/ / Azərbaycanın həyata keçirdiyi siyasət regionda yeni reallıq və qonşularla yeni əməkdaşlıq formatı yaradıb
Azərbaycanın həyata keçirdiyi siyasət regionda yeni reallıq və qonşularla yeni əməkdaşlıq formatı yaradıb
28.03.2017 [09:34]
Prezident İlham Əliyev: Biz, həmçinin təkcə ikitərəfli deyil, həm də artıq üçtərəfli regional əməkdaşlıq formatı yaratmışıq
Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən əhəmiyyətli amillərdən biri də regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır.
Azərbaycan regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynayır
Qeyd etmək lazımdır ki, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Digər tərəfdən, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir.
Ümumiyyətlə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Qeyd etdiyimiz kimi, Azərbaycan hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Başqa sözlə, ölkəmiz öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlığın inkişafına təkan verir. Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində də fəal rol oynayır. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və uğurla sədrlik etməsini xüsusi qeyd etmək lazımdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı bu məqama toxunaraq qeyd edib ki, Azərbaycan yerləşdiyi regionda sabitləşdirici amil rolunu oynayır: “Bizim təşəbbüslərimiz regional əməkdaşlıq, proqnozlaşdırılabilmə və regionumuzda təhlükəsizlik tədbirlərinin güclənməsinə yönəldilib”.
Dövlətimizin başçısı əlavə edib: “Azərbaycanın yerləşdiyi coğrafiya ölkəmizin regionda oynadığı rolu bir növ əvvəlcədən müəyyən edir və biz mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfəmizi veririk”.
Ölkəmizin təşəbbüsü ilə regional əməkdaşlıq platformalarının yaranması sülh, təhlükəsizlik, əməkdaşlıq və inkişafa strateji töhfədir
Azərbaycanın mütərəqqi xarici siyasət kursunun bölgədə təhlükəsizlik və inkişafa töhfələrindən bəhs edərkən ölkəmizin regional əməkdaşlıq formatlarının yaranmasında strateji rol oynamasına da ayrıca toxunmaq lazımdır. Ümumiyyətlə, ekspertlər regional əməkdaşlıqdan bəhs edərkən mütləq şəkildə təhlükəsizlik amilinə xüsusi diqqət yetirirlər. Məhz bu baxımdan, ölkəmizin təşəbbüsü ilə regional əməkdaşlıq platformalarının yaranması sülh, təhlükəsizlik, əməkdaşlıq və inkişafa strateji töhfədir. Ümumiyyətlə, Azərbaycan öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu baxımdan, region ölkələri ilə münasibətlərin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, region dövlətləri də Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirirlər.
Eyni zamanda, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri Azərbaycanın iştirakı ilə yeni regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir. Məhz Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə formatları həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır, bölgədə təhlükəsizlik və işbirliyinə əhəmiyyətli töhfələr verir.
Yaxın tarixə istinad edərək qeyd edə bilərik ki, ötən il avqustun 8-də Bakıda Azərbaycan Respublikasının, İran İslam Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin iştirakı ilə üçtərəfli Zirvə görüşü keçirilib. Bəhs olunan Zirvə görüşü eyni coğrafiyanı bölüşən üç ölkə arasında yeni əməkdaşlıq formatının əsasını qoyub.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü zamanı diqqətə çatdırıb ki, bizim bütün qonşularımızla - Şimal, Cənub, Qərb və Xəzər dənizindən o yana Şərq qonşularımızla əla siyasi və iqtisadi əlaqələrimiz var, bu, həmçinin regionun sabitliyi üçün vacibdir: “Daxildə sabitlik, daxildə inkişaf və sərhədlərimizdən kənarda proqnozlaşdırılabilən vəziyyət, qonşularla yaxşı əlaqələr - bütün bunlar artıq baş verir. Bu, reallıqdır. Başqa sözlə, bizim siyasətimiz regionda yeni reallıq və ilk növbədə, qeyd etdiyim kimi, qonşularımızla yeni əməkdaşlıq formatı yaradıb”.
