/ / Azərbaycanla Türkmənistan regionda sülh və təhlükəsizlik dəhlizlərinin yaradılmasına səy göstərir
Azərbaycanla Türkmənistan regionda sülh və təhlükəsizlik dəhlizlərinin yaradılmasına səy göstərir
07.11.2009 [10:59]
Türkmənistanla Azərbaycan arasında siyasi-iqtisadi, sosial-humanitar və digər sahələrdə əməkdaşlıq əlaqələri son illərdə dərinləşərək yeni mərhələyə qədəm qoyub. Hər iki ölkə siyasi və iqtisadi münasibətlərə yeni dinamizm elementləri əlavə etməklə regionda sıx dostluq və qardaşlıq dəhlizinin yaradılmasına töhfə verməkdədir. Türkmənistan respublikamızla qonşu ölkə olmaqla yanaşı, həm də türkdilli dövlət kimi iqtisadi-siyasi təmasların dərinləşməsinə görə fərqlənir.
Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın iclaslarının keçirilməsi, hökumət üzvlərinin qarşılıqlı səfərləri, əməkdaşlığın bütün bölmələrini əhatə edən protokolun imzalanması siyasi-iqtisadi əlaqələrin inkişafı üçün dərin baza yaradıb. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun respublikamıza səfəri və imzalanan sazişlər isə ölkələr arasında münasibətələrin coğrafiyasının genişlənməsinə zəmin yaradıb və tərəflərin hər bir sahədə qarşılıqlı əməkdaşlığa başlamaq təşəbbüsləri öz bəhrəsini verməkdədir. Onu da qeyd etmək gərəkdir ki, Türkmənistanla Azərbaycanın münasibətlərində pozitivliyin artması Qurbanqulu Berdiməhəmmədovun prezident seçilməsindən sonrakı dövrə təsadüf edir. Yeni prezidentin rasional düşüncəyə malik olması, praqmatik və tərəfdaşları ilə qarşılıqlı maraqlara söykənən siyasət yürütməsi daha çox Azərbaycanla münasibətlərin dinamikliyinə impuls verib. Q. Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı imzalanan sazişlər iqtisadi-ticarət, sosial, siyasi və digər sahələr üzrə əlaqələrin inkişafına baza yarada biləcək sənədlər toplusu kimi qiymətləndirilə bilər.
İki ölkənin münasibətlərində müşahidə olunan əsas yenilik rəsmi Aşqabadın Xəzərin indiyədək mübahisə predmeti olan neft və qaz yataqlarının işlənməsi və Xəzərin hüquqi statusunun həll olunması ilə bağlı təklifləri dəstəkləməsi ilə bağlıdır. Türkmənistan Xəzərin hüquqi statusunun müəyyən edilməsi sahəsində danışıqlarda pozitiv mövqye nümayiş etdirir və bu istiqamətdə müəyyən irəliləyişlər nəzərə çarpmaqdadır. ölkələr arasında yaxınlıq dənizin statusunun həllində tərəflərin ortaq məxrəcə gəlməsinə ümidləri artırır. Artıq hər iki tərəfin hökumət nümayəndələrinin yüksəksəviyyəli görüşləri, diplomatik nümayəndəliklər səviyyəsində çoxtərəfli müzakirlər, Türkmənistanın hökumət rəsmilərinin ölkəmizə ardıcıl səfərləri bütün məsələlər üzrə əməkdaşlığın dərinləşməsinə baza yaratmış olur.
Azərbaycan və Türkmənistanın sıx tərəfdaşlığı “TransXəzər” qaz kəmərinin çəkilişi üçün də geniş perspektivlər açır. Türkmənistanın enerji ehtiyatlarının Xəzərin dibi ilə keçən kəmər vasitəsilə Avropaya nəqli bu bölgədə təhlükəsizlik dəhlizlərinin daha da genişlənməsinə imkan yaradır. Türkmənistan bundan başqa, öz neftini regionun ən nəhəng tranzit olan Şərq-Qərb dəhlizi-Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac etmək imkanı qazanır. Məsələ ondadır ki, türkmən neftinin BTC vasitəsilə nəqli daha sərfəlidir. Hər iki türkdilli ölkənin enerji sahəsində əməkdaşlığı gücləndirməsi onların timsalında Xəzər regionunda müttəfiqlik formatının yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Qazaxıstanın da Azərbaycanla ən sıx təmaslara malik olması və qardaşlıq əlaqələrini möhkəmləndirməsi türk iqtisadi birliyinin Avropadan Asiyaya doğru geniş miqyas almasına əlverişli zəmin yaradır. Xəzər regionunda türkdilli dövlətlərin dərin inteqrasiyasının təməllərinin qoyulması reallaşmaqdadır. Beləliklə, Xəzərin enerji ehtiyatlarının Avropya nəqlində Bakı-Aşqabad-Astana konsorsiumunun yaradılması region üçün mühüm geosiyasi məzmun kəsb etməklə bərabər, Xəzərin karbohidrogen resurslarının Qərbə nəqlinə təminat verərək bölgədə təhlükəsizlik dəhlizinə çevrilmiş olacaq.
Türkmənistanın Azərbaycanla müttəfiqliyi digər beynəlxalqmiqyaslı layihənin-Trans-Avropa-Asiya fiber optik layihəsinin reallaşmasına əlverişli imkan yaradır. Xəzər dənizinin dibi ilə çəkilən magistral Türkmənistan üçün mühüm əhəmiyyət daşıyır və rəsmi Aşqabad layihəyə qoşulmaqla Mərkəzi Asiyanın rabitə qapısına çevrilə bilər. Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəstəklədiyi transmilli magistral fiper optik kabel xəttinə Türkiyənin də marağı böyükdür. Türkiyə Trans-Avropa-Asiya magistralının informasiya resurslarının perspektivlərini yüksək dəyərləndirir və layihənin başa çatdırılması üçün konsorsium yaradılmasını təklif edir. Azərbaycan üçün daha böyük əhəmiyyətə malik fiber optik kabelin həyata vəsiqə alması Orta Asiyadan gələn trafiklərin respublikamızın üzərindən keçməklə transkontinental şəbəkənin yaranmasına səbəb olur ki, bununla da Azərbaycan bu magistraldan ən çox istifadə edə bilən ölkəyə çevrilir.
Azərbaycan və Türkmənistan humanitar sahələrdə, mədəniyyət, təhsil, səhiyyə, turizm, elm, incəsənət və digər sahələrdə də birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün müvafiq addımlar atmaqdadır. Məsələn, bugünlərdə Türkmənistanda Azərbaycan mədəniyyəti günləri keçirilir. Sözügedən tədbirin iştirakçılarına ünvanladığı təbrik nitqində prezident Q.Berdiməhəmmədov Türkmənistanla Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib. Onun sözlərinə görə, Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ölkələrimizin çoxşaxəli əməkdaşlığının və mədəni əlaqələrinin böyük gələcəyinin olduğunu təsdiqləyir. Bir sözlə, iki ölkə arasında reallaşdırılan layihələr bölgədə dərin əməkdaşlıq formatının, sülh və təhlükəsizlik dəhlizlərinin möhkəmlənməsinə xidmət edir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

