İnformasiya müharibəsində atəşkəs yenə pozuldu
18.03.2022 [10:25]
MÜŞFİQƏ
Ötən əsrin mütəxəssisləri düşünürdülər ki, XXI əsrdə savaşların böyük bir hissəsini informasiya müharibələri təşkil edəcək. Görünən mənzərədən aydın olur ki, heç də yanılmayıblar. Artıq “üçüncü informasiya-psixoloji dünya müharibəsinin” getdiyini açıq-aşkar söyləyə bilərik. İnformasiya müharibəsi milli təhlükəsizliyin əsasını təşkil edir. Bu gün informasiya müharibəsi internet məkanında daha çox vüsət alıb. Onun silahı dağıdıcı silahlardan qətiyyən geridə qalmır. Nəticə etibarilə, indiki şəraitdə dövlətlər düşmənin informasiya sistemini dağıtmağa çalışırlar. İnformasiya müharibəsi sərhəd tanımaz deyiblər. Onun nə cəbhə xətti, nə minalanmış sahəsi var. İnformasiya müharibəsi gurultusuz, səssiz, bir sözlə, sükutun səsidir.
Sərhəd tanımayan informasiya müharibəsi
“Media və jurnalist savaşın tərkib hissəsi olmamalıdır. Jurnalistin işi həqiqəti yaymaqdan ibarətdir. Düşmən tərəfə zərbə vurmaq üçün faktların təhrif edilməsi, qeyri-dəqiq xəbərlərin yayılması yolverilməzdir. Beynəlxalq nəzəriyyə belə desə də, məsələ orasındadır ki, bu prinsipi elə onun qurucusu olan Qərb pozur. Yaxın illərdə istər İraq, istər Əfqanıstan, istərsə də digər ərazilərdə aparılan müharibə zamanı Qərb mediasının həmin o informasiya savaşına necə alət olduğunun şahidi olduq.
Bu fikirləri media eksperti Müşfiq Ələsgərli qəzetimizə açıqlaması zamanı deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna qarşıdurması zamanı hər iki tərəfin mediası bu savaşın alətinə çevrildi: “Fikir plüralizminin olması, müxtəlif fikirlərin auditoriyaya çatdırılması medianın prinsipidir. Müharibə başlayan kimi Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın “Russia Today” (RT) və “Sputnik” telekanallarının Aİ daxilində yayımına qadağan qoydu. Söhbət Rusiyanın haqlı və ya haqsız tərəf olması deyil. Məsələ qarışıqdır. Bir tərəfdə təcavüz edən, digər tərəfdə təcavüzə məruz qalmış dövlət var. Təbii ki, təcavüz edənə qarşı müqavimət göstərmək lazımdır. Ancaq bunu bir millətə, dövlətə qarşı tətbiq edib, digərinə qarşı etməyəndə bu artıq ikili standartdır. Avropanın özünün yaratdığı prinsipləri pozması deməkdir. Media informasiya savaşına alət olmamalıdır deyənlərin özləri o prinsipi pozurlar. Təbii ki, bir ölkənin milli təhlükəsizliyindən söhbət gedirsə, bütün vətəndaşlar kimi media işçiləri də bu məsələdə öndə olmalı, öz ölkələrinin haqlı mövqeyini işıqlandırmalıdır”.
Yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandıq
Məlum olduğu kimi, müstəqilliyinin bərpasının 30-cu ilini qeyd edən Azərbaycan ötən dövr ərzində informasiya savaşı, hibrid savaşlar, psixoloji savaşlarla üzləşib. Xüsusilə Qarabağ müharibəsi - Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla, psixoloji savaşla, hibrid savaşlarla müşayiət olunub. Dünyanın dezinformasiyanı hələ tam qavramadığı dövrdə Azərbaycan bu cür savaşlarla üz-üzə qalıb. Lakin 1990-cı illərin əvvəllərində Azərbaycan bu savaşa hazır deyildi. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. Dünyada “erməni soyqırımı” adı altında təbliğat aparılırdı. Çətinliklərə baxmayaraq, həqiqəti dünyaya çatdırmağa nail olduq. Bu, xüsusilə Azərbaycanın Vətən müharibəsində bir daha özünü doğrultdu.
Azərbaycan Prezidenti dünya mediası ilə birbaşa təmas quraraq ölkəmizin apardığı strateji kommunikasiyada ön sırada oldu. 44 gün davam edən Vətən müharibəsi dövründə dövlətimizin başçısı dünyanın 30-dan çox aparıcı televiziyalarına və informasiya agentliklərinə saatlarla davam edən müsahibələr verdi. Məhz bunun sayəsində Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı.
Müşfiq Ələsgərli vurğulayıb ki, Azərbaycanda aparılan müharibə dövründə həm media işçilər həm də sosial media istifadəçiləri rəqibin susdurulması üçün əllərindən gələni etdilər. Azərbaycan haqlı tərəf idi və torpaqlarının işğaldan azad olunması üçün mübarizə aparırdı. Nəticədə informasiya müharibəsində də Azərbaycan qalib gəlmiş oldu.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

