ZƏFƏR PARTİYASI - 30
26.10.2022 [11:02]
Zəfər və uğurları ilə 30 il ərzində tariximizdə özünəməxsus iz qoyan Partiya
Güclü bir siyasi partiyanın mövcudluğu hər bir dövlətin, xalqın rifah və inkişafında əhəmiyyətli və vacib rol oynayır. Partiyanın cəmiyyətdə aparıcı rol oynaması, güclü lider profili, düzgün idarəetmə strategiyası istənilən cəmiyyətdə istənilən siyasi partiyanın önə çıxmasına şərait yaradır və onun inkişafını şərtləndirir.
Bundan 30 il öncə - 1992-ci il noyabr ayının 21-də tarixi zərurətdən yaradılan Yeni Azərbaycan Partiyası cəmiyyətdə öz yerinə, əhəmiyyətinə, aparıcı missiyasına və xalqdan aldığı dəstəyinə görə lider partiyadır.
Partiya yarandıqdan cəmi 6 ay sonra hakimiyyətə gəldiyi dövrdə Azərbaycan öz müstəqilliyini yenidən əldə etmişdi və bu zamanlar müstəqilliyi qoruyub saxlamaq, müxtəlif sahələrdə islahatlar həyata keçirmək, iqtisadi inkişafı təmin etmək kimi vacib vəzifələr qarşıda dayanmışdı. Ən əsası da torpaqları işğal olunmuş, müharibə aparan, özbaşınalıqların, böhranın hökm sürdüyü, müstəqilliyin itirilmə təhlükəsi olan və cəmiyyətin təlaş içində olduğu çətin bir dövr idi.
Belə çətin zamanlar keçirən, fəlakətlərlə üzləşən bir dövləti qurtarmaq, parlaq gələcəyə aparmaq qüdrəti və əzmi isə ancaq çox güclü bir liderdə ola bilərdi. Həmin lider olan Heydər Əliyevin dühası, zəngin dövlətçilik təcrübəsi, dərin zəkası və vətənpərvər şəxsiyyəti xalqımızın qurtuluşu idi. Ümummilli lider Heydər Əliyev öncə Azərbaycanın müstəqilliyinin qoruyub saxlanılması və inkişafı üçün ən vacib olan “sabitlik indeksi”ni yaratdı. Ölkədə sabitliyin təmin olunması ilə paralel şəkildə köklü islahatların həyata keçirilməsi, beynəlxalq əlaqələrin yaradılması, prioritet və iqtisadi cəhətdən xüsusi önəmə malik sahələrin inkişaf etdirilməsi, təhsilə, mədəniyyətə xüsusi diqqət yetirilməsi və biz gəncləri düşünən Azərbaycan Gənclər Siyasətinin əsasının qoyulması istiqamətində işlərə başlandı.
Ümummilli Liderin “Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” ifadəsi Onun, partiyasının şərəfli fəaliyyətinin göstəricisi olan ən gözəl və təsirli ifadələrindəndir.
Keçmişin, bu günün və gələcəyin partiyası olaraq adlandırılan Partiyanın yaranmasından bəhs edərkən bunun tarixi bir zərurət olduğunu xüsusən vurğulamaq lazımdır. Xalqımız düşdüyü böhran vəziyyətindən çıxış yolunu yalnız Ulu Öndərin hakimiyyətə qayıdışında görürdü. Məhz həmin vaxtlar Azərbaycan ziyalıları Ulu Öndərə müraciət ünvanlayaraq çağırış etmişdilər. Bu çağırış Azərbaycanın qurtuluşunu və inkişafını təmin edəcək Partiyanın yaradılması və ona ümummilli lider Heydər Əliyevin rəhbərlik etməsi ilə bağlı idi. Qarşıda taleyüklü məsələlər, ölkəmizin üzləşdiyi böyük problemlər vardı və bunların öhdəsindən ancaq Onun kimi bir Lider gələ biləcəkdi. Belə ki, ümummilli lider Heydər Əliyev 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən YAP-ın təsis konfransında yekdilliklə yeni yaradılan partiyanın sədri seçildi. Bundan 1 il sonra isə Heydər Əliyev prezident seçkilərində xalqın dəstəyi ilə qalib gəldi.
