/ / “YAY Gallery” ölkəmizi Parisdə “Art Paris Art Fair” müasir incəsənət sərgi-yarmarkasında təmsil edir
“YAY Gallery” ölkəmizi Parisdə “Art Paris Art Fair” müasir incəsənət sərgi-yarmarkasında təmsil edir
01.04.2016 [10:28]
Parisdə “Grand Palais”də nüfuzlu və çox sevilən “Art Paris Art Fair” müasir incəsənət sərgi-yarmarkasında ölkəmizi “YAY Gallery” təmsil edir.
Sərgi-yarmarkada Azərbaycanda müasir incəsənətin ictimai dərki və incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğul olan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəri Aida Mahmudovanın əsərləri sərgilənir.
Sent Martins İncəsənət və Dizayn mərkəzi kollecinin məzunu Aida Mahmudovanın əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş sərgilənib. Rəssamın dəniz mənzərələri “VITA VITALE” qrup sərgisinin bir hissəsi kimi 56-cı “Venesiya Biennalesi” sərgisində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib və dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır.
Azərbaycanlı rəssamın əsərləri əsasən nostalji hisslər və yaddaş mövzusunda qurulur. O, öz yaradıcılığında təbiətdən və anadan olduğu Azərbaycandan, Abşeron mənzərələrindən ilham alır. Rəsm silsilələrində A.Mahmudova sanki anilik ideyasını araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir. O, diqqətdən kənar yerli və bəzən unudulan mənzərələri əsərinin ön planına yerləşdirməklə, Vətəninin müxtəlifliyini təsvir edir. Onun zərif nostalji hisslər ilə aşıb-daşan əsərlərində şəhər və Abşeron mənzərələri ilə əlaqədar sosial-antropoloji baxışlar öz əksini tapır.
Parisdə “Grand Palais”də nüfuzlu “Art Paris Art Fair” sərgi-yarmarkasında Aida Mahmudovanın “10 am, 2015”, “24 hours, 2015”, “From noon till five, 2015”, “Towards the evening, 2015”, “Red Orange-Green Blue, 2015” əsərləri sərgilənir. Azərbaycanlı rəssamın əsərləri yarmarkanın ziyarətçilərinin diqqətini cəlb edib.
“YAY Gallery”nin daha iki üzvünün -Reza Hazare və Almagul Menlibayevanın əsərləri də “Grand Palais”də təşkil olunmuş yarmarkada nümayiş olunur.
“YAY Gallery”nin stendi 5 ildən az bir müddətdə fəaliyyətə başlayan perspektivli qalereyalara həsr edilmiş “Promesses” sektorunda yerləşir.
Yarmarkada 20-yə qədər ölkəni təmsil edən 143 qalereya iştirak edir. Azərbaycan, Kolumbiya və İran bu sərgi-yarmarkada ilk dəfə təmsil olunurlar.
Aprelin 3-dək davam edəcək sərgi- yarmarka zamanı hər axşam “Grand Palais”nin fasadında rəqəmsal incəsənət əsərləri təqdim edilir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

