Müqəddəratı təyinetmə hüququ müstəqillik demək deyil...
21.10.2009 [09:15]
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması prinsipləri ilə bağlı sualı cavablandırıb. APA-nın məlumatına görə, nazir müavini bildirib ki, münaqişənin həlli çərçivəsində beynəlxalq hüququn üç prinsipi, ərazi bütövlüyü, güc tətbiq etməmək və öz müqəddəratını təyin etmək nəzərdən keçirilir ki, bu prinsiplərin də arxasında ümumi məxrəc olan dövlətlərin ərazi bütövlüyü və dövlətlərin razılığı olmadan sərhədlərin dəyişilməzliyi prinsipi durur: “öz müqəddəratını təyin etmə prinsipi dövlətin parçalanmasına və dövlətin razılığı olmadan onun ərazilərinin ayrılmasına gətirməməlidir. Müqəddəratı təyin etmə hüququ müstəqillik demək deyil və bunun üçün heç bir haqq qazandırmır. Bu hüquq yalnız ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər və beləliklə də, daxili müqəddəratı təyin etmə kimi baxılır, beynəlxalq təcrübədə qəbul edilən norma kimi dəyərləndirilir.
Azərbaycan Ermənistanla apardığı müzakirələrdə qarşılılıqlı əsaslarda məsələnin konstruktiv yolla həlli üçün tutduğu mövqeyə uyğun olaraq, vertikal formada tabeçiliyinə dair mövqedən orta məxrəci təşkil edən ərazi bütövlüyü çərçivəsində müqəddəratı təyin etmə yolu ilə Dağlıq Qarabağ regionundakı əhalinin özünü idarəetmə statusunun müəyyənləşməsinə keçməyə hazırdır. Ermənistandan da eyni yanaşmanı, yəni maksimal mövqeyi olan Azərbaycanın ərazi bütövlüyünün pozulması yolu ilə Dağlıq Qarabağın müstəqilliyi tələblərindən əl çəkərək, Azərbaycanın təklif etdiyi orta məxrəcə (ərazi bütövlüyü çərçivəsində müqəddəratı təyinetmə) razılığını bildirməsini gözləyirik. Buna kompromis variant deyirlər və bunu konstruktiv qiymətləndirmək olar. Azərbaycanın razılığı olmadan onun ərazilərinin və sərhədlərinin dəyişilməsi qeyri-mümkündür. Beləliklə də Ermənistanın iki seçim variantı var: o ya bugünkü vəziyyətin davam etməsi ilə razılaşır, ya da haqqında bəhs olunan orta məxrəc əsasında münaqişənin həllinə razı olur. Hələ ki, biz bu məsələdə Ermənistandan aydınlıq görmürük. Xüsusi ilə status məsələsinə gəldikdə qeyd etməliyik ki, statusun müəyyənləşməsi obyektiv olmalıdır və bu obyektiv şəraitdə həyata keçirilməlidir. Obyektiv şəraitə nələr daxildir: işğal amilinin aradan qaldırılması və bütün ərazilərin geri qaytarılması, müvafiq infrastrukturun bərpa edilməsi və əhalinin, xüsusi ilə də, Dağlıq Qarabağ azərbaycanlılarının geri qayıtması. Azərbaycanlılar işğal olunmuş bölgələrə geri qayıtmadan məsələ həll olunmur və Dağlıq Qarabağın statusu yalnız bu bölgənin bütövlükdə əhalisinin iştirakı ilə müəyyən oluna bilər. Bu bölgədə əhali yenidən birgə yaşamalı, sülhsevər şəraitdə əməkdaşlıq etməli, düşmənçilik hisslərindən kənarlaşaraq mehriban qonşuluq əlaqələrini qurmalıdırlar. Belə bir şəraitdə artıq statusun müəyyənləşməsi məsələsinə keçmək olar. Bir daha vurğulamaq istərdim ki, statusun müəyyənləşməsi üçün işğal amili aradan qaldırılmalı, yollar bərpa olunmalı və əməkdaşlıq düşmənçiliyin yerini tutmalıdır.
