Gözdən-könüldən uzaqda olsalar da...
04.03.2022 [10:23]
Ehtiyac duyulan yerdədirlər
Müşfiqə
Leyla müəllim, Sərvər müəllim, Sevinc müəllim, Gülnar müəllim və s. Bu adları sadalamaqla bitmir. Son günlərdə hər birinin səsi ucqar kəndlərdən gəlir. Onları bu uzaq yola aparan səbəb isə müəllimlik sevgisidir. Peşə borclarını ən ucqar kəndlərdə yorulmadan yerinə yetirən bu gənclər gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerdədirlər.
“Bu gün sən nə gözəlsən!”
2018-ci ildən Lənkəran rayonunun Jidi kənd orta məktəbində müəllim kimi çalışan Leyla Qarazadə də onlardan biridir. Şagirdlərini kəpənəyə, ulduza bənzədən, onlarla birgə vaxt keçirməkdən böyük zövq alan müəllimi bu yaxınlarda maraqlı görüntülərlə tanıdıq. O, balaca şagirdlərinə yaxınlaşaraq “Bu gün sən nə gözəlsən!.. Nə qəşəng görünürsən...” deyir və onlarda inam yaradır, üzlərini güldürür.
Leyla müəllim deyir ki, ucqar kənddə şərait kasaddır, park, əyləncə mərkəzi yoxdur: “Mən onlara digər uşaqlardan fərqlənmədiklərini, hətta çox gözəl göründüklərini deyirəm. “Sən çox gözəlsən” və ya “bu gün nə gözəlsən!” deməklə həm xarici görünüşlərini, həm də daxili gözəlliklərini nəzərdə tuturam. Bunun effekti dərs prosesi zamanı çox gözəl olur. Tamamilə aktiv olurlar, özgüvənləri artır. Bunun nəticəsində nə soruşuramsa, cavablayırlar. Bir növ, həmin gün özlərini ulduz sayırlar”.
“Şagirdlərimin qanadları, rəngləri məni valeh edir”
Leyla müəllim kinoteatr, kino zalı olmadığına görə “ulduzlar”ını sevindirmək üçün qonşu məktəbdən proyektor alıb, məktəbdə maraqlı şərait yaradıb və bunu videoya çəkərək özünün “facebook” hesabında paylaşıb.
“Şagirdlərimin qanadları, rəngləri məni valeh edir. Onları uçurdaraq istədikləri mənzilə çatmalarına kömək edirəm”, - deyən Leyla müəllimin sonuncu paylaşımı isə qoluna saat şəkli çəkən şagirdini sevindirdiyi videosu oldu.
“Çəkdiyim video ona görə marağa səbəb oldu ki, orada şagirdlərin qəlbinə toxunmaq və onları sevindirməkdən söhbət gedir. Müəllim və şagird arasında münasibətlərin pozulmasının ən başlıca səbəbi müəllimlərin şagirdlərin maraq və istəklərini nəzərə almamasıdır. Müəllim dərs prosesini elə qurmalıdır ki, şagirdin marağını cəlb etsin. Uşaq dərsdən kənarda qalmamalıdır. Müəllim şagirdi dərsə cəlb etməli və ona səmimi sevgisini ötürməlidir. Belə olarsa, uşaq da bunun qarşılığını ən gözəl şəkildə qaytarar və daha çox çalışar”, - deyə müəllim vurğulayıb.
Xatırladaq ki, bu günlərdə Təhsil naziri Emin Əmrullayev Lənkərana səfəri çərçivəsində Jidi dağ kənd məktəbinə baş çəkərək Leyla müəllimlə və şagirdlərlə görüşüb, onlarla selfi çəkdirmişdi.
Şərəfli peşənin böyük məsuliyyəti
Müəllimlik dünyada ən şərəfli peşə sayılır. Bu gün onların üzərinə daha böyük və məsuliyyətli vəzifə düşür. Həmişə öz missiyasının öhdəsindən peşəkarlıqla və ləyaqətlə gələn Azərbaycan müəllimi bu gün ölkədə həyata keçirilən təhsil islahatlarının önündə gedir, onun aparıcı qüvvəsini təşkil edir.
“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir”, deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması qayğısına qalıb.
Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahənin inkişafını dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirməsi, təhsil işçilərinə hərtərəfli qayğı xalqın, dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Görülən işlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsilin inkişafı istiqamətində həyata keçirilən işlər, əldə olunan müsbət nəticələr Azərbaycanın intellektual gücünün, milli qüdrətinin artması deməkdir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38

