Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın malik olduğu iqtisadi imkanlar nəticəsində 44 günlük müharibə dövründə də ölkəmizdə tikinti-quruculuq və abadlıq işləri davam etdirilib

Azərbaycanın malik olduğu iqtisadi imkanlar nəticəsində 44 günlük müharibə dövründə də ölkəmizdə tikinti-quruculuq və abadlıq işləri davam etdirilib

27.11.2020 [08:47]

Bu ilin oktyabr-noyabr aylarında regionlarda sözügedən istiqamətdə davamlı addımların atılması da deyilənləri təsdiqləyir
(əvvəli ötən sayımızda)

Viləş çayı yatağının sel və daşqın sularından mühafizəsini təmin etmək və respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun üzərində yerləşən yeganə əsas körpünün beton bünövrəsinin zədələnməsinin qarşısının alınması məqsədilə çayın 591 poqonmetr hissəsi beton məcraya salınıb və bəndboyu hər iki tərəfdə drenaj şəbəkəsi çəkilib.
Hazırda park-bulvar kompleksinin ərazisində daha 159 poqonometr hissənin beton məcraya salınması işləri davam etdirilir. İndiyədək Viləş çayın həmin hissəsindən 110 poqonometrə qədər ərazidə iş başa çatdırılıb. Bundan sonra daha 49 poqonometrə qədər ərazidə çayın müəyyən hissəsinin beton məcraya salınması işləri görüləcək.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev 2019-cu ilin sentyabrın 18-də Masallı rayonuna səfəri zamanı Viləş çayın yatağının şəhər ərazisindən keçən hissəsində inşa edilən park-bulvar kompleksi ilə tanış olub, tikinti-quraşdırma işlərinin tam başa çatdırılması məqsədilə müvafiq tapşırıqlarını vermişdi.
Masallı şəhərində inşa edilən 100 yerlik körpələr evi-uşaq bağçasında isə tikinti işləri başa çatıb. İkimərtəbəli yeni məktəbəqədər təlim və tərbiyə müəssisəsində uşaqların mənalı istirahət etmələri və təlimi üçün hər cür şərait yaradılıb. Bağçanın həyətində balaca fidanların əylənmələri üçün müxtəlif istirahət guşələri inşa edilib.
Bəhs edilən müddətdə, həmçinin Masallı rayonunun Yeddioymaq kəndində həkim məntəqəsi üçün inşa edilmiş yeni bina istifadəyə verilib. Səhiyyə ocağının yeni binasına kənd sakinlərinin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb.
Sakinlər daim ölkə vətəndaşlarının sağlamlığının qayğısına qalan dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bu məqamda onu da bildirmək yerinə düşər ki, bu ilin doqquz ayında Masallı rayonunda bütün maliyyə mənbələrindən əsas kapitala 51 milyon 537,5 min manat investisiya yönəldilib. Bu investisiyadan 47 milyon 971,6 min manatı tikinti-quraşdırma işlərində istifadə edilib. Masallı Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, tikintidə çalışanların 70,6 faizi dövlət sektoruna, 29,4 faizi qeyri-dövlət sektoruna mənsub tikinti müəssisələrində işləyənlərdir. Rayonda tikintidə çalışanların orta aylıq nominal əməkhaqqı 21,9 faiz artaraq 357,4 manata çatıb. Orta aylıq əməkhaqqı dövlət mülkiyyətində olan müəssisələrdə 431,5 manat, qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrində isə 179,1 manat təşkil edib.
Bu dövrdə əhali tərəfindən fərdi evlərin tikintisinə xüsusi diqqət yetirilib. Doqquz ayda Masallıda ümumi sahəsi 74 min 100, yaşayış sahəsi isə 54 min 200 kvadratmetr olan 644 fərdi yaşayış evi tikilib istifadəyə verilib.
