Demokratiya və insan hüquqları istismarçı imperializmin “qamçısı” ola bilməz
13.06.2014 [09:28]
ABŞ və Azərbaycan tərəfdaş ölkələrdir
Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Senatında ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiyyat və insan hüquqları aspektlərinə dair dinləmələr keçirilib. Dinləmələri ABŞ-ın Helsinki Komissiyası təşkil edib. Elə ilk baxışdan aydın olur ki, bu dinləmələr sözün semantik mənasında insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı deyil, əvvəlcədən düşünülmüş xüsusi spektaklı xatırladır.
Məlum olduğu kimi, bu günlərdə ABŞ-ın “Foreign policy” jurnalında Azərbaycanla bağlı tamamilə qərəzli xarakter daşıyan, ölkə həqiqətlərini təhrif edən, əsassız, uydurma “faktlarla” oxucuda çaşqınlıq yaratmağa, Azərbaycanın beynəlxalq imicinə kölgə salmağa yönələn yazı dərc olunub. Yazı mahiyyət etibarilə daha çox, Azərbaycandakı radikal müxalifət mediasının, bəzi “hüquq müdafiəçilərinin” ictimai rəyi aldatmağa yönələn dezinformasiya xarakterli ittihamlarının cəmini xatırladır.
Bəlli olduğu kimi, Azərbaycan-ABŞ münasibətlərinin artıq xeyli uzun tarixi var. Bu münasibətlər qarşılıqlı-faydalı əməkdaşlığa söykənir. ABŞ-ın Cənubi Qafqazda, postsovet məkanında və Azərbaycanda öz xüsusi maraqları var. Azərbaycanda bu maraqların ağırlıq mərkəzi, şübhəsiz, neft və enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə sahələrini təşkil edir. Eyni zamanda, Azərbaycan ilə ABŞ arasında insan hüquq və azadlıqlarının, o cümlədən, demokratiyanın bərqərar olması ilə bağlı da ciddi əməkdaşlıq mövcuddur.
Çox təəssüf ki, bəzi hallarda bu əməkdaşlıq öz məntiqi mahiyyətindən və ənənəvi formasından sapdırılır. Məsələnin bu şəkil almasında Azərbaycanda və ABŞ-da olan bəzi mərkəzlərin maraqları var. Ona görə də, ABŞ-Azərbaycan münasibətlərinin bu cür mərkəzlər tərəfindən şantaj edilməsi, əlbəttə ki, yolverilməzdir. Çox təəssüf ki, bəzən bu təhrikedici halları çox həvəslə stimullaşdıran ayrı-ayrı marginal qruplar ortaya çıxır. Belə təəssürat yaranır ki, ABŞ neft sektorunda, enerji təhlükəsizliyi, antiterror sahələrində Azərbaycanla münasibətlərdə səmimi olduğu qədər insan hüquq və azadlıqları sahəsində səmimi deyil. Çünki bir sıra nüfuzlu Avropa təşkilatları, o cümlədən, ABŞ-ın özündəki müəyyən təşkilatlar Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı görülən işləri vaxtaşırı təqdir edirlər, Azərbaycanda 1995-ci ildə qəbul olunmuş Konstitusiyada insan hüquq və azadlıqlarına xüsusi yer verildiyini, Azərbaycanda dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olduğunu xüsusi qeyd edirlər.
