Ukraynada azərbaycanlıların vahid məlumat bazası formalaşdırılacaq
08.06.2022 [10:07]
Günel
Ölkəmiz diaspor təşkilatlarının aktiv fəaliyyətini daim diqqət mərkəzində saxlayır. Həmin təşkilatların aktiv fəaliyyət göstərdiyi ölkələrdən biri də Ukraynadır. Bunun əsas səbəblərindən biri Ukrayna və Azərbaycan arasındakı dövlətlərarası münasibətlərin hər zaman yüksək səviyyədə olmasıdır. Müstəqilliyin bərpasından sonra təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın diaspor siyasətinin əsas prinsipini Qarabağ münaqişəsi, daha dəqiqi, Ermənistanın Azərbaycana hərbi təcavüzünün dünya ictimaiyyətinin diqqətinə çatdırılması təşkil edib. Bu, həm də xaricdə yaşayan azərbaycanlıları vahid şüar altında birləşdirmək üçün ana xətt olub.
Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov “Yeni Azərbaycan”a Ukraynadakı diaspor təşkilatlarının fəaliyyətindən danışıb. Bildirib ki, Ukrayna azərbaycanlıların ən çox yaşadığı ölkələrdən biridir: “Burada müxtəlif şəhərlərdə müvafiq təşkilatlar fəaliyyət göstərir. Hansı ki, həmin təşkilatlar 1990-cı illərdə Ukraynanın müxtəlif vilayətlərində yaranmağa başlayıb. Lakin onların bir-biri ilə əlaqələri və koordinasiyalı fəaliyyəti demək olar ki, yox dərəcəsində idi. Bu təşkilatların bir araya gəlməsi 1997-ci ildə Ukrayna Azərbaycanlıları Konqresinin yaranmasından sonra başlayıb. Bundan sonra dünyanın digər ölkələrindəki Azərbaycan diaspor təşkilatları da Konqres adı altında birləşməyə start verdilər. Qeyd edim ki, Ukrayna Azərbaycanlıları Konqresinin ən güclü vaxtı Oqtay Əfəndiyevin rəhbərliyi dövrünə təsadüf edir”.
Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişiklikdən sonra Ukraynadakı diaspor təşkilatlarının fəaliyyətinə yenidən nəzər salındı: “Komitə rəhbərliyinin təklifi ilə bu ölkədəki Azərbaycan diaspor təşkilatları Ukrayna Azərbaycanlıları Radası adı altında birləşdilər. Hər şey birlik fəlsəfəsinə uyğun baş tutdu - diaspor könüllü fəaliyyət növüdür, heç kim və heç bir təşkilat digərlərindən üstün deyil, hamı bərabərhüquqludur. Pandemiya və Vətən müharibəsi dövründə də bunun faydalarını gördük. Radanın yaradılmasında əsas məqsəd diaspor təşkilatlarının idarəsi idi. 2022-ci ilin fevral ayında baş tutan qurultayda biz bu sahədə gördüyümüz işlərlə bağlı hesabatlarımızı təqdim etdik. Fəaliyyətimiz dövründə təşkilata daha çox azərbaycanlını cəlb etməyə nail olmuşuq”.
C.Məmmədov bildirib ki, Ukraynadakı azərbaycanlıların kontaktda olması üçün müharibədən əvvəl oradakı vətəndaşların vahid məlumat bazasının yaradılması ilə bağlı addımlar atılıb: “Ancaq müharibə işlərimizə mane oldu. Müharibə ərəfəsində öyrəndik ki, burada yaşayan həmvətənlərimizin sayı bizdə olan məlumatlardan daha çoxdur. Ümid edirik ki, ən qısa zamanda hadisələr öz axarına düşəcək. Bundan sonra isə Ukraynada yaşayan azərbaycanlıların vahid məlumat bazası yaradılcaq”.
O qeyd edib ki, müharibədən əvvəl və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması diaspor təşkilatlarının ən qabaqcıl məqsədlərindən biri olub: “Təşkilatlar yaranarkən onların fəaliyyəti məhz bu istiqamətdə qurulub. İstər Tovuz döyüşləri vaxtı, istərsə də Vətən müharibəsi vaxtı hamı məhz Azərbaycan naminə birlik nümayiş etdirdi, Ukrayna ictimaiyyətini Azərbaycan həqiqətləri barədə məlumatlandırdı. Ermənilərin Ukrayna mediasındakı təxribatlarını tamamilə neytrallaşdırdı, hətta ukraynalı deputatların iştirakı ilə BMT-nin Kiyevdəki ofisi qarşısında izdihamlı aksiya təşkil olundu”.
C.Məmmədov vurğulayıb ki, UAR burada yaşayan həmvətənlərə daim diqqət və qayğı nümayiş etdirir. Onun sözlərinə görə, bu dəstək müharibə dövründə də mütəmadi şəkildə davam etdirilib: “Kiev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi Oleq Krapivinin tərəfindən humanitar aksiyalar keçirilir.. Müharibənin ən ağır günlərində azərbaycanlıların buradan təxliyəsi ilə bağlı dəstəklər göstərilib. Ümumiyyətlə, bu dəstəklər təkcə ekstremal hallarda olmur. Digər milli bayram günlərində də həmvətənlərimizi ətrafımıza toplayır. Onlara bayram sovqatı paylayır. Şənliklər keçiririk. Bütün bu işlərin görülməsində əsas məqsəd isə hər kəsi bir araya toplamaq, təşkilatlanmanı gücləndirməkdir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

