YAP Kəlbəcər Rayon Təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib
07.06.2022 [11:11]
Tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan bəhs edib. O, partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.
“Yeni Azərbaycan Partiyasının VII Qurultayı tarixi məqama – torpaqlarımızın işğaldan azad edildiyi bir vaxtda təsadüf etdi. Partiya Azərbaycanın ən ağır günlərində yarandı. Bu gün isə müstəqil, qüdrətli, qalib Azərbaycanda növbəti qurultay keçirildi”.
Millət vəkilinin sözlərinə görə ölkə Prezidenti YAP sədri İlham Əliyev qurultaydakı çıxışında partiya üzvləri qarşısında yeni vəzifələr qoyub ki, bunlardan biri də işğaldan azad olunmuş rayonlarımıza əhalinin qayıdışı işində YAP-çıların fəal rol oynamasıdır: “Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Əminəm ki, xüsusilə, azad olunmuş rayonlardan olan partiyadaşlarımız bu prosesdə layiqincə iştirak edəcəklər”.
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov qeyd etdi ki, Ümumiyyətlə, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini müasir dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, YAP-ın VII Qurultayında vacib qərarların qəbul edilməsi, yeni Nizamnamənin təsdiqlənməsi, partiya rəhbərliyində baş verən dəyişikliklər, yeniliklər də təşkilati nöqteyi-nəzərdən böyük önəm daşıyıb.
Xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi onun dövlət başçısı İlham Əliyevlə birlikdə Azərbaycana daha möhtəşəm uğurlar qazandırmasına əsaslanır.
Kəlbəcər rayon 18 saylı tam orta məktəbin direktoru Arzuman Qarayev və digər çıxış edənlər bildirdilər ki, heç şübhəsiz, çoxəsrlik dövlətçilik tariximizin, həmçinin müstəqillik dövrünün ən möhtəşəm taleyüklü hadisələri və prosesləri Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu bildirdilər.
Çıxışlardan sonra cari məsələlərə baxılıb.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Kəlbəcər rayon 18 saylı tam orta məktəb ünvanı üzrə partiya fəallarının müraciətləri əsasında yeni ərazi partiya təşkilatı təsis edilib.
Arzuman Qarayev Kəlbəcər rayon 18 saylı tam orta məktəb ərazi partiya təşkilatına sədr seçilib.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