Yevlaxda da quruculuq və abadlıq işləri davam etdirilir 
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Mərkəzi Aran bölgəsinə daxil olan rayonlarda da davamlı addımlar atılır. Məsələn, verilən məlumata əsasən, Yevlax şəhərində quruculuq və abadlıq işləri davam etdirilir. Yevlax şəhər İcra Hakimiyyətindən qəzetimizə verilən məlumatda deyilir ki, əhalinin rahat hərəkətinin təmin edilməsi məqsədilə Yevlax şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən binaların həyətləri təmir olunub. Həyətlərə 1500 kvadratmetrə yaxın asfalt örtük salınıb. Bundan başqa şəhərin H.Zərdabi, Azərbaycan, C.Cabbarlı küçələrindəki səkilərə 1000 kvadratmetrə yaxın tamet daşları döşənib. Aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır. Məlumatda o da bildirilir ki, Yevlax şəhərinin digər küçələrində də abadlıq və təmir işləri mərhələli şəkildə aparılacaq.
Bəhs edilən dövrdə Naxçıvan Muxtar Respublikasında da davamlı addımlar atılıb
Bu məqamda bildirmək yerinə düşər ki, bəhs edilən dövrdə ölkənin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da tikinti-quruculuq və abadlıq işlərinin görülməsi istiqamətində davamlı addımlar atılıb. Naxçıvan Muxtar Respublikasının şəhər, rayon və kəndlərində konkret olaraq görülən işlərə gəlincə, bildirək ki, Şərur rayonunda quruculuq və abadlıq tədbirləri davam etdirilir.
Bununla bağlı məlumatda qeyd olunur ki, Heydər Əliyev prospektində Mədəniyyət Sarayının, 6 mərtəbəli, 40 mənzilli ictimai yaşayış binasının tikintisində son tamamlama işləri görülür. Yeni avtovağzalın, Saat Meydanının, 7 yaşayış məntəqəsini birləşdirən 21 kilometr uzunluğunda avtomobil yolunun tikintisi davam etdirilir, ictimai yaşayış evləri, idarə və təşkilatların fəaliyyət göstərdiyi inzibati binalar əsaslı təmir olunur.
Məlumat üçün bildirək ki, Mədəniyyət Sarayının zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq binasının birinci mərtəbəsində 311 oturacaq yerlik zal, qarderob, bufet, növbətçi, kassa, açıq zal və başqa otaqlar yerləşəcək. İkinci mərtəbə isə şöbə müdiri, qəbul otağı, məşq otağı, mühasibatlıq, rejissor məsləhətçisi, dəhliz və digər xidməti otaqlardan ibarət olacaq. Mədəniyyət Sarayının arxa bölümündə isə qrim və geyim otaqları, ikinci mərtəbədə direktor, geyim otağı, bədii rəhbər, metodist, yallı işçiləri yerləşəcək.
Şərurdakı daha bir quruculuq ünvanı isə şəhərin mərkəzi küçələrinin birində yerləşən, zirzəmi ilə birlikdə 6 mərtəbəli yaşayış binasıdır. 40 mənzildən ibarət olan bina liftlə də təmin ediləcək. Binanın zirzəmisində qadın-kişi gözəllik salonları, ərzaq mağazası və elektrik avadanlıqlarının təmiri sexi, Gigiyena və Epidemiologiya Mərkəzi üçün otaq da ayrılacaq.
Quruculuq tədbirləri kənd yaşayış məntəqələrini də əhatə edir. Belə ki, rayonun Şəhriyar kəndində 224, Qaraburcda 120 şagird yerlik tam orta məktəblərin, digər sosial obyektlərin, Yuxarı Daşarx kəndində Bayraq Meydanının tikintisində işlər sürətlə gedir. Bütün bunlar isə rayon sakinlərinə göstərilən böyük qayğı kimi qiymətləndirilir, şərurluların qurub-yaratmaq əzmini daha da artırır.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ordubad rayon mərkəzinin Heydər Əliyev prospektində, Mirzə Fətəli Axundov, Nəsirəddin Tusi və digər küçələrdə əsaslı şəkildə yenidənqurma və abadlıq işləri aparılır. Bununla bağlı məlumatda vurğulanır ki, Heydər Əliyev prospektindəki 3 min metr uzunluğunda olan avtomobil yolu genişləndirilərək asfalt örtük salınıb. Yolun abadlaşdırılması ilə bərabər yol kənarlarındakı piyada yolları, xiyabanlar da əsaslı şəkildə yenidən qurularaq üzərinə kilid daşları döşənib. Bütün bu işlərlə yanaşı, yol kənarındakı istismar müddəti başa çatmış işıq dirəkləri, yeraltı su, kanalizasiya, rabitə və elektrik xətləri yeniləri ilə əvəz olunub. Prospekt boyunca mövcud yaşayış binalarının fasadları da təmir-bərpa edilib. Rayon mərkəzindən Şəhriyar qəsəbəsinə və Kotam kəndinə gedən avtomobil yolu da genişləndirilərək asfalt örtüyü təzələnir.
