Ekoloji tədris proqramı çərçivəsində məktəblilər Şirvan Milli Parkı ilə tanış olublar
14.06.2016 [10:23]
IDEA İctimai Birliyi ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin məktəblərdə başladığı “Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramı davam edir.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, proqram çərçivəsində biomüxtəliflik və onun qorunması ilə bağlı növbəti təlim məktəblərdə fəaliyyət göstərən “Eko-klub”larının 50 üzvünün iştirakı ilə Şirvan Milli Parkında təşkil edilib. Təlim zamanı şagirdlərə ölkəmizin zəngin faunası, biomüxtəlifliyə təsir edən amillər, aqrobiomüxtəliflik və onun əhəmiyyəti, Azərbaycanın “Qırmızı kitabı”, canlı aləmin təbiətdə və insan həyatında rolu, IDEA İctimai Birliyinin Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi ilə bağlı həyata keçirdiyi geniş layihələr barədə ətraflı məlumat verilib. Həmçinin təlimdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə təsis edilmiş “Böyük beşlik - qonur ayı, imperial qartal, boz canavar, ceyran və Qafqaz bəbiri” konsepsiyası, “Ceyranların Qafqazdakı tarixi yerlərinə reintroduksiyası” proqramı və “Azərbaycanda bəbirlərin sayının bərpa edilməsi” layihəsinin əhəmiyyətindən danışılıb.
Sonra məktəblilər Şirvan Milli Parkının ərazisi ilə yaxından tanış olublar. Onlar, eyni zamanda, biomüxtəlifliklə bağlı interaktiv çalışma, qrup şəklində iş yerinə yetiriblər, o cümlədən viktorinalara cəlb olunublar. Təlim iştirakçıları, həmçinin Şirvan Milli Parkının ərazisində müşahidə olunan fauna növləri, xüsusilə ceyranların həyat tərzi, yayıldığı ərazilər, təbiətdəki rolu və növün mühafizə işləri haqqında məlumatlandırılıblar.
Cari dərs ili müddətində “Ətraf mühiti birgə qoruyaq” proqramı çərçivəsində Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən “Eko-klub”ların üzvləri üçün ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, meşə ekologiyası, ekoloji yaşıl turizm və s. kimi mövzuları əhatə edən təlimlər təşkil olunub. Növbəti dərs ilindən etibarən təlimlərin Bakı şəhəri üzrə digər orta məktəblərdə fəaliyyət göstərən “Eko-klub” üzvləri üçün davam etdirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

