Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvanla tanış olub
14.06.2016 [10:27]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.
Möminə xatın türbəsi ilə tanışlıq zamanı məlumat verilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən inşa edilib. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir. Hələ on ikinci əsrdə qadına verilən dəyərin ifadəsi olan abidə Naxçıvan memarlıq məktəbinin ən dəyərli incilərindəndir.
Naxçıvan şəhərindəki Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən yaradılıb. Muzeyin yaradılmasında məqsəd Azərbaycan xalqının dekorativ tətbiqi sənətinin ən dəyərli incilərindən olan daşdan yonulmuş mədəniyyət nümunələrimizin mühafizəsi, öyrənilməsi və təbliğindən ibarətdir. Ekspozisiyada mifoloji və dini baxışlarla bağlı qoç heykəllər, daş kitabələr, qəbirüstü abidələr və digər mədəniyyət nümunələrindən ibarət 226 ədəd eksponat mühafizə və nümayiş etdirilir.
Sonra qonaqlar qədim musiqi alətlərinin hazırlanması ilə tanış olub, hədiyyələr mağazasına baxıblar.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinə baxış zamanı qeyd olunub ki, Xan Sarayı XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Bina 1760-cı illərdə Naxçıvan xanı Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən tikdirilib. Şərq memarlığı üslubunda tikilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olub, bununla yanaşı xanlığın siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Muzey Naxçıvan xanlığının dövlətçilik tariximizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə Naxçıvan xanlığının dövlət və döyüş bayraqları, arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlığının və Kəngərli nəslinin tarixi ilə bağlı nəşr olunmuş kitablar, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir. Qonaqlara Naxçıvan xanlarının şəcərəsi, bu torpağın yetirməsi olan görkəmli generalların həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Həmin gün Ali Məclisin Sədri və Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Biznes Mərkəzində də olublar.
Qonaqlara mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, mərkəzdə muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri sərgilənir. Həmçinin burada müxtəlif tədbirlər, biznes forumlar, işgüzar görüş və konfranslar keçirilir. Sərgi salonunda 97 müəssisənin 136 növdə və 916 çeşiddə məhsulu, müxtəlif sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunur. Yeni istehsal və emal sahələrinin sayının artması nəticəsində bu gün muxtar respublikada 365 növdə məhsul istehsal olunur, əhalinin 343 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Görülən işlər ixracın həcminin artmasına da öz təsirini göstərib. Artıq muxtar respublikada istehsal olunan məhsullar dünyanın bir çox ölkələri ilə yanaşı, Gürcüstana və onun Acarıstan Muxtar Respublikasına da ixrac olunur.
Acarıstanlı qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olublar. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. Qala yalnız müdafiə məqsədi daşımayıb, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.
Sonra nümayəndə heyəti kompleksdə yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət edib, abidə önündə xatirə şəkli çəkdiriblər.
Günün sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti ilə birlikdə Duzdağ Fizioterapiya Mərkəzinə gəlib, burada müalicə olunan xəstələrin səhhəti ilə maraqlanıb, mərkəzin fəaliyyəti ilə tanış olub.
Bildirilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində bronxial astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. 300 yerlik xəstəxanada temperatur sabitdir. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında səhiyyə sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2012-ci ildən etibarən hər il tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi təşkil olunur.
Həmin gün Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Dövlət Xalça Muzeyində və Naxçıvan Dövlət Musiqili Dram Teatrında da olublar. Teatrla tanışlıq zamanı qonaqlar Naxçıvan Dövlət Filarmoniyasının ifasında konsert proqramına baxıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

