Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Biz azad, demokratik cəmiyyətdə yaşayırıq

Mübariz Qurbanlı: Biz azad, demokratik cəmiyyətdə yaşayırıq

30.04.2014 [09:11]

“Strateji məsələlərdə xalqımız yekdildir”
“Bakı şəhərinin bir sıra əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi təsadüfi deyil. Çünki paytaxt Bakı bu kimi tədbirlərin keçirilməsi üçün əlverişli məkandır”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Prezident İlham Əliyevin II Qlobal Açıq Cəmiyyətlər Forumundakı çıxışına münasibət bildirərkən deyib.
“Bu gün Azərbaycanın Şərqlə Qərb arasında birləşdirici rol oynaması da bir növ, bu faktorların məntiqi nəticəsidir”, - deyən Mübariz Qurbanlı onu da bildirib ki, ölkəmizin sosial-iqtisadi, mədəni inkişafı, yaradılan sosial infrastruktur beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə zəmin yaradan amillərdəndir: “Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə bir qayda olaraq ölkə başçısı çıxışında Azərbaycanın keçdiyi yola nəzər salmaqla qarşıda duran vəzifələrdən danışır. Həmçinin, keçirilən tədbirin əhəmiyyəti barədə dəyərli tövsiyələrini verir. Bu günlərdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda dünyanın 30 ölkəsinin sabiq dövlət və hökumət başçıları, o cümlədən, 200-dən çox beynəlxalq miqyasda tanınan ictimai və siyasi xadim iştirak edib. Bu şəxslər əvvəllər Azərbaycanla sıx əlaqədə olan şəxslərdir. Sözügedən tədbirdə Prezident İlham Əliyevin çıxışının bir sıra məqamlarına toxunmaq istərdim. Belə ki, Forumda Azərbaycanın müstəqil dövlət quruculuğu üçün atılan addımlar xüsusi qeyd edilib. Azərbaycan xalqı üçün dövlət müstəqilliyi müqəddəs vəzifədir və biz bu müstəqilliyi qorumaq üçün əlimizdən gələni etməyə hazırıq, Azərbaycan xalqı da bu yöndə həmrəydir. Baxmayaraq ki, müstəqilliyimizin ilk illərində bizə qarşı böyük təzyiqlər olub. İstənilən ölkədə milli birlik, vətəndaş sülhü çox vacib məsələdir. Azərbaycanda isə bu faktorlar Ulu öndər Heydər Əliyev zamanında bərqərar olub və bu gün də davam etdirilir”.
Mübariz Qurbanlı cəmiyyətin inkişafı ilə bağlı fikirlərini bildirərkən deyib ki, demokratik ölkələrdə cəmiyyətin inkişafı, həmçinin, mövcud vəziyyətlə, qarşıda duran vəzifələrlə bağlı fikir ayrılıqları ola bilər: “Bu milli birliyə heç bir xələl gətirmir. Çünki biz azad, demokratik cəmiyyətdə yaşayırıq. Azərbaycanda hakimiyyətlə bərabər müxalifət də mövcuddur. Müxtəlif partiya və qurumlar ola bilər, lakin əsas strateji məsələlərdə xalqımız birlikdədir, yekdildir”.
YAP İcra katibinin müavini Forumda Ermənistanın Azərbaycana təcavüzü məsələsinin də önə çıxarıldığını qeyd edib. O vurğulayıb ki, Prezident İlham Əliyev daim beynəlxalq tədbirlərdə bu problemi dünya ictimaiyyətinin nəzərinə çatdırır. Həmçinin, Azərbaycanın xüsusi yeri və rolu haqqında, qazandığı uğur və nailiyyətləri barədə əhəmiyyətli fikirlərini önə sürür: “Bu Forumda beynəlxalq aləmdəki vəziyyətə də nəzər salan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan beynəlxalq miqyasda daim dəstək alıb və 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildik. Seçilərkən Təhlükəsizlik Şurasında iki əsas vəzifəni: ədaləti və beynəlxalq hüququn aliliyini qorumaq üçün çalışdıq. Forumda iştirak edənlərin beynəlxalq münasibətlər sistemini yaxşı bildikləri üçün bu gün beynəlxalq münasibətlər sistemində təhlükəli presedentlərin, nümunələrin yarandığını görürlər. Bu cür nümunələr bütövlükdə beynəlxalq münasibətlər sistemini dağıda bilər. Bu sistemdə mövcud norma və qaydaların dağılması isə hamıya zərər verə bilər”.

Paylaş:
Baxılıb: 858 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31