Ölkəmizdə fikir, söz və mətbuat azadlığının təmin olunması mühüm prioritetlər sırasındadır
31.01.2018 [10:06]
Azərbaycanda azad mətbuatın inkişafı dövlətin diqqət mərkəzindədir
Demokratik inkişaf yolunda irəliləyən Azərbaycanda fikir, mətbuat, söz azadlığının qorunması prioritetlər sırasındadır. Məlumdur ki, müasir dövrdə siyasi sistemin vəziyyətini, demokratikləşmə səviyyəsini müəyyən mənada informasiya axını müəyyənləşdirir. Bir çox hallarda siyasi münasibətlərin media sferasına daşınması nəticəsində informasiya funksiyasını dəyişərək siyasi proseslərin inkişafının əsas faktoruna çevrilir. Fikir, söz və məlumat azadlığının, plüralizmin təmin olunması insan hüquq və azadlıqlarının mühüm şərti olmaqla, cəmiyyətdə informasiya axınının sərbəstliyini təmin edir.
Müstəqilliyin ilk dövrlərində bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda yüksək nailiyyətlər əldə edib. Xatırladaq ki, hələ 1993-cü ildən etibarən ölkədə baş verən sosial-siyasi dəyişikliklər, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi, iqtisadi, sosial və digər sahələrdə struktur islahatları Azərbaycanda yeni siyasi-iqtisadi formasiyaya keçidi sürətləndirdi. Bu isə onu deməyə əsas verir ki, ölkəmiz demokratik inkişaf yoluna məhz Ulu öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Ulu öndərin birbaşa rəhbərliyi ilə hazırlanan və 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının, qanunun aliliyinə əsaslanan dövlət quruculuğunun möhkəm hüquqi təməlinə çevrildi. Burada təsbit olunan vətəndaşların genişspektrli hüquq və azadlıqları Azərbaycanın demokratiya quruculuğu sahəsində inamlı mövqeyini ortaya qoydu. Beləliklə, Konstitusiyanın müddəalarında əksini tapan fikir, söz, vicdan azadlıqlarının, sərbəst toplaşmaq hüququnun reallığa tətbiqi sayəsində Azərbaycanda fikir plüralizmi, siyasi mövqe müxtəlifliyi təmin olunub. Konstitusiyanın 50-ci maddəsində əksini tapan hər kəsin ölkəmizdə siyasi plüralizmin bərqərar edilməsi şəraitində söz və mətbuat azadlığının təmin olunması, demokratik və azad medianın formalaşdırılması məqsədilə qanunvericilik səviyyəsində mühüm addımlar atılıb.
1998-ci ildə kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının ləğv olunması azad mətbuata keçidi şərtləndirən ən vacib addımdır. Bununla da Azərbaycan müasir, azad, demokratik, plüralist dövlət quruculuğu sahəsində iradəsini açq şəkildə ortaya qoymuş oldu.
KİV-lərin hazırkı fəaliyyəti 2000-ci ildə qəbul edilmiş “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzim olunur. Bu qanunun müvafiq maddələri informasiya vasitələri və onlara rəhbərlik edən vəzifəli şəxslərlə bağlı məsuliyyət məsələlərinə aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. Sözügedən qanuna 2002-ci ildə Milli Məclis tərəfindən müəyyən dəyişikliklər edildi. Bu dəyişikliklərdən ən başlıcası KİV-lərin qeydiyyatı ilə bağlı məsələlər idi. Nəticədə, mətbu orqanların dövlət qeydiyyatını ehtiva edən maddələr yumşaldıldı. Xüsusi qeyd olunmalıdır ki, bu dəyişikliklərin həyata keçirilməsindən sonra KİV-lərin qeydiyyatı ilə əlaqədar bütün problemlər birmənalı şəkildə aradan qaldırılmışdır.
2003-cü il martın 15-də isə müstəqil Azərbaycan jurnalistlərinin I Qurultayı keçirildi. Qurultayda 200-dən çox mətbuat orqanı iştirak etdi və Mətbuat Şurasının Nizamnaməsi, Jurnalistlərin Peşə Davranışı Kodeksi, şikayətlərə baxılma qaydaları, eləcə də digər məsələlər müəyyən olundu və sənədlər qəbul edildi. 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi” Konsepsiyası təsdiq olundu, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edildi.
Qanunların, hüquqi bazanın mövcudluğu söz və fikir azadlığı üçün lazım olan birinci şərtdirsə, onun reallıqda təmin olunması səviyyəsi bir o qədər əhəmiyyət daşıyan digər bir mühüm məsələdir. Bugünkü Azərbaycan reallığına nəzər saldıqda ölkədəki çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, müəllif rəyləri təqdim etdiyini görmək olar. KİV-dəki bu rəngarənglik, əslində, demokratiyanın çox vacib şərti olan fikir plüralizminin bir göstəricisidir. Cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlanması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacibdir. Fikir çoxluğu insanlara cəmiyyət içərisində, həmçinin mətbuatda müxtəlif məsələlərə fərqli yanaşmalar sərgiləməyə imkan verir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev vətəndaşların ən müxtəlif hüquq və azadlıqlarının qorunmasına böyük diqqət yetirir. Dövlət başçısının çıxışlarının birində söylədiyi kimi: “Bizdə mətbuat azadlığı, vicdan azadlığı, bütün siyasi azadlıqlar var”.
Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır. Bununla da cəmiyyətin nəinki siyasi həyatında, eləcə də bütün sahələrdə aparıcı vasitəyə çevrilir.
Demokratiya və söz azadlığının göstəricisi olaraq, bu gün Azərbaycanda müxtəlif siyasi mövqeli partiyalar, QHT-lər, çoxlu sayda müstəqil və müxalifyönlü mətbuat orqanları fəaliyyət göstərir. Demokratik əsasda keçirilən seçkilər vasitəsilə vətəndaşlar ölkənin idarə olunmasında iştirak edən real qüvvəyə çevriliblər. Bir sözlə, yaradılmış demokratik və plüralist siyasi mühit ölkədə siyasi mədəniyyətin formalaşmasına, siyasi mübarizənin sivil formalarının genişlənməsinə şərait yaradır.
Xatırladaq ki, bu ilin yanvar ayında Prezident İlham Əliyev növbəti dəfə qatıldığı Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində iştirak etdiyi “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasda bir çox mövzularla yanaşı, söz azadlığı məsələsinə də toxunub. Dövlət başçısı Azərbaycan vətəndaşlarının ən müxtəlif demokratik hüquq və azadlıqlarının təmin olunmasından geniş bəhs edib: “Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir”.
Ölkədə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlərin reallaşması istiqamətində ötən əsrin 90-cı illərindən etibarən BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, habelə, aparıcı dövlətlərin təcrübəsindən istifadə olunur. Azərbaycanın insan haqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsinin və Avroatlantik qurumlarla konstruktiv əməkdaşlığının göstəricisi kimi, insan hüquqları sahəsində islahatların həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinə, xüsusən də beynəlxalq təşkilatlarla münasibətlərinə böyük təsir göstərib.
Bundan əlavə, bələdiyyələrin, milli ombudsman aparatının yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də digər bu kimi addımlar Azərbaycanda hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Bu mənada, yaxınlaşmaqda olan növbəti prezident seçkilərinin Azərbaycanda demokratiyanın növbəti bariz göstəricisi və nümunəsi kimi tarixə daxil olacağını gözləmək olar.
Digər azadlıqlarla yanaşı, Azərbaycanda vicdan azadlığı da təmin olunub. Bu səbəbdən də ölkəmizdə müxtəlif dinlərin nümayəndələri özlərini sərbəst hiss edirlər. Hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşımaqla bərabər, xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə müəyyənləşdirilir. Qeyd edək ki, Azərbaycandakı tolerant mühit, sosial sabitlik beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir. Ölkəmizdəki stabil çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq mühiti, dövlət-din münasibətlərinin qurulması bir çox xarici ekspertlər, dövlət rəsmiləri tərəfindən nümunəvi model kimi qiymətləndirilir. Bu da Azərbaycanda plüralizmin ən müxtəlif sahələrdə təmin olunmasının təsdiqidir.
Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasının, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Son illərdə korrupsiyaya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir.
Demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, vətəndaş cəmiyyəti quruculuğu prosesi ölkədə uğurla irəliləyir. Bu gün Azərbaycanda sürətlə çoxalan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı dövlətin artan dəstəyini hiss edir. Azərbaycanda QHT-lərin fəaliyyətinə verilən önəmin bariz göstəricilərindən biri bəzi dövlət strukturlarının müxtəlif tədbirlərin həyata keçirilməsində onlarla əməkdaşlıq etməsidir.
Müasir dövrdə hesab olunur ki, ölkənin sosial-iqtisadi inkişaf göstəriciləri də insan hüquq və azadlıqlarının qorunması səviyyəsi ilə düz mütənasiblik təşkil edir. Çünki məhz rifah halının yüksək olduğu cəmiyyətlərdə insanların ictimai-siyasi fəallığı, şəxsi hüquq və azadlıqlar barədə informasiyalılıq səviyyəsi daha yüksək olur. Bu baxımdan, Azərbaycanda son illərin inkişafı ölkədə demokratiya prinsiplərinin möhkəmlənməsinə əlverişli zəmin yaradıb.
Azərbaycanın sosial-iqtisadi uğurlarını aparıcı beynəlxalq qurumların müvafiq hesabatarı və qiymətləndirmələri də təsdiqləyir. Belə ki, dövlət başçısının Davos Forumunda da söylədiyi kimi, Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir. Davos Forumunun bu yaxınlarda siyasətçilərə inamla bağlı yaydığı yeni hesabatında Azərbaycan 20-ci yerdədir. Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu gün beynəlxalq səviyyədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin ən uğurlu nümunələrindən biridir.
Zahid İLHAMOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

