Nəsimi rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10.05.2022 [18:49]
Mayın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr edilmiş tədbir keçirib.Tədbir öncə Partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin büstünün ziyarət edilərək, büstün önünə gül-çiçək dəstələri qoyuldu.
Sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ulu öndərin anadan olmasının 99-cu ildönümü ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərin artıq ümumxalq bayramına çevrildiyini söyləyib. O deyib ki, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz Onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostratejimövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.
Çıxış edən Azərbaycan Tibb Universitetinin prorektoru, YAP Nəsimi rayon Ərazi Partiya Təşkilatının sədri Sabir Əliyev qeyd etdi ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki, onu çətinliklərdən çıxara bilən, ona inam verən, öz gücünə inandıran bir lideri var. Xalqın üzləşdiyi çətinliklər onun potensialını, gücünü, imkanlarını üzə çıxarmağa imkan verir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində bir fərd, bir şəxsiyyət, bir milli lider kimi özü-özünü sınaqdan çıxarmaqla yanaşı, özü ilə birgə Azərbaycan xalqını da sınaqlardan çıxardı, çətinliklərdənqurtardı, beləliklə də xalqda öz gücünə inam aşıladı. İnsanın, xalqın özünə inamı yalnız nailiyyətlər əldə edilməsinə gətirib çıxara bilər, məhz Azərbaycan dövləti, Azərbaycan xalqı, bu xalqın yetirdiyi dahi, müdrik, bizim hər birimizin qəlbində ülvi məhəbbət bəslədiyi Heydər Əliyev şəxsiyyəti kimi Ulu öndərin həyatı hər bir azərbaycanlı, xüsusilə gənclər üçün örnəkdir.
Sonra Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva bildirib ki, artıq bütün dünya qəbul edir ki, müasir Azərbaycan dövlətçiliyinin yaradıcısı Ulu öndər Heydər Əliyevdir. Onun hələ SSRİ-nin tərkibində olduğumuz vaxtlarda Azərbaycanda gördüyü işlər, genişmiqyaslı fəaliyyəti bu gün Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasını təmin edib. Ölkəmizdə hansı sahəyə nəzər salsaq görərik ki, onun əsası Ulu öndər tərəfindən qoyulub.
Daha sonra Bədii Qiraət üzrə respublika birincisi, Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Firuzə İsmayıl “Ulu Öndər Heydər Əliyev” şeirini səsləndirdi.
Tədbir Partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələrinin təqdim olunması mərasimi ilə başa çatdı.
Sonda partiya sıralarında qəbul edilmiş Vətən müharibəsi qazisi Quluzadə Kamalın atası Teyyub QuliyevPartiya sıralarına daxil olduğu üçün böyük fəxr hissi duyduğunu və partiya rəhbərliyinə dərin təşəkkürünü bildirdi.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

