Azərbaycan-Pakistan əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
05.05.2017 [10:30]
Mayın 4-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Pakistan Milli Assambleyası sədrinin müavini Murtaza Abbasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. O, qonaqların ölkəmizə bu səfərinin Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna təsadüf etdiyini məmnunluqla bildirib. Qeyd edib ki, müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərləri, keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə təkan verir.
Parlament sədrinin birinci müavini bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olan Pakistanla əlaqələr bir çox sahələrdə yüksələn xətlə inkişaf edir. Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq daha da möhkəmlənir.
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, iqtisadi, hərbi-texniki sahələrdə səmərəli əməkdaşlıq inkişaf edir.
Birinci vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun fəsadları və aradan qaldırılması istiqamətində atılan addımlar barədə danışıb. O, müxtəlif dövrlərdə BMT-nin Baş Assambleyasında münaqişənin həlli ilə bağlı qəbul edilən qətnamələr barədə söhbət açıb və Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək dəyərləndirib. Milli Məclis sədrinin birinci müavini 2012-ci ildə Pakistan Senatında Xocalı soyqırımı ilə bağlı qəbul olunan sənədin önəmini qeyd edib.
Ziyafət Əsgərov bildirib ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bu çərçivədə ölkəmizdə IV İslam Oyunları keçiriləcək. O, bu idman yarışlarında iştirak edəcək pakistanlı idmançılara müvəffəqiyyətlər arzulayıb.
Pakistan Milli Assambleyası sədrinin müavini Murtaza Abbasi qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkəmizə səfərindən məmnun qaldığını deyib. O, Bakıda keçirilən Forum münasibətilə təbriklərini çatdırıb və tədbirin işinə uğurlar arzulayıb. Bildirilib ki, qarşılıqlı səfərlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən deputatların görüşləri, müxtəlif beynəlxalq tədbirlərdə səmərəli əməkdaşlığı çox önəmlidir.
Murtaza Abbasi ölkəsində həyata keçirilən Çin-Pakistan dəhlizi layihəsi barədə məlumat verib. O, ümid etdiyini bildirib ki, bu layihənin reallaşması bütün müsəlman ölkələri üçün faydalı olacaq.
Söhbət zamanı tərəfləri maraqlandıran bir sıra aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

