“Hakan Foods” MMC təmizlik və halallıq ünvanıdır
08.05.2018 [12:01]
Yaxud 2001-ci ildən “Kral” markası altında istehsala başlayan şirkətin prioriteti insanları halal və ekoloji təmiz ət məhsulları ilə təmin etməkdir
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası nəticəsində ölkəmizdə ət məhsulları istehsalı sektorunun hərtərəfli dəstəklənməsi və onun daha da genişlənməsi üçün əlverişli mühit yaradılıb. Elə bunun məntiqi yekunudur ki, son illər ərzində Azərbaycanda halal, təmiz və ekoloji sağlam ət məhsulları istehsal edilir. Məhz ölkəmizin ət və ət məhsulları istehsalı sektorunda aparıcı mövqeyə malik olan şirkətlərdən biri də “Hakan Foods”dur.
Qeyd edək ki, “Hakan Foods” MMC müstəqil təsərrüfat subyekti olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericilik aktlarına və Nizamnaməyə müvafiq olaraq 2001-ci ildən “Kral” markası altında ekoloji təmiz kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalına başlayıb.
İstehsal müəssisəsinə media-tur təşkil edən şirkət prezidenti Yavuz Həsənov jurnalistlərlə görüşündə bildirib ki, “Hakan Foods” MMC təmizlik və halallıq ünvanıdır. Məhz 2001-ci ildən “Kral” markası altında istehsala başlayan şirkətin prioriteti insanları halal və ekoloji təmiz ət məhsulları ilə təmin etməkdir.
Yavuz Həsənov jurnalistlərə son illərin məhsul və istehsalat yenilikləri barədə informasiya verib.
“Hakan Foods” MMC 1,2 hektar ərazidə yerləşir. Şirkətin kompleksinə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya, ət məhsulları istehsalı sahələri, soyuducu anbarlar, daşıma sistemləri daxildir. Ət məhsullarının istehsalı üçün idxal olunan qida məhsullarının bir qismi soyuducu anbarlarda saxlanılır. Şirkətin günlük istehsal gücü 20 tona qədər olan istehsal sahəsi var.
İstehsal olunmuş məhsullar tamamilə halal olduğundan İslam ölkələrinə ixrac edilirdi. Lakin son illərdə İraqda, Suriyada baş verən müharibələr səbəbindən məhsul ixracı böyük risklərlə qarşılaşmaqdadır. Bu gün, eyni zamanda, “Kral” markası ilə istehsal olunmuş ət məhsullarının dünyanın digər ökələrinə də ixrac olunması prosesi üzərində işlər gedir. Əlbəttə ki, şirkətin əsas məqsədlərindən biri “Made in Azerbaijan” brendi altında dünya bazarına çıxmaqdır. Onu da diqqətə çatdıraq ki, “Kral” ət məhsulları bu günə qədər onlarla beynəlxalq və yerli sərgilərdə iştirak edib, dəfələrlə məhsulların keyfiyyətinə görə diplomlar, medallar və sertifikatlarla təltif edilib.
“Hakan Foods” MMC təxminən 42 adda kolbasa və sosiska məhsulları istehsalı üçün “Halal Qida” Dövlət Standartı üzrə uyğunluq və gigiyenik sertifikatlarına layiq görülüb. İllik istehsal gücü 2500 tona çatan ət emalı sahəsində müxtəlif çeşidlərdə məhsul istehsal edilir. Ən maraqlısı da odur ki, “Kral” markası altında istehsal olunan ət məhsullarına Azərbaycanın qədim və tarixi diyarlarının, şəhərlərinin adları verilib. “Zəngəzur”, “Gümrü”, “Dərələyəz”, “Vedibasar”, “Göyçə” və başqa adlarla istehsal olunan ət məhsulları yüksək keyfiyyəti ilə yanaşı, eyni zamanda, tarixi torpaqlarımıza bağlılığımızı da təlqin edir.
Yavuz Həsənov bildirib ki, ət məhsullarının istehsalı və saxlanma şəraiti ən müasir standartlara uyğundur. O, hər kəsi əmin edir ki, “Kral” məhsulları tam halaldır və bu ət məhsullarının istehsalında donuz ətindən və mənşəyi bəlli olmayan ətlərdən qəti şəkildə istifadə edilmir. İctimaiyyət də bilsin ki, şirkətin Beyləqan rayonunda fermer təsərrüfatı vardır ki, istehsal üçün ət əsasən oradan tədarük edilir.
Yüksək keyfiyyətə təminat verən amillərdən biri də məhsulların tərkibinə nəzarətdir. Şirkətin ən müasir avadanlıqla təchiz olunmuş Mərkəzi Laboratoriyası var. Laboratoriyada ayrıca həkim mikrobioloq, eləcə də fiziki-kimyəvi müayinə otaqları mövcuddur. Hətta şirkətin laboratoriyası dövlət nəzarətindədir və xüsusi sertifikat alıb. Yəni bu laboratoriyada istənilən məhsulun tərkibi və keyfiyyəti yoxlanıla bilər. Bununla yanaşı, dini qaydalarımıza uyğun olaraq kəsilmiş heyvanlar baytarlar tərəfindən yoxlanılır, möhür vurulur, sənədləşdirmə işləri aparılır və sənədlərlə birlikdə ət şirkətə daxil olur. Kolbasanın tərkibinə vurulan qatqıların bir hissəsi isə idxal olunur.
Yavuz Həsənov diqqətə çatdırıb ki, mütəmadi olaraq ictimai yoxlamalar da təşkil edilir, vətəndaşlar, qida sənayesi üzrə təhsil alan tələbələr bütün istehsalat prosesini öz gözləri ilə görə bilirlər. Bildirib ki, şirkətin məqsədi keyfiyyətli məhsullar istehsal edib insanlara çatdırmaqdır. Hazırda “Kral” markası altında istehsal olunan ət məhsulları ilə əlaqədar uduş kampaniyasına da start verilib. Bununla “Hakan Foods” şirkəti insanlara sağlam, ekoloji təmiz və halal ət məhsullarını təqdim etməklə, onların qiymətli hədiyyələr əldə etməsinə də şərait yaradır.
Media-tur zamanı bütün istehsal prosesi ilə, o cümlədən məhsulun ilkin hazırlanması, kolbasa və sosislərin istehsalı, bir sözlə, bütün işlərlə yaxından tanış olan jurnalistlər “Kral” markası ilə istehsal olunan məhsullardan da daddılar. Gəlinən qənaət o oldu ki, “Kral” ət məhsullarının istehsalı tamamilə müasir texnika və texnologiya əsasında, təmiz şəraitdə və halal olaraq istehsal olunur. İstehsalın əksər hissəsi isə avtomatlaşdırılıb və əsasən alman texnologiyasından istifadə edilir.
Göründüyü kimi, “Hakan Foods” MMC-nin “Kral” markası altında istehsal etdiyi ət məhsulları tamamilə təmiz, halal və ekoloji təmizdir. Jurnalistlər canlı olaraq “Kral” ət məhsullarının istehsalı prosesini izlədilər. Bunun əyani şahidi olmaq istəyənlər də ictimai yoxlamalardan istifadə edib halal ət məhsulları istehsalı prosesini gözləri ilə görə bilərlər. Sonrakı məsələ isə “Kral” ət məhsullarını almaq, dadmaq və qiymətli hədiyyələr qazanmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

