/ / Prezident İlham Əliyevin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi respublikamızın yeni sosial-iqtisadi inkişaf mərhələsinə keçməsinə imkanlar yaradacaq
Prezident İlham Əliyevin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi respublikamızın yeni sosial-iqtisadi inkişaf mərhələsinə keçməsinə imkanlar yaradacaq
19.01.2016 [16:20]
Eldar İbrahimov: Parlamentin növbədənkənar iclasında müzakirə edilən qanunlar ölkəmizə xarici valyuta axınını sürətləndirmək, milli valyutanı möhkəmləndirmək üçün investorlara əlverişli şərait yaratmağa yönəlib
Məlum olduğu kimi, dünyada baş verən maliyyə-iqtisadi böhranı bir çox ölkələrə mənfi təsir göstərir. Neftin qiymətinin də dünya bazarında kəskin ucuzlaşması bir sıra problemlər yaradır. Hazırda Azərbaycanda bu vəziyyətdən minimum itkilərlə çıxmaq üçün dövlət səviyyəsində ciddi addımlar atılır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü Eldar İbrahimovun modern.az saytına müsahibəsi də bu haqdadır.
- Eldar müəllim, necə hesab edirsiniz, ölkəmiz yaranmış iqtisadi böhrandan az itkilərlə çıxa biləcəkmi?
- Mən, əslində, bunu böhran adlandırmazdım. Çünki böhran o vaxt olardı ki, iqtisadi tənəzzül baş versin. Bizdə isə nəinki iqtisadi tənəzzül baş verməyib, hətta 3 faizlik artım əldə olunub. Bu artım inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin uzun müddət əldə etmək istədikləri və nail olduqları orta artım sürəti həcmindədir. Hazırda, sadəcə olaraq, neftin qiymətinin qısa müddət ərzində 4 dəfə aşağı düşməsi neft ölkəsi kimi bəzi layihələrin həyata keçirilməsində və daha geniş iqtisadi inkişafa nail olmağımızda gərginlik yaradıb. Hesab edirəm ki, dövlətimizin başçısı, hörmətli Prezidentimiz İlham Əliyevin yaranmış vəziyyətə çox böyük həssaslıqla yanaşması və verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi respublikamızın yeni sosial-iqtisadi inkişaf mərhələsinə keçməsinə imkanlar yaradacaq, doğma Azərbaycanımız yenə də dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öz yerini daha da möhkəmləndirəcək.
- Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə Prezident ölkəmizdə görülməli olan işlərin anonsunu verdi. Bu barədə nə deyə bilərsiniz?
- Cənab Prezident bu məsələ ilə əlaqədar müvafiq qurumların rəhbərləri ilə bir neçə müşavirə keçirib və bütün məsələlər hərtərəfli müzakirə olunub. Mən son müşavirədə toxunulan bəzi məsələlər barədə fikrimi bildirmək istərdim. Əvvəla onu qeyd etmək istəyirəm ki, hörmətli Prezidentimiz ilk konkret tədbir kimi pensiyaların və əmək haqlarının artırılması haqqında sərəncamlar imzaladı. İdxal olunan taxılın əlavə dəyər vergisindən azad olunması isə bu sahədə çalışan sahibkarların unun və çörəyin qiymətini artırmaq istəklərinin qarşısını inzibati yollarla deyil, dövlətin iqtisadi tənzimləmə yolu ilə almasını təmin etdi. Təkcə bu iki fakt ölkə əhalisinin dövlətə və onun rəhbərinə olan rəğbətini və inamını bir daha möhkəmləndirdi. Müşavirədə cənab Prezident, ilk növbədə, islahatların dərinləşməsini mühüm vəzifə kimi qarşıya qoydu. Bu, tamamilə doğru addımdır və hazırda respublikamızda bütün sahələrdə buna ehtiyac var.
