/ / ABŞ rəsmiləri Azərbaycanın multikultural durumu və tolerantlıq ənənələri barədə məlumatlandırılıblar
ABŞ rəsmiləri Azərbaycanın multikultural durumu və tolerantlıq ənənələri barədə məlumatlandırılıblar
05.05.2017 [10:32]
IV Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez, Aydaho ştatının senatoru Marv Hagedorn, Los-Ancelesdəki Kral Fahad Məscidinin dinlərarası proqram direktoru Mahomed Xan, Kolumbiya ştatının Vaşinqton Hüquq Assosiasiyasının məsləhətçisi Janna Skot, ABŞ Prezidentinin təyin etdiyi Milli və Yerli Könüllü Cəmiyyətlər Xidmətinin səlahiyyətlisi Hyepin İm, Arizona ştatının keçmiş senatoru Karlayl Beqay, Pakistan-Amerika Məsələləri Şurasının nümayəndəsi Adnan Xan daxil olub.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev amerikalı qonaqları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görməkdən məmnunluğunu ifadə edib.
Dövlət müşaviri görüşdə Azərbaycanın multikultural durumu və çoxəsrlik tolerantlıq ənənələrindən söz açaraq deyib: “Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Dünyanın bir çox universitetlərindən də Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciətlər olur və müvafiq təkliflər dəyərləndirilir”.
Akademik Kamal Abdullayev Prezident İlham Əliyevin müvafiq fərmanları ilə yaradılan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və BBMM-in fəaliyyətindən danışıb. Dövlət müşaviri BBMM-in yaradıldığı vaxtdan bəri ölkəmizdə yaşayan etnik və dini icmalar arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkili, “Multikulturalizm terrora qarşı”, Azərbaycanın Gənc Dostları Klubunun təsis olunması, ölkənin 40, dünyanın 15 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, multikulturalizmlə bağlı kitabların və dərsliklərin hazırlanması və nəşri kimi önəmli layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Dövlət müşaviri Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.
Senator Marv Hagedorn Azərbaycanın multikulturalizm modelinin təbliği və təşviqi ilə bağlı görülən işləri təqdir edərək bu istiqamətdə gələcək əməkdaşlıqların perspektivlərindən söz açıb.
Xanım Janna Skot Azərbaycanın multikulturalizm təcrübəsini alqışalayiq dəyər kimi qiymətləndirib və gələcəkdə bu təcrübənin bölüşülməsi istiqamətində əməkdaşlıqların hər iki ölkə üçün faydalı olacağına inandığını deyib.
Görüşdə ABŞ universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisinin perspektivləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “qardaşlaşmış məktəblər” layihəsində Amerika məktəblərinin də iştirakı, hər iki ölkənin multikulturalizm təcrübəsinin qarşılıqlı mübadiləsi məsələləri müzakirə olunub.
Qonaqlara BBMM-in yeni nəşrləri və “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının ingilis dilində nəşri hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