İKİLİ YANAŞMA DEMOKRATİK DƏYƏRLƏRİ GÖZDƏN SALIR
Lakin buna baxmayaraq, bəzən digər əməkdaşlıq sahələrində ABŞ-dakı ayrı-ayrı maraqları təmin etmək üçün insan hüquqları və demokratiya mövzusu istismar olunur, bir növ qamçı, cəza mexanizmi kimi istifadə edilir. Əlbəttə ki, bu məsələ təkcə Azərbaycana qarşı deyil. Bir çox ölkələrdə Yaxın Şərqdə, Şərqi Avropada, keçmiş SSRİ məkanında da dəfələrlə ABŞ-ın insan hüquqları və azadlıqları sahəsində demokratiya məsələsini istismar etdiyi, bundan milli hökumətlərə qarşı şantaj vasitəsi kimi istifadə etdiyi barədə çoxlu nümunələr vardır. Çox maraqlıdır ki, ABŞ-dakı bəzi dairələr bunu müstəqil ölkələrin, milli dövlətlərin içərisinə yerləşdirdiyi “Troya atı”, yaxud “beşinci kolon” kimi səciyyələndirdiyimiz marginal qruplar vasitəsilə həyata keçirirlər. Mexanizm olduqca primitivdir, ilk növbədə, milli dövlətlərin daxilində müəyyən maddi həvəsləndirmə müqabilində, yaxud ideoloji manqurtlaşdırma sayəsində kiçik marginal qruplar yaradılır, sonra ayrı-ayrı dairələrin tələbatlarına uyğun olaraq müxtəlif vaxtlarda Azərbaycana və ya digər dövlətlərə qarşı onlardan istifadə olunur. Bu zaman insan hüquqları, söz, mətbuat azadlığı kimi məsələlər qabardılaraq, istismar edilərək süni çətir kimi istifadə edilir. Beləliklə, ayrı-ayrı fondlar, özlərini insan hüquqları müdafiəçisi kimi təqdim edən müxtəlif ictimai institutlar, hətta rəsmi xarici siyasət qurumları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Bütün bu proseslər belə bir qənaəti ifadə etməyə imkan verir ki, indiyə qədər mülahizə, iddia şəklində olan bu qarşılıqlı-faydalı, koordinasiyalı fəaliyyət doğrudan da istismarçı, imperialist dövlətlərin xarici siyasət idarələri tərəfindən də dəstəklənir. Bu isə əlbəttə ki, milli dövlətlərdə, onların vətəndaşlarında Qərb demokratiyası barədə xoş olmayan təəssürat yaradır. İlk növbədə, demokratiyanın, insan hüquqlarının ixracında ixracatçı ölkələrin səmimi olmadığı üzə çıxır, bəlli olur ki, demokratiya və insan hüquqları heç də təqdim olunduğu kimi, xüsusi, əlahiddə dəyərlər deyil, istismarçı imperializmin əlində bir alətdir və istənilən milli dövlət bu vasitə ilə şantaj edilir. İkincisi, bəlli olur ki, demokratiya və insan hüquqları məsələsi hegemon dövlətlərin öz maraqlarını qoruması üçün ətraflarında yaratdıqları “qoruyucu çətirdir”. Ona görə də, Qərbdən gələn bu dəyərlərin postsovet məkanında, Şərqi Avropada və Yaxın Şərqdə pərvəriş tapması bir qədər çətinləşir. İnsanlar demokratiyaya münasibətdə ikili standartlarla, ikili mövqe ilə rastlaşırlar. Bu zaman onlar seçim qarşısında qalırlar: ya milli maraqlardan imtina edərək xaos, anarxiya gətirən demokratiyaya meyil etməli, ya da milli maraqları qorumalı olurlar. Əlbəttə ki, intellektual cəmiyyət, ilk növbədə, öz milli maraqlarını qorumağı üstün tutur, çünki o bilir ki, milli maraqları qorumadan, cəmiyyətdə sabitlik, iqtisadi inkişaf, intellektual inkişaf olmadan, demokratiyadan danışmaq mümkün deyil. Ona görə də, Azərbaycan cəmiyyətində Qərbin ikili standartlara söykənən demokratiya oyunu çox dərindən dərk edilir, hətta Qərbin özünün təsəvvür etdiyindən daha dərin idrak edilir. Ona görə də, onların bu oyunları Azərbaycanda baş tutmur.
SENATDA DİNLƏMƏ, YOXSA “TAMAŞA”?
