/ / Avropa Parlamentinin qətnaməsi qurumun Azərbaycana qərəzli və ədalətsiz münasibətinin göstəricisidir
Avropa Parlamentinin qətnaməsi qurumun Azərbaycana qərəzli və ədalətsiz münasibətinin göstəricisidir
20.09.2014 [10:32]
Bu qətnamə xarici anti-Azərbaycan, ermənipərəst dairələrin ölkəmizin inkişafından və müstəqil siyasətindən narahatlıq keçirdiklərini təsdiqləyir
Məlum olduğu kimi, regionun aparıcı dövləti olan Azərbaycan istər sosial-iqtisadi, istərsə də siyasi sferalarda sürətli modernləşmə dövrünü yaşamaqdadır. Siyasi və iqtisadi islahatların paralel aparıldığı Azərbaycanda qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması təmin edilib, bütün sahələrdə demokratiya prinsipləri bərqərar olunub. Müxtəlif nüfuzlu beynəlxalq qurumlar, ayrı-ayrı dövlət və hökumət başçıları, digər rəsmi şəxslər, ekspertlər, politoloqlar Azərbaycanın müstəqillik illərində güclü dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə etdiyi böyük uğurları, hazırkı dövrdə dinamik inkişafını xüsusi vurğulayırlar.
Lakin bu da həqiqətdir ki, ölkəmizin uğurlarına sevinən dostlarımızla yanaşı, Azərbaycanın hərtərəfli inkişafını gözü götürməyən, ölkənin uğurlarına qərəzli münasibət sərgiləyən, nüfuzuna kölgə salmağa çalışan xarici dairələr də mövcuddur.
AVROPA PARLAMENTİNİN QƏTNAMƏSİ ERMƏNİPƏRƏST VƏ İSLAMOFOB DAİRƏLƏRİN SİFARİŞİ İLƏ QƏBUL OLUNUB
Buna bariz nümunə kimi, bu günlərdə Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında anti-Azərbaycan yönlü qətnamənin qəbulunu göstərmək olar. Qətnamədə əsassız olaraq, guya, Azərbaycanda insan haqlarının pozulması ilə bağlı bir sıra iddialar irəli sürülür, konkret cinayət əməllərinə, qanunun tələblərini pozduğuna görə həbs olunan bir sıra şəxslərin məsələsi siyasiləşdirilməyə çalışılır, onların dərhal azad olunması tələb edilir.
Əslində, Azərbaycana qarşı belə bir qərəzli addım ilk dəfə deyil. Əvvəlki illərin təcrübəsi də təsdiq edir ki, Avropa Parlamentində bu tipli qərəzli sənədlər Azərbaycanın inkişafını və müstəqil siyasətini həzm edə bilməyən bəzi xarici ermənipərəst dairələrin sifarişi əsasında qurumun islamofob və anti-Azərbaycan mövqeli bir qrup deputatı tərəfindən hazırlanır və olduqca məhdud sayda parlament üzvlərinin iştirakı ilə keçirilən iclasda qəbul edilir. Məsələn, 2011-ci il mayın 12-də və 2013-cü il iyunun 15-də Avropa Parlamentində 754 üzvdən cəmi 40-50 deputatının iştirakı ilə, tələm-tələsik Azərbaycanla bağlı qərəzli qətnamələr müzakirəyə çıxarılıb və təsdiq edilib. Şübhəsiz, 2014-cü il sentyabrın 18-də qəbul olunmuş qətnamə də bu qəbildəndir.
Eyni zamanda, sentyabrın 18-də Avropa Parlamentində keçirilmiş müzakirələr, ilk növbədə, bu qurumun nüfuzuna mənfi təsir göstərən şoudur. İstisna deyil ki, bu şounun arxasında xarici ermənipərəst və islamofob qüvvələr dayanır. Belə ki, bəzi anti-Azərbaycan və islamofob dairələr davamlı şəkildə ölkəmizə qarşı kampaniya aparır və öz qərəzli niyyətlərini reallaşdırmağa çalışırlar. Onlar belə ucuz addımlarla Azərbaycanın müstəqil siyasətinə təsir və təzyiq göstərməyə, onu öz inkişaf yolundan döndərməyə cəhd göstərirlər. Avropa Parlamenti deputatları, həqiqətən də, ümumbəşəri insani və demokratiya təəssübünü çəksəydilər, 20 ildən artıqdır Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi və adi insani hüquqlarının pozulması, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasətinin aparılması kimi faktları da məlum qətnaməyə daxil edər, işğalçı Ermənistana təzyiq göstərməyə çalışardılar. Lakin görünür, ermənipərəstlikləri və ermənipərəst dairələr qarşısındakı öhdəlikləri onlara belə bir addımı atmağa imkan vermir.
Digər tərəfdən, nədənsə, Avropa Parlamenti ABŞ-da “Uol striti zəbt et” kampaniyasında, Ferquson hadisələrində, Britaniyada 2011-ci il iğtişaşlarında, Almaniyada mitinqlərin dağıdılması zamanı insanların sərbəst toplaşmaq hüququnun pozulması, etirazçıların və hətta jurnalistlərin həbs olunması, fiziki zorakılıqlara məruz qalması, medianın sıxışdırılması halları qarşısında susqun qalırlar. Üstəlik, Avropa İttifaqı ölkələrində vətəndaşların toplaşmaq, öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ həm qanunvericilik, həm də praktiki cəhətdən məhdudlaşdırıldığı halda, Avropa Parlamentinin Azərbaycana qarşı irəli sürdüyü “tələblər” qərəzli münasibətin əsl nümunəsi kimi səciyyələndirilə bilər.
