Sağlam tənqidə dözümsüzlük, yaxud “uğursuz dövlət!” sindromu...
21.12.2024 [11:23]
Bu gün Fransanın özünün böyük tarixi ənənələrindən geri döndüyü heç kəsdə şübhə doğurmur. Ölkənin reallıqları kədərlidir. Bu, həm bütün dünyada, həm də elə Fransanın özündə etiraf olunur. Prezident İlham Əliyev bu günlərdə “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibəsində Fransanın düşdüyü acınacaqlı durumun Makronun həyata keçirdiyi səriştəsiz siyasətlə bağlı olduğuna diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı “Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”, - deyə vurğulayıb.
Xanım səfir nədən məyusdur?
Fransanın ölkəmizdəki səfiri Ann Buayon “uğursuz” ifadəsindən bərk məyus olub. Səfirin “X” sosial şəbəkə hesabında paylaşımı elə Makroun siyasəti qədər uğursuzdur. Yelisey Sarayı dünyada Fransanın demokratik imicini formalaşdırmaq üçün dəridən-qabıqdan çıxır. Makronun özü və komandasında təmsil olunanlar sanki yeri gəldi-gəlmədi “demokratiya” sözünü cümlələrinin əvvəlinə və axırına calamağı özlərinə borc bilirlər. Ancaq axı demokratiya sözdə ifadə olunmur, bu özünü ölkənin reallıqlarında, siyasi komandanın yanaşmalarında və davranışlarında təzahür etməlidir. Ancaq söhbət Makronun prezidentliyi dönəmindən gedirsə, Fransa demokratiyası barədə ancaq keçmiş zamanda daışmaq lazım gəlir. Xanım səfirin bu əlüstü paylaşımı Yelisey Sarayının tənqidə son dərəcə dözümsüz olduğunu bir daha təsdiqləyir.
“Xanım səfir Ann Buayon, hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfiri Ann Buayona cavabında bildirib.
“Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi, görünür ki, yeni üsuldur. Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir.
Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir.
Real göstəricisi isə əslində budur: Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb (2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər)”, - deyə XİN rəsmisi qeyd edib.
Fransa səfirinin uğursuz paylaşımına daha bir münasibət Qərbi Azərbaycan İcmasından (QAİ) gəlib.Bəyanatda bildirilib ki, son günlər bəzi Qərb ölkələrinin daim əllərində bayraq etdikləri “söz azadlığı”, “fikir müxtəlifliyi”nə nə qədər dözülməz münasibət bəsləmələrinin bir daha şahidi oluruq. Fransanın Azərbaycandakı səfiri tez-tez Azərbaycana qarşı “dahiyanə” tvitlər yazan Ermənistandakı səfir həmkarından geri qalmamaq niyyətinə düşmüş, lakin onun da tviti həmkarında olduğu kimi, çox uğursuz alınmışdır. Bəyanatda, həmçinin deyilir: “Üstəlik, səfirin açıqlaması ksenofob mahiyyət daşıyır və bu mənada, Cozef Borelin “Avropa bağdır, qalan dünya isə cəngəllik” məzmunlu irqçi tezisinin davamıdır. Bütün bunlar Fransa diplomatiyasının iflasının, düşdüyü acınacaqlı vəziyyətin daha bir bariz nümunəsidir”.
Uğursuz dövlətin natamam hökuməti
Səfir uğursuz bir gedişlə ölkəsinin uğurlu dövlət olduğunu isbat etməyə çalışır. Ancaq xanım səfirə xatırlatma etmək istərdik ki, hansısa bir dövlətin uğurlu olub-olmadığını sosial şəbəkə hesabında tvit paylaşmaqla deyil, ölkənin reallıqlarına istinad etməklə isbatlamaq mümkündür. Səfirə sual edirik: Bu gün Fransa nə ilə öyünə bilər? Zənnimizcə, he? nə ilə. Ölkə, necə deyərlər, xarici borc içində üzür. Büdcə kəsiri hədsiz dərəcədə artıb. İş o yerə çatıb ki, Yelisey Sarayı növbəti ilə keçid və yaxud müvəqqəti büdcə ilə gedir. Makron iqtidarı vergi yükünü artırmağı, sosial təminat xərclərini ixtisar eməyi büdcə kəsirini azaltmağın ən asan yolu sayır. Bu və digər səbəblərə görə də ölkə ciddi sosial narazılıq dalğası ilə üz-üzədir. Ölkəni bürüyən “peyin inqilabı” Fransa tarixində məhz Makron dönəminin yadigarı kimi qalacaq.
Xanım səfirə Fransadakı dünyaya səs salan hökumət böhranını da xatırlatmaq yerinə düşər. Üç ay bundan əvvəl Makron demokratiyaya arxa çevirdi - yeni formalaşan parlamentin tərkibini nəzərə almadan Mişel Barnyeni Baş nazir vəzifəsinə təyin etdi. Bu, ölkə qanunvericiliyinə zidd olan bir gediş idi. Hayla gələn, vayla gedər. Barnye hökuməti ölkəni bürüyən xaos, tənəzzül qarşısında duruş tətirə bilmədi və ona etimadsızlıq göstərildi.
Məcburiyyət qarşısında qalan Makron mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri 73 yaşlı Fransua Bayrunu Fransanın yeni Baş naziri təyin edib. Ancaq yeni Baş nazirin də ölkəni uğursuzluq zolağından çıxaracağına inam çox azdır. Fransanın Sosial Sorğu və Marketinq İnstitutunun (İFOP) keçirdiyi sosial sorğunun nəticələrinə görə fransızların yalnız 36 faizi Fransua Bayrunun yeni Baş nazir təyin edilməsindən məmnundur.
Yeni Baş nazir fransızların cəmi 36%-ni məmnun edir ki, bu da onun əvvəlki 3 sələfindən xeyli aşağıdır. Hökumət başçısı təyin olunduqdan sonrakı günlərdə Mişel Barnye (52 faiz), Qabriel Attal (53 faiz), Elizabeth Borne (47 faiz) ilə bağlı daha müsbət rəy olub.
Sorğuya görə, Makron populyarlığının ən aşağı səviyyəsində qalır.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09