Ulu Öndərin sayəsində ölkənin siyasi və iqtisadi müstəqilliyinin qorunub saxlanılması üçün əhəmiyyət kəsb edən sabitliyin təmin olunması, resurslardan səmərəli, ölkənin maraqlarına uyğun şəkildə istifadə olunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin maddi rifah halının yaxşılaşması üçün əsaslı islahatlar həyata keçirildi.
Uğurlu xarici siyasətin həyata keçirilməsi ölkəmiz üçün ancaq siyasi dəstək deyil, həmçinin investisiya və iqtisadi əməkdaşlıq imkanları da yaratdı. Hər keçən zaman içində artan beynəlxalq nüfuzu və dövlətdə olan sabitlik indeksi dünyanın ən nüfuzlu şirkətlərinin ölkəmizə olan marağını artırdı, diqqət mərkəzinə çevirdi və iqtisadiyyatımıza yüksək məbləğlərdə investisiya qoyulmasına şərait yaratdı.
1994-cü ildə Bakıda “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan neftinin tarixində yeni bir səhifənin başlanğıcı idi. Bu beynəlxalq neft sazişinin imzalanması ilə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft, qaz kəmərlərinin çəkilişi barədə razılıq əldə olundu. Beləliklə, regionda siyasi sabitliyin əsası qoyuldu və müttəfiqlərimizin sayı artmağa başladı.
Yeni Azərbaycan Partiyasının xalqımız tərəfindən birmənalı formada dəstəklənməsinin əsas səbəblərindən biri də dəyərlərin qorunub saxlanması və verilən qərarlarda vahid mövqeyin nümayiş olunmasıdır. Bunun nəticəsidir ki, Part?yanın üzvlərinin sayı hər keçən gün artır, xalq-iqtidar birliyi güclənir.
Partiyanın uzun müddətdə hakimiyyətdə olması və dəstəkləməsində digər vacib şərt isə lider faktorudur. Ötən 30 il ərzində Partiya sıralarında yetişən bütün siyasətçilər üçün bu faktor xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev siyasi məktəbinin parlaq nümayəndəsi, davamçısı olan İlham Əliyevin Partiya rəhbərliyinə gəlməsi yeni bir inkişaf və rifah dövrünün başlanğıcı idi.
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük nailiyyətlər və uğurlar əldə etdi. Son illərin siyasi xronikasına və statistikasına baxmaq yetərlidir ki, ölkəmizin dinamik inkişaf mənzərəsi ilə hər kəs tanış olsun. Bunların arxasında Prezident İlham Əliyevin “sözdən əmələ” prinsipi ilə həyata keçirdiyi və xalqını düşündüyü siyasət dayanır. Xalq hər addımında öz Liderinin yanındadır və Ona inanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük tərəqqi əldə edildi. Bu gün Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında təmsil olunur, rəhbərlik edir, təşəbbüslərin dəstəkçisi və etibarlı tərəfdaş rolunu oynayır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dövründə ölkədə formalaşan yeni siyasi mühit siyasi partiyalar ilə iqtidar arasındakı əlaqələri, dialoqu dəstəkləyir, xalq və dövləti maraqlandıran əhəmiyyətli məsələlərə ictimai nəzarətin olmasına, onlar barədə fikir mübadiləsinin aparılmasına imkan yaradır.
Belə ki, ölkənin 50 siyasi partiyasının Partiyamızın Sədri, Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarına dair bəyanatları YAP-ın nüfuzunun, siyasi dialoqların yüksək dərəcədə mövcudluğunun və milli həmrəyliyinin gücünün nümayişidir.