Çox təəssüf ki, son günlərdə biz ABŞ Senatında keçirilən dinləmələrdə də yuxarıda təsvir etdiyimiz spektaklı (tamaşanı) bütün çılpaqlığı ilə gördük. Əvvəlcə, Azərbaycanda ayrı-ayrı vətəndaşlar dövlətə qarşı qaldırıldılar, Azərbaycan qanunlarını pozmağa sövq edildilər, heç şübhəsiz ki, onlar Azərbaycan qanunlarına uyğun olaraq, məhkəmənin qərarı əsasında cəzalandırıldılar. Sonrakı mərhələdə bəlli oldu ki, onların cəzalandırılması sən demə, elə onları Azərbaycan dövlətinə qarşı yönəldən mərkəzlərə lazım imiş ki, sonradan Azərbaycan hakimiyyətinə, milli dövlətə təzyiq etmək üçün bu cür dinləmələr təşkil etsinlər. Ancaq bir şeyi unudurlar ki, Azərbaycan demokratik ölkədir, Azərbaycanda hüquqi dövlət bərqərar olub, vətəndaş cəmiyyəti formalaşıb və Azərbaycan qanunlarına görə ölkənin bütün vətəndaşları qanun qarşısında bərabərdirlər. Azərbaycanda bir vətəndaşa qarşı başqa standart, başqa vətəndaşa qarşı digər bir standart tətbiq olunmayacaqdır. Qanun dövlət tərəfindən müəyyənləşdirilmiş ümumi, məcburi davranış qaydasıdır. Qanunları pozanlar cəzalandırılacaqdır. ABŞ-da, ya da Avropada keçiriləcək müzakirələrin kiminlə bağlı olmasından, Avropa Şurasına kiminləsə bağlı hansısa siyahını təqdim etməsindən asılı olmayaraq, Azərbaycan güclü dövlətdir, qanunu pozan hər bir vətəndaşını cəzalandıracaqdır.
AKADEMİKİN MƏQALƏSİ NƏYƏ GÖRƏ MÜZAKİRƏ OBYEKTİNƏ ÇEVRİLİB?
Diqqət çəkən başqa bir məqam isə odur ki, dinləmələrdə irəli sürülən iddialar artıq insan hüquqları və demokratiya çərçivəsindən çıxarılaraq siyasiləşdirilir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yazdığı məqalə müzakirə olunur.
Bu məqalə, heç şübhəsiz, olduqca nüfuzlu bir dövlət məmuru tərəfindən Azərbaycanın dövlət maraqlarını müdafiə etmək məqsədilə, milli dövlət olaraq Azərbaycana yönələn təzyiqlərin ifşa olunması ilə əlaqədar, Azərbaycanın milli maraqlarını qorumaq üçün yazılıb. Eyni zamanda, Azərbaycan vətəndaşlarının bu cür təzyiqlərə qarşı hazır olması və onların maarifləndirilməsi məqsədilə yazılıb. Görünür, məqalədə hədəf düzgün seçildiyi üçün artıq insan hüquqları bir tərəfdə qalır, bu məsələ dinləmələrdə müzakirə olunur. Bunun özü bir daha onu göstərir ki, dinləmələr süni dinləmələrdir, Azərbaycana təzyiq xarakteri daşıyır.
SENATDA “ARAVURANLAR” DA VAR İMİŞ
Başqa bir məsələ ondan ibarətdir ki, dinləmələrdə Azərbaycanın xarici siyasəti ilə bağlı məsələlərə də toxunulur. Qeyd olunur ki, Azərbaycan guya müxtəlif beynəlxalq təşkilatlarda və ayrı-ayrı dövlətlərlə münasibətlərdə bildirir ki, bizim üçün İran və Rusiya qorxusu var. Bu isə Azərbaycan dövlətinin şantaj olunması deməkdir. Görünür, ABŞ-da Azərbaycanın Rusiya və İranla münasibətlərinin yaxşı olmasını istəməyən qüvvələr var. İran və Rusiya bizim çox yaxın qonşularımızdır, hər iki ölkə ilə strateji tətəfdaşlıq kimi səciyyələndirə biləcəyimiz münasibətlərimiz mövcuddur, hər iki ölkə ilə ortaq siyasi, tarixi keçmişimiz var, hər iki ölkənin ictimaiyyəti arasında dərin inteqrativ xüsusiyyətlər var, hətta hər iki ölkə ilə ümumi siyasi və mənəvi dəyərlərin mövcudluğunu da qeyd edə bilərik. Belə olan halda, heç şübhəsiz, Azərbaycanın İran və Rusiya ilə münasibətləri yaxşı olmalıdır, yaxşıdır və bundan sonra da yaxşı olacaqdır. Əgər kimsə hansısa dinləmələrdə bu münasibətləri şantaj etməyə, beləliklə, Azərbaycanın İran və Rusiya ilə münasibətlərini pozmağa çalışırsa, əmin olsunlar ki, onlar buna nail ola bilməyəcəklər.
