin hər hektarından 30,8 sentnerdən çox məhsul götürmüşəm. Sahəmdə pambıq hələ çoxdur. Bu mövsüm plantasiyadan 120-130 tona yaxın pambıq götürəcəyimə əminəm. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək bu sahə ilə məşğul olan fermerlərin pambıq əkininə olan marağını daha da artırıb, onlarda ruh yüksəkliyi yaradıb. Bundan həvəslənən əkinçilər hər il sahələrini daha da genişləndirirlər”, - deyə fermer KİV-ə açıqlamasında bildirib.
(davamı növbəti sayımızda)
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