Yəni, yuxarıda sadalanan hədisələri görməzdən gələn Avropa Parlamentinin bir qrup deputatı Azərbaycan və digər bir sıra ölkələrdə isə hər cür cinayətkardan, qanun pozucusundan “qəhrəman” obrazı düzəltməyə çalışır, az qalsın onları “azadlıq fədaisi”, “hüquq cəngavəri” kimi təqdim edirlər. Elə buradanca, qərəzli, ikili yanaşma özünü aydın göstərir. Belə olan halda Avropa Parlamentinin qəbul etdiyi qətnamənin səmimiliyindən söhbət belə gedə bilməz.
Həmçinin, sirr deyil ki, Azərbaycanın daxilində də ölkənin inkişafından narahat olan, bütün fəaliyyətini xarici dairələrin sifarişlərini yerinə yetirməyə sərf edən “5-ci kolon”un üzvləri mövcuddur. Onları ifşa edən birinci dəlil özlərinin antimilli, ölkənin maraqlarına və nüfuzuna xələl gətirməyə çalışan əməlləridirsə, ikinci mühüm dəlil bəzi xarici dairələrin onları açıq şəkildə müdafiə etməsidir. Bu isə heç də təəccüblü deyil. Çünki əhalinin böyük hissəsinin siyasi cəhətdən savadlı, hadisələri düzgün qiymətləndirən, eləcə də vətənpərvər olduğu Azərbaycanda xarici qərəzli dairələr özlərinə böyük dayaq formalaşdıra bilmirlər. Ona görə də ölkə daxilindəki satqın, cinayətkar ünsürlərin məsuliyyətə cəlb olunması anti-Azərbaycan çevrələrdə narahatlıq doğurur.
Sözügedən qətnamədə, həmçinin, Azərbaycana qarşı ədalətsizlik, onun beynəlxalq nüfuzuna ləkə yaxmaq niyyəti, dövlət strukturlarına, hüquq-mühafizə sisteminə hörmətsizlik, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək cəhdi açıq şəkildə özünü büruzə verir. Halbuki Azərbaycanın üzvü olduğu və əməkdaşlıq etdiyi heç bir beynəlxalq qurumun ölkəmizin daxili işlərinə qarışmağa, göstərişlər verməyə, suverenliyinə müdaxiləyə, milli maraqlarını təhdid etməyə səlahiyyəti yoxdur və bu cür cəhdlərə haqq qazandırıla bilməz.
AVROPA PARLAMENTİNİN QƏRƏZLİ ADDIMI AZƏRBAYCANI MİLLİ İRADƏSİNDƏN VƏ MÜSTƏQİL SİYASƏTİNDƏN DÖNDƏRƏ BİLMƏZ
Azərbaycanın öz milli maraqlarına möhkəm sadiqliyi göstərir ki, anti-azərbaycançı dairələr indiyə qədər bu niyyətlərinə nail olmayıblar. Əvəzində isə özləri Avropa dəyərlərindən, demokratiya prinsiplərindən, şəffaflıq, ədalətlilik, bərabərlik ideyalarından uzaqlaşıblar. Azərbaycanın üzv olmadığı və qarşısında heç bir öhdəlik daşımadığı Avropa Parlamentinin bütün etik normalara, diplomatik qaydalara, Avropa İttifaqı ilə bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinin ruhuna zidd və ikili standartların bariz nümunəsi olan belə sənədlər qəbul etməsi yolverilməzdir.
Yeri gəlmişkən, ənənəvi hal alan qərəzli addımlarla yanaşı, beynəlxalq müsabiqələr ərəfəsində ölkəmizə qarşı bu cür hücumlar daha intensiv xarakter alır. Əslində, bu hallar dünya miqyasında da, demək olar ki, ənənə halını alıb. Xüsusən də özünü demokratiya və insan haqlarının keşikçisi hesab edən bir sıra qurumlar, təşkilatlar beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən mötəbər tədbirlərdən yararlanaraq, dövlətlərə qarşı hansısa siyasi dairələrin maraqlarına uyğun şəkildə iftira və böhtan kampaniyası aparmaqla məşğul olurlar. Artıq bu cür siyasi oyunlara inanan da yoxdur, çünki illərdir tətbiq olunan bu “fənd” köhnələrək istər ölkələr üzərində, istərsə də beynəlxalq ictimai rəydə öz təsir gücünü çoxdan itirib. Üstəlik, Azərbaycan kimi müstəqil siyasət yürüdən, heç kimin diktəsi ilə hərəkət etməyən güclü, nüfuzlu dövlətə bu cür cılız addımlarla hər hansı bir şəkildə təsir göstərmək mümkün deyil. Azərbaycan ictimaiyyəti, ziyalılar, gənclər, ekspertlər Avropa Parlamentinin qətnaməsini şiddətlə qınayır, bu qurumu ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməkdə ittiham edir və bu tipli fəaliyyətə son qoyulmasını tələb edirlər. Avropa Parlamenti isə, yaxşı olar ki, bütün insan haqlarının, demokratik dəyərlərin təməlində dayanan ədalət prinsipinə əməl edərək özü özünə qarşı gəlməkdən, öz nüfuzuna zərbə vurmaqdan, olan-qalan beynəlxalq etimadını sarsıtmaqdan çəkinsin.
Azərbaycana gəlincə, ölkəmiz indiyədək olduğu kimi, bundan sonra da hansısa qüvvələrin yeni beynəlxalq nizam yaratmaq naminə dövlətimizin suverenliyinə müdaxilə cəhdlərinə imkan verməyəcək, ərazi bütövlüyü prinsipində heç bir güzəştə getməyəcək, beynəlxalq hüquqa sadiqliyini qorumaqla bərabər, milli maraqlarını bütün fəaliyyətinin əsas meyarı kimi saxlamaqda davam edəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