SOCAR DAŞINMAZ ƏMLAK ALIR, BU DA İNSAN HÜQUQLARINA ZİDD İMİŞ...!
Başqa bir məsələ müasir qlobal dünyada daha da qloballaşan iqtisadiyyat və Azərbaycanın əldə etdiyi iqtisadi uğurlarla bağlıdır. Yenə də dinləmələrdə Azərbaycanın xarici siyasətinin, eyni zamanda, insan hüquqları ilə bağlı məqamların tənqid olunması ondan xəbər verir ki, bu dinləmələr heç də səmimi deyil, insan hüquqları məsələsi ilə bağlı deyil. Tutaq ki, dinləmələrdə belə iddia olunur ki, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-da Cin Kirkpatrik adlı çox nüfuzlu bir məmurun bahalı bir imarətini alıb və bu adam vaxtilə ABŞ-ın BMT-dəki ofisinin rəhbəri olub. Onlar bildirirlər ki, Azərbaycan belə bir daşınmaz əmlakı almaq üçün vəsaiti haradan alıb? Bu, Azərbaycan vətəndaşlarında və az-çox məntiqi olan hər bir adamda ikrah yaradır. Biz bilirik ki, Azərbaycan hökuməti xarici ölkələrdə Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə etibarlılığını artırmaq üçün daşınmaz əmlak alır. Necə ola bilər ki, ABŞ-ın 1 vətəndaşına aid olan mülkü bir şirkətin alması qəbahət sayılır? Bu, Azərbaycanın iqtisadi siyasətinin tərkib hissəsidir. Dövlət Neft Şirkəti Cənubi Koreyada, Yaponiyada, Avropada da daşınmaz əmlak alır, bununla da diversifikasiya olunmuş iqtisadi siyasət həyata keçirilir. Belə olan halda, görəsən, bu məsələ nə üçün dinləmələrdə qısqanclıqla qarşılanır?
DOĞRUDANMI QƏRBİN NÜFUZLU SİYASƏTÇİLƏRİ KÜRÜYƏ SATILACAQ QƏDƏR DƏYƏRSİZMİŞLƏR?
Başqa bir məsələ dinləmələrdə Azərbaycanın “kürü diplomatiyası” ilə bağlı şantaj edilməsidir. Bu zaman ABŞ-da və Avropada olan çox nüfuzlu konqresmenlərin, parlamentarilərin adları hallandırılır. Guya Azərbaycan onlara kürü verməklə, öz ətrafında “müdafiə çətiri” yaradır. Bu olduqca gülünc iddiadır. Dinləmələrdə bu ittihamı irəli sürənlər görün, siyasi sayıqlıqlarını və məntiqlərini nə qədər itiriblər və yaddan çıxarıblar ki, həmin nüfuzlu insanlar məhz Avropa, Amerika cəmiyyətlərinin yetirdiyi insanlardır, Qərb dəyərlərini, Avroatlantik qurumların siyasətini müəyyənləşdirən insanlardır. Əgər onlar, doğrudan da, bir qab kürüyə aldanırlarsa, bu onların özlərinin rüsvayçılığıdır. Belə çıxır ki, Avropa dəyərlərinin formalaşdırdığı insanlar bir qaşıq kürüyə görə öz dövlətlərinin maraqlarını, konqresmen şərəfini, məmur imicini satırlar. Əlbəttə ki, bu inandırıcı deyil və belə ola bilməz. Bu cür dinləmələri təşkil edənlər əslində öz cəmiyyətlərini, konqresmenlərini, dövlətlərini və nəhayət öz dəyərlərini təhqir edirlər.