YAP-ın əsas cəhətlərindən biri milli dəyərlərə əsaslanaraq inkişaf etməsidir. Partiyamız Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqdan əlavə, həmçinin xalqa ən yaxın siyasi təşkilatdır. Daim yenilənməsi, idarə heyətinə gənc üzvlərin seçilməsi, partiya aparatının daha çevik olması üçün struktur dəyişikliyinin aparılması, beynəlxalq əlaqələrin gücləndirilməsinə önəm verilməsi YAP-ın bu gün təkcə Azərbaycanda deyil, hüdudlarımızdan uzaqlarda da qəbul olunan və yüksək nüfuza malik təşkilat, siyasi partiya olmasına səbəb olub. Belə ki, YAP-ın “zəfərlər partiyası” kimi tanınması heç də təsadüfi deyildir. 30 il ərzində seçkilərdə xalqın açıq fərqlə dəstəyini almaq, inamını qazanmaq, milli-mənəvi dəyərləri, ölkə maraqlarını qoruyub saxlamaqla, yeniliklərə hazır olmaqla islahatların və gücün Partiyasına çevrilmişdir.
Ümummilli Liderin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunan Zəfər günlərinə təsadüf edir. Bugünkü Azərbaycanı keçmişin qaranlıq səhifələrindən çıxarıb parlaq gələcəyə aparan Partiyanın hər bir üzvü qalib ölkənin vətəndaşı kimi bu günləri qeyd edir. 2020-ci ildə Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun mütləq zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsi ölkəmizin, onun Liderinin gücünün və nüfuzunun bariz nümunəsidir.
Yeni Azərbaycan Partiyasına ən ali dəyər onun Sədri İlham Əliyev tərəfindən verilmişdir və o, bu ifadələri qeyd etmişdir: “Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr günü-gündən genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız, demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır”.
Yeni Azərbaycan Partiyası günümüzdə cəmiyyətdə bütün proseslərin mərkəzində olan çox ciddi siyasi gücdür. İqtidarda olduğu dövrün ən şanlı qələbələrindən olan torpaqlarımızın işğaldan azad olunması, Qarabağın dirçəlişi və Böyük qayıdış prosesinin başlaması, eləcə də milli birliyin gücləndirilməsi və milli iqtisadi inkişaf modelinin formalaşdırılması YAP-ı analoqu olmayan partiyaya çevirir.
30 il şərəfli və zəfərlərlə dolu yol keçən Yeni Azərbaycan Partiyası ətrafında 760 mindən çox insanı birləşdirir. Özünəməxsus dəst-xətti, fəaliyyət strategiyası olan Azərbaycan xalqının partiyasıdır. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Partiyanın düşüncələrinə, mövqeyinə rəğbət duyur, sevir və hörmət bəsləyir. Yeni Azərbaycan Partiyasının iqtidar heyəti ulu öndər Heydər Əliyevin siyasi məktəbini uğurla davam etdirərək bu gün ölkə tarixinə ən böyük uğurları qazandıran Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm nailiyyətlər əldə etdi və etməkdədir.
Yeni Azərbaycan Partiyasının sistemli fəaliyyəti, öz Liderinə sadiqliyi, Azərbaycan xalqının verdiyi dəstək son 30 il ərzində inkişafı şərtləndirən əsas amillərdir. Son 30 il ərzində Azərbaycan sürətli şəkildə inkişaf edib və dünyada etibarlı tərəfdaşa çevrilib. Bu uğurlar bütün sahələri əhatə edir. Beynəlxalq arenada qazanılan nailiyyətlər, daxili və xarici siyasətdə milli dəyərlərin qorunması ilə aparılan balanslı siyasət, iqtisadi islahatlar sayəsində ölkəmiz gələcəyə sağlam və möhkəm addımlarla irəliləyir.
Qarabağ Zəfəri ilə tarixdə iz qoyan Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin gənclərə xitabən işlətdiyi “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm” ifadəsi Azərbaycan gəncləri, Partiyamızın gənc üzvləri üçün qürur qaynağı və yol xəritəsidir.
Biz gənclər də Ali rəhbərliyimiz tərəfindən göstərilən inam və etimadı doğrultmaq, zəfərlərlə dolu 30 ilini qeyd edən Partiyamızın adını daim yüksəltmək, milli dəyərlərini hər şeydən üstün tutmaq üçün əlimizdən gələni etməliyik, edirik və edəcəyik.
YAP Gənclər Birliyinin üzvü
Ülviyyə Axundova
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

