Bakıdan Dünyaya Güclü Strateji Mesaj
06.05.2026 [12:36]
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasi çəkisi artıq yalnız iqtisadi potensial və hərbi güclə ölçülmür. Qlobal proseslərə təsir imkanları, diplomatik çeviklik, enerji təhlükəsizliyində oynanan rol və beynəlxalq etimad faktoru dövlətlərin nüfuzunu müəyyən edən əsas meyarlara çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi kurs ölkəmizi regionun əsas geosiyasi aktorlarından birinə çevirib. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin verdiyi bəyanat da məhz bu reallığın siyasi ifadəsi kimi xüsusi diqqət çəkir.
Azərbaycan ilə İtaliya arasında münasibətlər uzun illərdir qarşılıqlı etimada əsaslanan strateji xətt üzrə inkişaf edir. Bu əməkdaşlıq təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, regional sabitlik, humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətlərin çoxşaxəli xarakterini göstərir. Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri də iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması idi. Bu isə Azərbaycanın Avropa məkanında etibarlı tərəfdaş kimi qəbul edilməsinin mühüm göstəricilərindən biridir.
Son illər Avropada baş verən enerji böhranı fonunda Azərbaycanın strateji əhəmiyyəti daha aydın şəkildə görünməyə başlayıb. Dünyada enerji təhlükəsizliyi məsələsinin prioritetə çevrildiyi bir dövrdə Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti nəticəsində ölkəmiz Avropanın enerji xəritəsində mühüm mövqeyə sahib olub. Cənub Qaz Dəhlizi layihəsi artıq təkcə iqtisadi layihə deyil, həm də geosiyasi əhəmiyyət daşıyan beynəlxalq platformaya çevrilib. İtaliyanın bu layihədə xüsusi rol oynaması isə Bakı ilə Roma arasında strateji münasibətlərin nə qədər dərin olduğunu göstərir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın tranzit və logistika imkanları ilə bağlı səsləndirilən fikirlər də xüsusi siyasi məna daşıyır. Bu gün dünya yeni nəqliyyat marşrutlarının formalaşdığı mürəkkəb geosiyasi mərhələdən keçir. Şərqlə Qərbi birləşdirən Orta Dəhliz layihəsinin aktuallığı getdikcə artır. Azərbaycan isə öz coğrafi mövqeyi və müasir infrastruktur imkanları ilə bu layihənin əsas iştirakçılarından birinə çevrilib. Son illər ərzində ölkəmizdə həyata keçirilən dəmir yolu, avtomobil yolu, hava limanı və dəniz limanı layihələri Azərbaycanın beynəlxalq yükdaşımada rolunu əhəmiyyətli dərəcədə gücləndirib.
Ciorcia Meloninin Azərbaycana səfəri həm də Avropanın Cənubi Qafqaz regionuna artan marağının göstəricisi hesab oluna bilər. Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqlar və həyata keçirdiyi uğurlu diplomatik siyasət ölkəmizin beynəlxalq çəkisini daha da artırıb. Bu gün Bakı regional təşəbbüslərin formalaşdığı əsas siyasi mərkəzlərdən biri kimi çıxış edir. Prezident İlham Əliyevin apardığı praqmatik siyasət nəticəsində Azərbaycan həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm tərəfdaş statusunu möhkəmləndirib.
Dövlət başçısının bəyanatında diqqət çəkən mühüm məsələlərdən biri də beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə verilən önəm idi. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiq mövqe nümayiş etdirib. Məhz bu prinsipial siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli dövlət imici formalaşdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət milli maraqların qorunmasını əsas prioritet kimi müəyyən edir və bu yanaşma Azərbaycanın xarici siyasətində aydın şəkildə hiss olunur.
Bugünkü mürəkkəb beynəlxalq münasibətlər sistemi dövlətlərdən çevik və uzaqgörən siyasət tələb edir. Qlobal iqtisadi risklər, enerji resursları uğrunda rəqabət, regional münaqişələr və siyasi qarşıdurmalar yeni əməkdaşlıq modellərinin yaranmasını sürətləndirir. Azərbaycan isə bütün bu mürəkkəb proseslər fonunda balanslaşdırılmış siyasət həyata keçirərək həm Şərq, həm Qərb, həm də region dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər qurmağa nail olub.
İtaliya ilə münasibətlərin inkişafı da məhz bu strateji baxışın mühüm tərkib hissəsidir. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi, enerji layihələrinin dərinləşməsi və siyasi dialoqun güclənməsi qarşıdakı illərdə yeni imkanlar yaradacaq. Prezident İlham Əliyevin bəyanatı göstərdi ki, Azərbaycan beynəlxalq tərəfdaşlıqlarını daha da genişləndirməkdə və qlobal layihələrdə fəal iştirakını artırmaqda qərarlıdır.
Azərbaycanın beynəlxalq nüfuzunun artması təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, milli maraqlara əsaslanan diplomatik kursunun və dövlətçilik prinsiplərinə sadiq liderlik modelinin nəticəsidir. Son illərdə ölkəmizin əldə etdiyi siyasi uğurlar Azərbaycanın yalnız regionda deyil, daha geniş coğrafiyada strateji əhəmiyyət daşıyan dövlətə çevrildiyini göstərir.
İtaliya Baş nazirinin Azərbaycana səfəri zamanı səsləndirilən fikirlər və aparılan müzakirələr bir daha sübut etdi ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində təşəbbüs irəli sürən, regional proseslərə təsir göstərən və qlobal əməkdaşlıq platformalarında mühüm rol oynayan dövlətlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin siyasi nüfuzunu daha da gücləndirir və Azərbaycanın gələcək inkişaf mərhələsinə yeni strateji imkanlar qazandırır.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

