ATƏT PA-nın iclasında Azərbaycan nümayəndə heyətinin təklif etdiyi düzəliş qəbul olunub
09.07.2019 [10:28]
Lüksemburqda İsveçrə nümayəndə heyətinin başçısı Marqareta Kiner Nellenin sədrliyi ilə ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclası keçirilib. AZƏRTAC-ın xəbər verdiyi kimi, iclasda Azərbaycan qanunverici orqanının nümayəndə heyətinin başçısı, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Komitə üzvlərinin mühakiməsinə Kiprdən olan deputat Kiriakos Hadjiyanninin hazırladığı və təklif etdiyi qətnamə layihəsi çıxarılıb.
Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və Azərbaycan icmaları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında birgə yaşaya bilərlər və yaşamalıdırlar. Bu, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin 20 faizinin işğaldan azad edilməsindən sonra mümkündür. T.Mirkişilinin sözlərinə görə, işğal faktı və etnik təmizləmə siyasəti beynəlxalq hüquqa ziddir və insan hüquqlarını pozur.
Azərbaycan nümayəndə heyətinin başçısı Bahar Muradova münaqişə zonası ilə bağlı 33-cü maddəyə 15-ci düzəlişi etməyi və təkcə münaqişə zonalarında deyil, həmçinin münaqişələrdən və doğma torpaqlarının işğalından əziyyət çəkən şəxslərin nəzərə alınmasını təklif edib. İclasın sədri və layihənin müəllifi, habelə deputatların iştirakı ilə ardıcıl davam edən məsləhətləşmələrin gedişində və Azərbaycan nümayəndə heyətinin başçısının inandırıcı əsaslandırması nəticəsində konsensus əldə edilib. Bundan sonra B.Muradovanın qətnamə layihəsinə təklif etdiyi düzəliş səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub.
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

