Yeni nəşr: İctimai və humanitar elmlərin, efir məkanının problemləri haqqında düşüncələr
11.01.2020 [11:16]
İndi cəmiyyətimiz qarşısında, ilk növbədə, elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində yenicə çapdan çıxmış “İctimai və humanitar elmlərin, efir məkanının problemləri haqqında düşüncələr” kitabında yer alıb. Kitab iki aktual mövzudan bəhs edir: “İctimai və humanitar elmlər: zaman kontekstində baxış”, “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr”.
Bu gün Azərbaycan dövlətinin çox uğurlu sosial-iqtisadi siyasət həyata keçirdiyini, yeniləşmə prosesinin ölkə həyatının bütün sahələrini əhatə etdiyini, o cümlədən elmin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm qərarlar qəbul edildiyini vurğulayan müəllif elmi elitanın həyata keçirəcəyi strateji planların mahiyyətini açıqlayaraq aktual istiqamətləri diqqətə çatdırıb. Akademik yazır: “Bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar əməyi dayanır. Artıq politoloji tədqiqatlarda “Azərbaycan modeli” haqqında fikirlər səslənir”. Alim bu qənaətə gəlir ki, inkişafın belə bir zamanında önləyici proqnozlar sistemini müəyyənləşdirmək üçün işlər görülməlidir. Milli elm infrastrukturunun formalaşması üçün dövlətə konkret konsepsiya təqdim edilməlidir. Bu, dünya elminin insanlara, elmə və təhsilə münasibətdə irəli sürdüyü standartlara cavab verən bir konsepsiya olmalıdır.
Azərbaycanın efir məkanında mövcud problemlər və vəzifələr barədə mülahizələrində akademik Ramiz Mehdiyev müstəqillik illərində ölkəmizdə KİV-in azad fəaliyyəti üçün hər cür şərait yaradıldığını, hüquqi bazanın olduğunu vurğulayır, milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılmasında radio və televiziyanın roluna diqqət çəkir. Onun fikrincə, bu gün televiziya kanallarımız milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı və digər sahələr üzrə keyfiyyətli maarifləndirmə proqramları nümayiş etdirmək iqtidarındadır. Bununla yanaşı, müəllif efir məkanındakı problemləri və onların qarşısını almağın yollarını da göstərib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

