/ / Hikmət Babaoğlu: Danford-Gerasimov görüşünün Bakıda keçirilməsi iki böyük dövlətin Azərbaycana etimadının göstəricisidir
Hikmət Babaoğlu: Danford-Gerasimov görüşünün Bakıda keçirilməsi iki böyük dövlətin Azərbaycana etimadının göstəricisidir
17.02.2017 [10:14]
“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında mühüm görüşün məhz Bakıda keçirilməsi heç də təsadüfi deyil. Hər şeydən əvvəl bu fakt dünya siyasətini müəyyənləşdirən iki böyük dövlətin Azərbaycana olan inam və etimadının göstəricisidir”. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, dünyanın maraqla izlədiyi bu görüşün Bakıda baş tutması Azərbaycana çoxlu sayda strateji dividendlər qazandıracaq: “Digər tərəfdən, bu görüşün Bakıda keçirilməsi Azərbaycanın hər iki ölkə ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin nəticəsidir. Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri ölkəmizi tərəfdaşlıq və əməkdaşlıq platformasına çevirməkdir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi prosesdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Ona görə də bu görüşün ən müxtəlif ölkələrdə keçirilməsi məsələsi uzun müddət müzakirə edilsə də, sonunda Bakıda baş tutması dediyimiz məsələlərlə bağlıdır”.
H.Babaoğlu qeyd edib ki, bununla yanaşı, Azərbaycan Prezidentinin ABŞ və Rusiya prezidentləri ilə yaxşı münasibətlərinin olması, ABŞ və Rusiya prezidentlərinin Azərbaycan Prezidenti İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul etmələri, Onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmələri qlobal hərbi-strateji əhəmiyyəti olan belə bir görüşün Bakıda keçirilməsini zəruri edib: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bu quruma iki illik rəhbərliyi dövründə öz missiyasını və vəzifəsini uğurla yerinə yetirməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş imicini qazanması, regionda ən müxtəlif hərbi siyasi qütblərdə dayanan iki hərbi siyasi təşkilatlanmanın, NATO və KTMT maraqlarının uzlaşdırılmasında xüsusi rol oynaması, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında yaxından iştirak etməsi, eyni zamanda üçtərəfli formatda yeni əməkdaşlıq platformaları yaratması ölkəmizi tərəfdaşlıq üçün cazibədar hala gətirib və bu, Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