TERRORU TƏBLİĞ EDƏN LOBBİYƏ “HƏ”, ƏMƏKDAŞLIĞI TƏBLİĞ EDƏN LOBBİYƏ “YOX”
Başqa bir məsələ Azərbaycanın lobbiçilikdə ittiham edilməsidir. Bildiyimiz kimi, lobbiçilik bir təsir mexanizmi kimi ABŞ-da formalaşıb. Əsrlərdir ki, ABŞ-da müxtəlif lobbilər konkret məqsədlər uğrunda ABŞ Senatına, Konqresinə, prezidentinə təsir etməyə çalışırlar. Heç şübhəsiz, Azərbaycan da qloballaşan dünyada öz milli maraqlarını qorumaq üçün mütləq öz lobbisini yaratmalıdır. Görünür, Azərbaycana təzyiq etməyə, Azərbaycandan öz məqsədləri üçün istifadə etməyə çalışan, ölkəni şantaj edərək daha çox dividend əldə etmək istəyən marginal qruplar bunu həzm edə bilmirlər. Çünki onların Azərbaycan lobbisi ilə maraqları toqquşur. Onlar nədənsə, ABŞ-da uzun müddət fəaliyyət göstərən, terrorizmi təbliğ edən, ölkələri şantaj edən, başqa ölkənin ərazisinin işğalına maddi, maliyyə, mənəvi dəstək verən erməni lobbisini görmürlər. Azərbaycan lobbisi əməkdaşlıq, tərəfdaşlıq, sivilizasiyaların dialoqu, Azərbaycanın tanıdılması üçün yaradılıb. Erməni lobbisi isə başqa ölkənin torpaqlarını, işğal etmək, terrorçulara dəstək vermək üçün yaradılıb. Dinləmələrdə iştirak edən konqresmenlərin diqqəti haradadır? Bütün bunlardan sonra qeyd etmək lazımdır ki, Azərbaycan bu cür tamaşa tipli dinləmələrlə şantaj ediləcək ölkə deyil. Çünki Azərbaycan kifayət qədər güclü dövlətdir. Bu dinləmələr vasitəsilə ayrı-ayrı mərkəzlər demokratiya və insan hüquqlarından qamçı kimi istifadə etməyə çalışsalar da, onun bir ucu elə onların özlərinə dəyəcəkdir.
Bütün bunlara baxmayaraq, Azərbaycanda olan “beşinci kolon”un nümayəndələrinə, qanunu pozanlara qarşı tədbirlər görüləcəkdir.
HƏLƏ Kİ, ƏDALƏTƏ ÜMİD ETMƏYƏ DƏYƏR
Sonda ədalət naminə qeyd etmək lazımdır ki, sözügedən dinləmələrdə Azərbaycanla bağlı müsbət məqamlar, ölkə həqiqətini əks etdirən faktlar da səsləndirilib. Məsələn, ABŞ Helsinki Komissiyasının sədri senator Ben Kardin qeyd edib ki, Azərbaycan Birləşmiş Ştatların strateji əhəmiyyətli tərəfdaşıdır. Komissiya sədri BMT-nin Baş Məclisində Ukraynanın ərazi bütövlüyünə dair qətnamə barəsində Azərbaycanın mövqeyinə görə təşəkkürünü bildirib. O, həmçinin bildirib ki, ABŞ və Azərbaycan terrorizmə qarşı mübarizə məsələlərində də əməkdaşlıq edirlər.
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Meliya isə söyləyib ki, Azərbaycanda korrupsiya əleyhinə qanunvericilik, o cümlədən, korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı vardır, korrupsiyanın aradan qaldırılması üçün yerli səviyyədə addımlar atılıb. O, “ASAN xidmət” mərkəzlərinin işini nümunə göstərərək vurğulayıb ki, bu mərkəzlər ölkənin adi vətəndaşlarına və yerli administrasiyalara müsbət təsir bağışlayıb.
Həmçinin, Demokratiya uğrunda Milli Fondun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskaya çıxışında Azərbaycan rəhbərliyinin çox ağıllı, müstəqil və şaxələndirilmiş xarici siyasət yürütdüyünü söyləyib. Corctaun Universiteti nəzdində Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin dəvət olunmuş tədqiqatçısı Brenda Şaffer isə Azərbaycanda dini tolerantlığın bu ölkənin əsas atributlarından biri olmasını qeyd edib. Qafqaz regionu üzrə ekspert deyib ki, Azərbaycanda qadınlar üçün səsvermə hüququ ABŞ-da oxşar qanun qəbul ediləndən iki il əvvəl təsbit olunub.
Göründüyü kimi, dinləmələrdə Azərbaycan gerçəkliklərini əks etdirən fikirlər də ifadə olunub. Lakin ölkədəki bəzi radikal müxalifət mediası ənənəvi olaraq, bu məsələdə də, yalnız neqativ məqamları önə çıxarmağa çalışır.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