Dövlətimizin başçısı onu da vurğulayıb ki, biz, həmçinin təkcə ikitərəfli deyil, həm də artıq üçtərəfli regional əməkdaşlıq formatı yaratmışıq: “Məsələn, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və son olaraq Azərbaycan-İran-Rusiya üçtərəfli iqtisadi və siyasi əməkdaşlığı. Bu, regionda çox müsbət siyasi və iqtisadi mühit yaradan üçtərəfli əməkdaşlıq formatıdır. Qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi də əməkdaşlıq formatı baxımından çox cəlbedicidir. Çünki burada Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı üzvləri Yunanıstan, İtaliya, Bolqarıstan və həmçinin Albaniya iştirak edir. Artıq 3 ildir ki, hər il yeddi ölkə əməkdaşlığı gücləndirmək məqsədilə dəhlizin məşvərət şurası üçün Bakıda toplaşır. Bu, təkcə qazla bağlı deyil, bu, biznesdir, investisiya, məşğulluq, proqnozlaşdırılma və əməkdaşlıqdır”.
Bölgənin inkişafına strateji töhfələr verən Azərbaycan regionun nəqliyyat, logistika mərkəzinə çevrilib
Regional əməkdaşlıq və təhlükəsizlik kontekstində Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi mühüm yer tutur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. Prezident İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü zamanı bu məqama toxunaraq deyib ki, bizim diqqət yetirdiyimiz başqa bir strateji istiqamət Azərbaycanda nəqliyyat qovşağının yaradılmasıdır: “Bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Asiya ilə Avropanın arasında yerləşirik və artıq sahib olduğumuz müasir nəqliyyat infrastrukturu ilə böyük maraq cəlb edirik”.
Azərbaycan regional ziddiyyətlərin aradan qaldırılmasında müsbət rol oynayır, barışdırıcı missiya həyata keçirir
Qeyd etdiyimiz kimi, Azərbaycanın regional təhlükəsizlik və əməkdaşlığa fundamental töhfələr verməsi beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Məhz bu amil dünya siyasətinin güc mərkəzlərinin Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal iştirakına pozitiv münasibətini şərtləndirən faktor kimi çıxış edir. Bu kontekstdə qeyd etmək lazımdır ki, bir müddət əvvəl ABŞ və Rusiya baş qərargah rəislərinin görüşünün ölkəmizin paytaxtında baş tutması bir daha ölkəmizin üstün siyasi nüfuzundan, beynəlxalq münasibətlər sistemində yeri və rolundan xəbər verir.
Prezident İlham Əliyev V Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı diqqətə çatdırıb ki, xarici siyasət sahəsində Azərbaycan regionda və dünyada güclü mövqeyə malikdir: “Beynəlxalq ictimaiyyət bizə hörmətlə yanaşır. Çünki biz müstəqil siyasət aparırıq və hər zaman vədlərimizə sadiqik. Yəni biz etibarlı tərəfdaşıq və bütün qonşular ilə yaxşı, eyni zamanda, praqmatik əlaqələr qura bilmişik. Bu əlaqələr tarix, dostluq, qarşılıqlı maraq, qarşılıqlı hörmət, habelə bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə söykənir”.
Eyni zamanda, Azərbaycan regional ziddiyyətlərin, qarşıdurmaların aradan qaldırılmasında müsbət rol oynayır, konstruktiv yanaşma tərəfdarı kimi barışdırıcı missiya həyata keçirir. Məsələn, ölkəmiz Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında mühüm rol oynayıb. Bununla yanaşı, Azərbaycanın həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına dəstək verməsi ayrıca vurğulanmalıdır.
Bütövlükdə, Azərbaycan regional təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına strateji töhfələr verir, ölkəmizin bu kontekstdə rolu olduqca yüksək qiymətləndirilir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

