Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi sahələrdəndir
29.01.2025 [15:41]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da sağlam ruhda böyümüş, ölkəyə layiqli vətəndaşlar kimi yetişmiş, yüksək intellektual səviyyə malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Bu qüvvəni formalaşdırmaq və cəmiyyətin inkişafına yönləndirmək üçün zəruri şərt, ölkədə mütərəqqi gənclər siyasətinin həyata keçirilməsidir.
Ümummilli Lider Heydər Əliyev Respublikanın ali rəhbərliyinə qayıdışından dərhal sonra gənclərlə görüş keçirdi, onların problemlərini öyrəndi və gəncləri müstəqil Azərbaycanın həyatında fəal iştirak etməyə çağırdı. O, gənclərlə görüşərkən gənclərə sağlam ruhda tərbiyə alması, əsl vətəndaş kimi yetişməsi naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Onun təşəbbüsü ilə gənclərin ümumrespublika forumlarının keçirilməsi ilə ölkəmizdə gənclər siyasəti dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bununla da müasir Azərbaycan gəncliyinin inkişafının yeni mərhələsi başlandı. Bu siyasət gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakını əhatə edirdi.
Bu gün Azərbaycan gəncləri fəal surətdə ölkədə gedən ictimai-siyasi proseslərə qoşulur, yaxşı təhsil almağa çalışır, ordu sıralarında borclarını şərəflə yerinə yetirir, yüksək idman nailiyyətləri qazanırlar. Bütün bunlar respublikamızda Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin təntənəsidir.
Hazırda bu siyasəti uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev ölkənin iqtisadi yüksəlişinin açdığı imkanlardan maksimum dərəcədə bəhrələnməyə və gələcəyimiz üçün etibarlı zəmin yaratmağa ciddi səy göstərir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin əsas hərəkətverici qüvvəsindən birinə çevrilirlər.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, bu potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Azərbaycan gəncliyi ən yüksək münasibətə layiqliyini, doğma torpaq, yurd sevgisini, cəsarət və fədakarlığını Vətən müharibəsində sübuta yetirdi. Bu müharibə böyük milli potensialımızı üzə çıxardı. Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuzun sıralarında minlərlə gəncimiz mətanətlə vuruşaraq qəhrəmanlıq salnaməsi yazdı. Onların igidliyi, haqq yolundan dönməzliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

