Masallıda “Azərbaycan kino incəsənəti” mövzusunda mühazirə keçirilib
24.04.2018 [09:39]
Aprelin 20-də Masallı şəhərindəki “ASAN həyat” kompleksinin nəzdindəki Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan kino incəsənəti” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət Xadimi Rafiq Quliyevin mövzu ilə bağlı mühazirəsi dinlənilib.
Milli kinonun yaranmasının, onun tərəqqisinin ölkələrin inkişaf tarixi ilə sıx bağlı olduğunu vurğulayan R.Quliyev bu sənətin Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəllərində sürətli iqtisadi, sosial-mədəni yüksəliş dövründə meydana gəldiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ilk Bakı fotoqraflar dərnəyinin yaradıcısı Aleksand Mişonun 1898-ci ildə çəkdiyi və həmin ilin avqust ayının 2-də nümayiş etdirilən “Bibiheybət neft mədənlərində yanğın”, “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsində sübh çağı” və digər sənədli, eləcə də “İlişdin” adlı bədii süjetlərlə fəaliyyətə başlayan Azərbaycan kinosu qısa müddətdə milli mədəniyyətin, sosial həyatın ayrılmaz tərkib hissəsinə çevrildi.
Həmin dövrdə “Bismillah”dan “Almaz”a qədər səssiz filmlərin çəkilişi Azərbaycanın kino incəsənətində realist üslubun göstəricisi idi. 1925-1936-cı illərdə lentə alınmış “Bismillah”, “Sevil”, “Gilan qızı”, “İsmət”, “Lətif”, “Almaz” və digər səssiz filmlərin, Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanovun kinoya gəlişi, 1939-cu ildə çəkilən “Kəndlilər” filminin uğur qazanması məhz bu amillə bağlıdır.
Mühazirədə bildirilib ki, İkinci Dünya müharibəsində çəkilən filmlərin azlığına baxmayaraq, Azərbaycan kinosunda sənədli filmlərin çəkilişinə daha çox yer verilirdi. 1940-1960-cı illərdə “Arşın mal alan”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Ögey ana”, “Əhməd hardadır?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” bədii filmləri ekranlara çıxdı. Ötən əsrin 60-70-ci illərində Azərbaycan kinosuna yeni nəslin gəlməsi ilə bu sənət sahəsinin yeni inkişaf dövrü başlandı.
Diqqətə çatdırılıb ki, keçən əsrin 90-cı illərində SSRİ dağılsa da, dövlətin himayə etdiyi kinematoqrafiya fəaliyyətini davam etdirdi. “Özgə vaxt”, “Yarasa”, “Hər şey yaxşılığa doğru”, “Nabat”, “Çölçü”, “Çövkən” və digər filmlər beynəlxalq festivallarda uğurlar qazanaraq kinomuzun müasir görkəmini dünya tamaşaçısına sərgilədi və Azərbaycanı bütün dünyaya tanıtdı.
Mühazirə dinlənildikdən sonra “Çövkən” sənədli filmi nümayiş etdirilib. “Salnamə” kinostudiyasında lentə alınmış filmin ssenari müəllifi və rejissoru Əməkdar İncəsənət Xadimi Rafiq Quliyevdir. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