O müddətə qədər qarşımızda duran mühüm vəzifələri həll etmək üçün müvafiq ardıcıllıqla, ərazilərin boşaldılması, əhalinin geri qayıtması, əməkdaşlığın bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bunun həlli üçün Azərbaycan tərəfi Dağlıq Qarabağ erməniləri ilə əməkdaşlıq etməli olacaq. İşğal olunmuş torpaqlar boşaldıqdan sonra Azərbaycanın mərkəzi hökuməti həm azərbaycanlıların, həm də ermənilərin xeyrinə sosial-iqtisadi əhəmiyyətli işləri görməyə hazırdır. Azərbaycanlılar Dağlıq Qarabağa geri qayıdanda onların müvafiq şəraitlə təmin edilməsi və erməni qonşuları ilə əlaqələrin qurulması üçün imkanlar yaradılmalıdır. Eyni zamanda, Ermənistanın da Dağlıq Qarabağda Azərbaycan tərəfi ilə əməkdaşlığı üçün imkanlar olmalıdır. Bununla yanaşı, bir müddət Qarabağda müxtəlif beynəlxalq təşkilatlar tərəfindən müxtəlif proqramlar yerinə yetiriləcək. Bütün bu işlərin aparılması, əməkdaşlığın qurulması üçün və oradakı əhalinin bərabər hüquqlu yaşayışını təmin etmək üçün son status müəyyənləşənə qədər müvəqqəti razılıqların (müvəqqəti status) tətbiq edilməsi təklif edilir. Bu da öz növbəsində bölgənin hər iki (azərbaycanlı və erməni) icmalarının eyni şəraitdə və eyni hüquqlara malik olmasını və müdafiəsini təmin edəcək. Müzakirələrin müvafiq mərhələsində Dağlıq Qarabağ əhalisini təşkil edən hər iki icmaların nümayəndələri müvafiq qaydada işə qoşulacaqlar ki, onların maraqlarına toxunan məsələlərin müzakirəsində və həllində iştirak edə bilsinlər.
Bu münaqişə çərçivəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş əhalinin doğma yurd-yuvalarına qayıtmaq hüququnun tanınması prinsiplərdən biri olaraq qəbul edilsə belə, bəzi məsələləri yenə də dəqiqləşdirməli oluruq. Belə ki, münaqişənin artıq 20 illik tarixində hər iki tərəfdən öz yerlərini dəyişmək məcburiyyətində qalan əhali mövcuddur. Lakin bunların sırasında Ermənistan və Azərbaycan ərazisindən qaçqın düşmüş insanlardan başqa xüsusi, ən böyük zərər görmüş bir qrup var ki, bu da yalnız Azərbaycanda olan (işğala və etnik təmizləmələrə məruz qalan tərəf olduğuna görə) və sayı 700 minə çatan məcburi köçkünlər qrupudur. Beləliklə də, hər iki tərəfdən olan qaçqınların məsələləri qarşılıqlı əsaslarda sonrakı mərhələlərdə həll olunacaq. Lakin məcburi köçkünlərin problemləri işğalın bəlası yalnız Azərbaycanın üzərinə düşdüyünə görə birtərəfli xarakter daşıyır. Burada erməni tərəfinin bu problemi nə iləsə tarazlaşdırmaq səyləri konstruktiv deyil və qəbul edilməzdir. İşğal olunmuş torpaqlar boşaldılmalı, məcburi köçkünlər geri qayıtmalıdırlar və burda sırf geri qayıtma hüququnu tanımaq kifayət etməz. Onların qayıtması bir öhdəlik kimi Ermənistan tərəfindən təmin olunmalıdır. Bu məsələ xüsusi ilə Dağlıq Qarabağ regionundan qovulmuş azərbaycanlılara aiddir ki, onların bu bölgəyə geri qayıtması hər şeydən əlavə xüsusi hüquqi və siyasi çəkiyə malikdir. çünki yalnız onların qayıtması Qarabağda baş vermiş etnik təmizləmənin nəticələrini aradan götürmüş və statusun müəyyənləşməsi üçün obyektiv şəraiti yaratmış olacaq. Belə yanaşma həm beynəlxalq hüququn norma və prinsipləri nöqteyi-nəzərindən həm də etik normalar və humanist dəyərlər baxımından imperativ xarakter daşıyır.
Münaqişənin həll edilməsində önəmli amillərdən biri yolların və sərhədlərin açılması olacaq ki, burada birinci prinsip - bütün yollar və sərhədlər eyni vaxtda açılmalı, ikinci prinsip - onların açılması yalnız torpaqlar işğaldan azad olunduqdan sonra mümkündür. Xüsusi ilə bunu Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına bağlı olaraq qeyd etməliyik ki, bu sərhəddin açılması birtərəfli formada həyata keçirilsə, torpaqların işğaldan azad edilməsi məsələsini ləngidəcək və beləliklə, Azərbaycanlıların Dağlıq Qarabağ və ətraf bölgələrə qayıtmasını əngəlləyəcək. Konstruktiv formada düşünərkən Türkiyənin Ermənistanla sərhədinin açılmasını münaqişənin həllində bir element kimi torpaqların işğaldan azad olunması və yolların, xüsusi ilə Laçın yolunun bütün tərəflərin istifadəsinə verilməsi ilə bir yerdə həyata keçirilməsini təklif edirik. Belə bir prinsip indiki mərhələdə qəbul və təsdiq olunmalıdır. Bu edilmədən indiki şəraitdə münaqişənin həlli prosesi daha da çətinləşəcək”.
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16

