Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nadir Mirzəyev: Sumqayıt hadisələrində təqsirləndirilən Qriqoryanın Rusiyada olması barədə məlumatlar var

Nadir Mirzəyev: Sumqayıt hadisələrində təqsirləndirilən Qriqoryanın Rusiyada olması barədə məlumatlar var

23.02.2018 [10:09]

Sumqayıt hadisələrində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Eduard Qriqoryanın Rusiyada olması barədə məlumatlar var.
Trend-in məlumatına görə, bunu Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə İstintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev deyib.
O bildirib ki, 27-29 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçısı olmuş E.Qriqoryanın Rusiyada olması barədə məlumatlar var: “Bununla bağlı müvafiq olaraq müraciət etmişik, lakin hələlik bir nəticə yoxdur”.
Qeyd edək ki, 09.02.2015-ci il tarixdə E.Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31