Azərbaycanın regionda nəqliyyat dəhlizi kimi önəmi daha da artır
06.04.2022 [16:58]
Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi dünyaya təqdim edir. Görünən odur ki, ölkəmizdə güclü nəqliyyat-logistika infrastrukturunun formalaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələr uğurla reallaşdırılır.
Eyni zamanda beynəlxalq yüklərin daşınmasının çoxalması ölkəmizdə tranzit imkanlarının artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən xəbər verir. Çin Xalq Respublikası da bu ölkənin rəhbəri Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın tranzit imkanlarını yüksək qiymətləndirir. Bu təşəbbüsə bir neçə istiqamət daxildir ki, onlardan biri Çindən başlayıb Mərkəzi Asiya ölkələrindən, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Cənubi Avropaya uzanır. Bu baxımdan, Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri Çində böyük maraqla qarşılanır və təqdir olunur.
Qeyd etməkdə fayda var ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanda tranzit və logistika sahəsində qarşıya qoyulan vəzifələri də yeniləyib. Qarabağın və Şərqi Zəngəzurun nəqliyyat infrastrukturunun bərpası ilə yanaşı, onların beynəlxalq tranzit baxımından potensialından istifadəsini də nəzərdə tutur. Məsələn, hazırda icrası davam edən Əhmədbəyli - Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd yeni avtomobil yolu, Zəngilan Hava Limanı kimi layihələr Azərbaycanln beynəlxalq tranzitlə bağlı imkanlarını daha da artıracaq.
Mart ayında Azərbacanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumunun imzalanması isə göstərdi ki, ölkəmiz indiyə qədər görülmüş işlərlə kifayətlənmir və regionun əsas tranzit habı kimi mövqelərini daha da gücləndirmək üçün bütün imkanlardan səmərəli şəkildə yararlanır. Xatırladaq ki, anlaşma memorandumu İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını nəzərdə tutur. Daha dəqiq ifadə etsək, bu tarixi sənədin məqsədi respublikamızın əsas hissəsi ilə Naxçıvan arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək.
Qeyd edək ki, Vətən müharibəsindən sonra Ermənistanın iqtisadi böhrandan və eyni zamanda iqtisadi blokadadan çıxa bilməsi üçün tarixi zəmin yaranmışdı. Azərbaycanın öz tarixi Zəfəri ilə bölgəyə gətirdiyi yeni reallıqlar Ermənistan üçün də mühüm imkanlar açmışdı. Çünki Zəngəzur dəhlizinin yaradılması ilə bu ölkənin xarici aləmlə iqtisadi əlaqələri yaranacaqdı. Lakin ötən dövrün reallıqları göstərir ki, Ermənistan tərəfi yaranmış bu tarixi şansı da düzgün dəyərləndirməkdən uzaqdır. Hətta Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi planlaşdırmışdı. Lakin Azərbaycan-İran dostluğu və münasibətləri Ermənistanın bu planını alt-üst etdi. Daim Ermənistanı təcrid vəziyyətinə salan Azərbaycan bu dəfə də onu regionun yeni layihəsindən kənarda qoydu.
Qeyd edilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatan dövlətdir. Bu baxımdan, nəqliyyat infrastrukturunda həyata keçirilən layihələr Asiya ilə Avropanın qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi regionda önəmini daha da artırıb. İran ərazisindən keçməklə yaradılan yeni bağlantı isə respublikamızın mövqelərini daha da gücləndirəcək.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

