"Heydər Əliyev. 40 il Azərbaycan uğrunda"
14.07.2009 [14:26]
Qeyd edək ki, ümummilli liderin 40 il ərzində Azərbaycanın inkişafı və çiçəklənməsi uğrunda həyata keçirdiyi daxili və xarici siyasətin, ümumiyyətlə, Ulu öndərin həyat və fəaliyyətinin ən vacib məqamlarının fotoşəkil, video və məqalələrin əksini tapdığı diskin hazırlanmasında Prezident Kitabxanasının arxiv materiallarından istifadə olunub. Diskin məsləhətçisi Azərbaycan Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, layihənin müəllifi isə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.
Mərasimdə ilk olaraq çıxış edən Ağabəy Əsgərovun fikrincə, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişinin ölkəmiz və bütövlükdə region üçün əhəmiyyətini dərk etməkdən ötrü müqayisəli təhlil aparmaq kifayətdir: “Ulu öndərin Azərbaycana rəhbər təyin edilməsinə qədərki dövrlə Onun hakimiyyətə gələndən sonrakı ilk 2-3 ilə nəzər yetirərək bu dəyişikliyi açıq görmək olur. Bir neçə il ərzində Azərbaycan SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrildi. Növbəti dəfə dahi şəxsiyyətin hakimiyyətə gəlişi çox çətin dövrə təsadüf etdi. Bu dəfə Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qalmış. Ulu öndər ən çətin vaxtlarda hakimiyyətə gəlib və qısa zamanda ölkənin inkişafına nail olub. Odur ki, 14 iyul ən yeni tarixdə böyük bir hadisə kimi qeyd edilməlidir”.
“Səs” qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyevin sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı mərhələdə “Səs” qəzeti ümummilli liderin fəaliyyətinin ən böyük təbliğatçılarından biri kimi çıxış edib. “Heydər Əliyev. 40 il Azərbaycan uğrunda” adlı disk məhz bu fəaliyyətin məntiqi nəticəsidir: “Düşünürəm ki, Heydər Əliyev irsinin öyrənilməsi və təbliği hər birimizin vətəndaşlıq borcudur. “Səs” qəzeti bu sahədə məsuliyyətini dərk edir və buna uyğun addımlar atır. Təqdim olunan “Heydər Əliyev. 40 il Azərbaycan uğrunda” diskinin hazırlanması da məhz Ulu öndərimizin siyasi irsinə sevgi və bağlılıqdan irəli gəlir. Layihə informasiya texnologiyalarına əsaslanaraq hazırlanıb və istifadə qaydaları olduqca sadədir. 6 əsas bölmədən, 15 alt bölmədən ibarət olan diskdə Ulu öndərimizin siyasi və dövlətçilik fəaliyyətini əks etdirən 150-dən artıq foto və 8 dəqiqəlik qısametrajlı film öz əksini tapıb. İstifadəçilər hər bölmədə Ulu öndərimizin fəaliyyətindən bəhs edən yazılarla da tanış ola biləcəklər. “Rəhbər”, “Naxçıvan”, “Yeni Azərbaycan Partiyası”, “Milli qurtuluş”, “Prezident” bölmələri ümummilli liderin hakimiyyətdə olduğu dövrü mərhələlərlə əks etdirib. Diskdə Prezident İlham Əliyevin fəaliyyətinə də geniş yer ayırmışıq. Hesab edirik ki, möhtərəm Prezidentimizin fəaliyyətini ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik kursundan ayırmaq düzgün deyil. Odur ki, haqlı olaraq, 2003-cü il oktyabrın 15-dən sonrakı illəri məhz həmin kursun davamı hesab edirik. Bu dövr isə diskdə “Siyasi varislik” bölməsində əks olunub”.
Millət vəkili Fəttah Heydərov isə bir məqamı xüsusi qeyd edib: “Bu gün ölkənin hər yerində hamı 14 iyul tarixini qeyd edir. çünki hamı bu reallığı qəbul edir ki, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi ilə bütövlükdə ölkənin taleyi dəyişdi”.
F.Heydərov qeyd edib ki, ümummilli liderimiz Azərbaycan kəndlisinin, ölkə fəhləsinin həyatını yaxşılaşdırdı. Millət vəkili türk dünyasının tanınmış şəxsiyyətlərindən olan Oljas Süleymenovdan sitat gətirərək sözlərini tamamlayıb: “80-90-cı illərdə Azərbaycana Heydər Əliyev rəhbərlik etsəydi, müstəqilliyimizi bu qədər ağır şərtlər altında qazanmazdıq və bu qədər torpaq itkilərimiz də olmazdı”.
Millət vəkili Şahlar Əsgərov Ulu öndər Heydər Əliyevin hakimiyyətini 3+1 prinsipi ilə mərhələlərə bölüb. 1969-1987, 1987-1991 və 1991-ci ildən sonrakı dövr sırf Heydər Əliyevin fəaliyyətindən ibarət olsa da, millət vəkili Prezident İlham Əliyevin hakimiyyət illərini də ümummilli lider Heydər Əliyev siyasətindən ayırmadığını vurğulayıb. O, Ulu öndərin fəaliyyətində 4 “şah əsəri”ni də qeyd edib: xaricdə təhsil almağa göndərilən kadrlar, metro, YAP və müstəqil Azərbaycan dövləti.
YAP İcra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, “Heydər Əliyev. 40 il Azərbaycan uğrunda” adlı disk ümummilli liderin fəaliyyətinin işıqlandırılmasında, növbəti nəsillərin nümayəndələrinə çatdırılmasında müstəsna rola malikdir.
YAP İcra katibinin müavini Siyavuş Novruzovun fikrincə, Ulu öndər təsdiq etdi ki, millətə, xalqa xidmət etmək istəyirsənsə, dövrün fərqi yoxdur. Millət vəkili son zamanlar müşahidə olunan tendensiyaya da münasibətini açıqlayıb. S.Novruzov deyib ki, Ulu öndərin fəaliyyətindən xəbəri olan-olmayan hər kəs böyük şəxsiyyətlə bağlı kitablar nəşr etdirir. Hər kəs dahi liderlə bağlı məqalə yaza, fikir səsləndirə bilməz. Odur ki, kitablara mütləq müvafiq rəy almalı, sonra nəşrinə icazə verilməlidir.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov kitabxananın fondunda ümummilli liderlə bağlı 500-dən çox kitab, 1300-dən artıq məqalə toplandığını qeyd edib. Onun sözlərinə görə, Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı ən zəngin elektron resurs da məhz Prezident Kitabxanasının internet ünvanıdır (www.rreslib.az).
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22

