/ / Astanada keçirilən beynəlxalq konfransda seçkilərdə müasir texnologiyalardan istifadədə Azərbaycan təcrübəsindən danışılıb
Astanada keçirilən beynəlxalq konfransda seçkilərdə müasir texnologiyalardan istifadədə Azərbaycan təcrübəsindən danışılıb
02.11.2018 [09:36]
Qazaxıstanın paytaxtı Astanada “Seçkilərdə müasir texnologiyaların rolu: standartların təkmilləşdirilməsi, ictimai etimad” mövzusunda beynəlxalq konfrans və sərgi keçirilir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının yaradılmasının 25 illiyinə həsr edilən konfransda Azərbaycanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Beynəlxalq konfransda bildirilib ki, Qazaxıstan Azərbaycanın seçki prosesində müasir texnologiyaların tətbiq olunması təcrübəsindən istifadə edir. Demokratiyanın əsas göstəricilərindən biri olan seçki sisteminin təkmilləşdirilməsi istiqamətində Azərbaycan mühüm nailiyyətlər əldə edib.
Qazaxıstan, Rusiya, Latviya, Litva, Türkiyə, Tacikistan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Hindistan və digər ölkələrin Mərkəzi Seçki komissiyalarının rəhbərlərinin qatıldıqları tədbirdə Məzahir Pənahov “Seçkilərdə müasir texnologiyadan istifadə: Azərbaycan təcrübəsi” mövzusunda çıxış edib. Sədr bildirib ki, Azərbaycan bu sahədə çox ciddi islahatlar apararaq əhəmiyyətli nəticələr əldə edib. Belə ki, islahatlar zamanı inkişaf etmiş demokratik ölkələrin təcrübəsi öyrənilib, bununla bağlı ölkəmizdə hüquqi çərçivə yaradılıb, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənib, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə imkanları artırılıb.
MSK sədri konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın seçki sisteminin təkmilləşdirilməsində əsas islahatlar 2000-ci ildə başlanılıb. Bu, ölkədə Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yaradılmasına səbəb olub. Bu islahatlar seçkilərin şəffaflığı və aşkarlığının təmin edilməsinə, seçki subyektlərinin hüquqlarının qorunmasına, müxtəlif seçki subyektləri və aşağı seçki komissiyalarının sistemli fəaliyyətinin həyata keçirilməsinə, seçki kampaniyalarında namizədlər üçün bərabər şərait yaradılmasına gətirib çıxarıb.
Konfrans iştirakçılarına “Azərbaycan Respublikasının inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları üzrə milli strategiya” adlı Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı ölkədə məlumatlı cəmiyyət qurmaq üçün müvafiq hüquqi çərçivə yaradılmasından bəhs edilib. Bildirilib ki, tətbiq edilən dövlət proqramları və islahatlar nəticəsində Azərbaycanda elektron hökumət qurulub, internet resursları genişlənib, informasiya təhlükəsizliyi problemlərinin həlli üçün bir sıra digər vacib addımlar atılıb. Bütün bunlar isə ölkədə seçki proseslərində elektron vasitələrdən istifadənin genişləndirilməsinə təkan verib.
Tədbirdə digər çıxış edənlər də ölkələrinin seçki təcrübələri ilə bağlı məruzələrində seçki prosesinin təkmilləşdirilməsində elektron xidmətlərin əhəmiyyətini xüsusi qeyd ediblər.
Konfransda Dünya Seçki Təşkilatları, Avropa Seçki Təşkilatçıları və Asiya Seçki Qurumları assosiasiyalarının nümayəndələri və üzvləri, 14 xarici ölkənin seçki idarəetmə orqanlarının rəhbərləri iştirak edirlər.
Noyabrın 2-də tədbirin yekununda Azərbaycanın və Qazaxıstanın Mərkəzi Seçki komissiyaları arasında Anlaşma Memorandumu imzalanacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