Rayon mərkəzinə xüsusi yaraşıq verən ünvanlardan biri də yeni yaradılan Bayraq Meydanıdır. Ordubad şəhərinin girəcəyində inşa edilən bu ünvanda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.
XVII əsr tarixi-memarlıq abidəsi olan və Ordubad şəhərinə xüsusi yaraşıq verən qədim Cümə məscidi də bərpa edilir. Sahəsi 890 kvadratmetr olan məscidin bünövrəsi və fasad divarları möhkəmləndirilib, üzərinə kərpic üzlük çəkilməsinə başlanılıb.
Ordubad şəhərində 150 ildən artıq tarixə malik Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbin binası da əsaslı şəkildə yenidən qurulur, binaya yeni korpus əlavə edilir, tikilinin yaxınlığındakı şəhər stadionunda da inşaat işləri həyata keçirilir.
Ordubad şəhərində və Şəhriyar qəsəbəsində kanalizasiya və su xətlərinin çəkilməsi davam etdirilir, Şəhriyar qəsəbəsində isə Sutəmizləyici Qurğular Kompleksinin inşası tamamlanmaq üzrədir.
Bundan başqa, Ordubad rayonunun kəndlərində də tikinti-quruculuq işləri davam etdirilir. Məsələn, rayonun Nüsnüs kəndində yenidənqurma işləri aparılır. Kənddə inşa olunan 414 şagird yerlik məktəb binasında müəllim və şagirdlərin ixtiyarına geniş və işıqlı 23 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter, 2 elektron lövhəli sinif, şahmat və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı, açıq idman qurğuları veriləcək. Binada müasir istilik sistemi quraşdırılacaq.
Burada inşa olunan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, ATS, poçt, bələdiyyə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının ərazi ilk təşkilatı, mədəniyyət evi, kitabxana, baytarlıq və polis sahə məntəqələri, həkim ambulatoriyası üçün müasir şərait yaradılacaq. Həkim ambulatoriyası binanın birinci mərtəbəsində yerləşəcək.
Kənd mərkəzinin yaxınlığında inşa edilən xidmət mərkəzində mağaza, bərbərxana, ət satışı dükanı və gözəllik salonu fəaliyyət göstərəcək.
Bu tədbirlərlə yanaşı, yaşayış məntəqəsinin kənddaxili yolları da asfaltlaşdırılıb, Aşağı Əndəmic kəndindən Nüsnüsədək olan avtomobil yolu isə əsaslı surətdə yenidən qurulmaqdadır. Yolun üzərindəki körpülər də yenilənib. Ordubad şəhərindən Yuxarı Əndəmic kəndinə qədər olan yol isə təmir olunaraq çalalar doldurulub, ehtiyac olan yerlərə asfalt salınıb.
Ordubad rayonunda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən Yuxarı Əndəmic kəndinə də pay düşüb. Belə ki, bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri inşa olunmaqdadır. Bu ünvanda da tikinti-quraşdırma işləri, demək olar ki, tamamlanıb, hazırda binaların daxilində son tamamlama işləri həyata keçirilir.
Muxtar Respublikanın Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsində Rabitə Evi üçün inşa olunan binada tikinti işləri isə artıq başa çatdırılıb. Rabitə Evi zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada əhaliyə rabitə xidməti ilə yanaşı, poçt xidmətləri də göstəriləcək. Rabitə Evində iş otaqları, server, “Naxtel” müştəri xidmətləri bölməsi, xidmət zalı, növbətçi otağı, bağlamalar və qəzet-jurnallar üçün 2 otaq, arxiv, iclas zalı, avtomat telefon stansiyası, bufet və qazanxana nəzərdə tutulub. Hazırda binanın tikintisində bütün işlər yekunlaşıb, binanın ətrafında abadlıq-təmir işləri aparılıb, yeni işıqlandırma sistemi və su xətti çəkilib, yaşıllıq zolağı salınıb.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30