Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Misirdə Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub

Misirdə Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub

17.10.2009 [15:12]

Misirin Qalubiyyə vilayətinin Oğuz şəhərində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub. Dördmərtəbəli, 1600 şagird yerlik məktəb binası Misirdə bu tipli yeganə müasir təhsil ocağıdır. Məktəbdə şagirdlərinin təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olacaq. Təhsil ocağında üç şöbə fəaliyyət göstərəcək. Bunlar hazırlıq, əlil uşaqlar və ümumi təhsil şöbələridir. Məktəbin foyesində Azərbaycan-Misir dostluğunu, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın elmə, təhsilə, mədəniyyətə, səhiyyəyə göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Məktəbdə sinif otaqları, laboratoriyalar, kitabxana, kompyuter otağı, futbol və voleybol meydançaları var. Azərbaycan nümayəndə heyəti və Qalubiyyə vilayətinin qubernatoru Əbdül Hüseyn məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar. Sonda Qalubiyyə vilayətinin qubernatoru Ə.Hüseyn təhsil ocağına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adının verilməsi haqqında sərəncamı Abşeron rayon İcra hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim edib.

Paylaş:
Baxılıb: 1085 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30