Azərbaycanda Xalq-iqtidar birliyi yenə də öz sözünü deyir
04.08.2009 [09:37]
ABŞ-da yerləşən, dünya üzrə insan resurslarını öyrənən və statistik araşdırma xidmətləri göstərən nüfuzlu “Gallup” təşkilatı iyulun 31-də keçmiş Sovet respublikaları üzrə yeni sorğusunun nəticələrini elan edib. Hər ölkədə 1000 respondent arasında keçirilən sorğuda bildirilir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ölkəmizdə vətəndaşların rifah halının yüksəldilməsi, genişmiqyaslı quruculuq işləri, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər əhali tərəfindən yüksək qiymətləndirilir.
“Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir” sualına cavab olaraq Azərbaycanda rəyi soruşulanların 77 faizi hakimiyyətin fəaliyyətindən razılığını ifadə edib. Bu, postsovet ölkələri arasında ən yüksək göstəricidir.
Həmin məsələyə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Gallup” təşkilatının dünyanın ən aparıcı və obyektiv sorğu mərkəzi olduğunu söyləyib: “Hələ sovetlər dönəmində bu təşkilat ayrı-ayrı respublikalar üzrə gedən sosial-iqtisadi, siyasi prosesləri izləyirdi. Müasir dövrdə də bu cür sosioloji sorğuların aparılması üçün yenicə müstəqillik qazanmış ölkələrdə cərəyan edən prosesləri izləmək, hökumətin apardığı sosial-iqtisadi islahatları keyfiyyət baxımından qiymətləndirmək və s. vacib amillərdən sayılır. Bir daha qeyd edim ki, “Gallup” təşkilatının apardığı sorğuların nəticəsi heç kəsdə şübhə oyatmır.
Bu təşkilatın hesabatında Azərbaycanla bağlı məhz ölkədə gedən tikinti-quruculuq işləri, yüksək sosial rifah, infrastruktur quruculuğu, nəhayət, xalq-iqtidar birliyindən doğan etimad, etibar öz əksini tapıb. Bu hadisə bir daha bizi sevindirir ki, artıq dünyanın bir çox nüfuzlu təşkilatları Azərbaycana qarşı ikili standartlardan əl çəkir və xalqın hökumətə olan etibarını, ümumilikdə, ölkədəki etimad mühitini düzgün şəkildə əks etdirirlər. Bu, həmçinin, Azərbaycan xalqının Prezident İlham Əliyevə olan inamının beynəlxalq etirafıdır. Xatırladım ki, xalqımız dövlətimizin başçısına olan etimadını bir daha 2008-ci ilin 15 oktyabrında təsdiqləyərək cənab İlham Əliyevi yenidən prezident seçmişdi. Bu gün isə belə bir hadisənin baş verməsi Azərbaycan xalqının Prezident İlham Əliyevə, Onun qurduğu hökumətə olan inamının milli etiraf səviyyəsindən beynəlxalq etiraf müstəvisinə yüksəlməsinə səbəb oldu. Bu, bir təkzibolunmaz həqiqətdir”.
“Gallup” təşkilatının yeni sorğusunun nəticələrinə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Gültəkin Hacıbəyli vurğulayıb ki, beynəlxalq miqyasda nüfuza malik olan bir təşkilatın apardığı sorğunun nəticələri tam obyektivdir və heç kəsdə şübhə doğurmur: “Bu təşkilatın göstərdiyi rəqəm, gəldiyi nəticə məni təəccübləndirmir. çünki, 2008-ci ilin 15 oktyabrında xalq Prezident İlham Əliyevə yüksək səs çoxluğu ilə etimad göstərmişdi. Bu inamın nəticəsi isə bu gün beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğularda öz əksini tapır.
Hazırda ölkədə gedən abadlıq-quruculuq işlərinə, insanların artan sosial rifah halına, sürətlə aparılan infrastruktur işlərinə nəzər saldıqda bir daha “Gallup” təşkilatının apardığı sorğunun nəticələrinin tam obyektiv olduğu və heç kəsdə şübhə doğurmadığı üzə çıxır”.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı da “Gallup”un sorğusunun nəticəsini yüksək qiymətləndirərək qeyd edib ki, bu təşkilatın apardığı sorğu tam obyektivdir, yekunları isə həqiqəti əks etdirir: “Mən bu sorğunun nəticələrini ölkədə irimiqyaslı quruculuq işləri aparan, xalqın maddi rifah halının yüksəlməsi üçün daim ədalətli qərarlar qəbul edən Prezident İlham Əliyevə insanlarımızın inamının, etimadının göstəricisi kimi qiymətləndirirəm. ümumiyyətlə, Azərbaycanda bu məsələ ilə bağlı çoxlu sorğular keçirilib. Hamısının nəticəsi hər zaman xalqın yüksək etimadını əks etdirib. Bu dəfə isə artıq bu məsələ beynəlxalq miqyasda təqdim olundu və bütün dünya gördü ki, həqiqətən, Azərbaycanda xalq-iqtidar birliyi güclüdür”.
Xatırladaq ki, “Gallup”un sorğusunun nəticələrinə görə, Ukraynada rəyi soruşulanların cəmi 4 faizi hakimiyyətin işindən razıdır. Litvada respondentlərin 13 faizi, Gürcüstanda 21 faizi, Moldovada isə 25 faizi hakimiyyətin fəaliyyətini bəyənib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