Xüsusilə dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi, onların bir-birini təkrar etməməsi və daha çevik, səmərəli fəaliyyət göstərən qurumların formalaşması prosesi getməlidir. Əlbəttə, müstəqilliyimizin ilk dövrlərində yaradılan, öz funksiyasını başa vuran, səmərəli fəaliyyəti hiss olunmayan qurumlar ya ləğv olunmalı və ya başqaları ilə birləşdirilməlidir. Çoxları qeyd edir ki, bizdə nazirlik və komitələrin, dövlət agentliklərinin və digər qurumların sayı başqa ölkələrə nisbətən çoxdur. Bu, həqiqətən də, belədir və onların sayını azaltmağın vaxtıdır. Dövlət Satınalmalar Agentliyinin ləğv edilməsi, Bayraq Meydanının Bakı Bulvar idarəsi ilə birləşdirilməsi bu istiqamətdə işlərin artıq başladığını göstərir. Ümid edirik ki, verilən tapşırığa əsasən yaxın vaxtlarda bu proses daha da sürətlənəcək və ölkəmizdə yeni idarəetmə strukturu formalaşacaqdır. Nəzərə alsaq ki, indi rayon, şəhər icra hakimiyyətləri iqtisadi-təsərrüfat məsələləri ilə bir o qədər məşğul olmurlar, onların da birləşdirilməsi büdcə vəsaitlərinə xeyli qənaət etməklə yanaşı, yeni, daha səmərəli idarəetmə formasının yaranmasına imkan verərdi.
Prezident İlham Əliyev biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün geniş özəlləşdirmə proqramını həyata keçirməyi, ölkəyə xarici valyuta axınını sürətləndirmək və milli valyutaya inamı bərpa etmək məqsədilə yerli və xarici investorlar üçün əlverişli şərait yaratmaq tapşırığı verib. Bu istiqamətlər üzrə də artıq konkret işlər görülür və Milli Məclisin növbədənkənar sessiyasında qəbul olunmuş bəzi qanun layihələri bu məsələlərin həllinə yönəlib.
Müşavirədə hörmətli Prezidentimiz ərzaq təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qeyd edib ki, “yerli istehsal mallarının tərkibində xarici komponent var. Biz növbəti illərdə çalışmalıyıq ki, bu xarici komponenti də aradan götürək. Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının xammalı da məhz Azərbaycan mənşəli olsun”. Hesab edirik ki, bu məsələlər dərindən təhlil edilməli, bitkiçilik və heyvandarlıq məhsullarının, habelə ərzaq mallarının istehsalında xarici komponentlərin (bitki toxumları, mineral gübrələr, xammal, inqridiyentlər və s.) payı müəyyən olunmalı, onların yerli istehsal hesabına təmin olunması üçün əhatəli işlər görülməlidir.
- Eldar müəllim, Milli Məclisin növbədənkənar iclasında yaranmış vəziyyətin aradan qaldırılmasına imkan verən hansı məsələlər müzakirə olundu?
- İlk növbədə onu qeyd edim ki, müzakirə etdiyimiz bütün məsələlər hörmətli Prezidentimizin hökumət üzvləri ilə keçirdiyi görüşlərdə verdiyi tapşırıqların icrasına yönəlmişdi. Belə ki, bu qanunlar ölkəmizə xarici valyuta axınını sürətləndirmək, milli valyutanı möhkəmləndirmək üçün investorlara əlverişli şərait yaratmağa yönəlib. “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişiklik ölkə iqtisadiyyatı üzrə prioritet hesab olunan sahələrdə fəaliyyət göstərən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə investorlar gömrük rüsumundan azad olunurlar.
“Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, investisiya fəaliyyəti həyata keçirən şəxslər texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə, eyni zamanda, əmlak vergisi və mülkiyyətində və istifadəsində olan torpağa görə torpaq vergisini ödəməkdən 7 il müddətinə azad olunurlar. İnvestisiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin həm də əldə etdikləri mənfəətin 50 faizi 7 il müddətinə gəlir vergisindən azad edilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

